Niyə kitab oxumalıyıq? - Video

Tarix:6-09-2017, 09:06 Baxış Sayı:99

Niyə kitab oxumalıyıq? - Video
Kitab oxumaq haqqında maraqlı faktlar

Yaxşı yazan müəlliflərin əsərlərini oxumaqla siz gözəl danışmağı öyrənirsiz.

Mədəniyyət – oxunmuş kitabların çoxluğu deyil, məhz başa düşülən kitabların çoxluğudur.

Kitab oxuyan insanlar daim televizora baxan insanları idarə edəcək.

Kitablar filmlərdən daha yaxşıdır. Çünki xüsusi effektləri təsvir etməkdə təxəyyülün sərhədi yoxdu.

Daha çox oxuduqca, bir o qədər az təqlid edirsən.

İnsanlar iki qrupa bölünür: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.

Qəpikləri üst-üstə qoyduqda manat əmələ gəldiyi kimi, oxunan məlumatlar da üst-üstə yığılıb bilik əmələ gətirir.

Fiziki idman hərəkətləri bədən üçün nə dərəcədə əhəmiyyətlidirsə, oxumaqda beyin üçün o dərəcədə əhəmiyyətlidir.

90 gün ərzində kitaba toxunmamaqdan daha pis bir şey varsa, o da 90 gün kitaba toxunmayıb və heç nəyin olmadığını düşünməkdir. Cim Ron.

Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq kimi. Rey Bredberi.

Ağıllı olmaq üçün 10 kitab oxumaq kifayətdir, lakin onları başa düşmək üçün minlərlə kitab oxumaq lazımdır.

Kitablar – zamanın dalğalarında üzən və öz dəyərli yükünü nəsillərdən nəsillərə daşıyan fikir gəmisidir. Frensis Bekon.

Yadda saxlayın: Sizi təmsil edən şeylər oxuduqlarınız ilə müəyyənləşir. Cim Ron

Kitablara etibar et, onlar ən yaxın olanlardır. Onlar lazım olanda susur və zəruri halda qarşınızda dünyaları açaraq danışırlar.

https://www.youtube.com/watch?v=tNMAO2Ea2Q0
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ