Tağı Əhmədovu narahat edən hisslər...

Tarix:4-06-2019, 14:03 Baxış Sayı:153


Tağı Əhmədovu narahat edən  hisslər...
“Segahında ağlar könül, Çahargahı bir döyüşdür,
Bir bağçada qoşa gəzən gül-bülbül muğamatım”.

Bu həzin misraları oxuyanda milli dəyərimiz olan muğamata dərindən bələd olan bir qəlbin çırpıntısı duyulur. Oxucu, sözün əsl mənasında təəccüblənir ki, Azərbaycanda yaxşı tanınan dövlət və ictimai-siyasi xadimlərdən birisi yazmışdır. Doğrudan da, günün çox hissəsini dövlət tədbirlərində, rəsmi iş prosesində keçirən bir vəzifə sahibinin bu cür incə duyğuları nə vaxt qələmə ala bildiyi bizim vərdiş edə bilmədiyimiz bir haldır. Lakin, Tağı Əhmədovu həmişə mədəni, ədəbi, musiqi tədbirlərində, kitab təqdimatlarında görməyə adət edənlər onun incə ruhlu, iti qələmli bir şair olduğunu təsdiq edirlər. Xalqın rifah halının yaxşılaşdırılması yolunda yorulmadan çalışan Tağı müəllimi vaxt tapdıqca qəlbini narahat edən hissləri də nəzmə çəkir və bununla da həmvətənlərinin mənəvi cəhətdən də kamilləşməsi öz töhfəsini verir.

Odlar yurdu xəyanəti götürməz,
İgid oğul haqqı-sayı itirməz.
Sadiq, müvəqqəti yağmalansa da,
Qarabağda yağı duruş gətirməz.


Bəli, misraları bu inamla qələmə alan şairin mübariz ruhu oxuculara da sirayət edir, onun mənəvi kimliyini, tarixi keçmişini yada salır. Mənfur düşmənin min hiylə ilə müvəqqəti sahibləndiyi doğma yerlər, sanki bu misraların arasından hayqıraraq ətə-qana doldurduğu övladlarını səsləyir. “AŞPA”dan, “ATƏT”-dən gözləmə kömək, Güvən tək özünün güc-qüvvətinə” - deyən şair həm də çıxış yolunu göstərir.

Bu gün siyasi meydanda gedən oyunların qurbanı olan Azərbaycana yalnız öz övladlarının çarə edə biləcəyini xatırladanda isə şair, əsl dövlət adamı, bu işlərin hər üzünə dərindən bələd olan bir insan kimi nəsihət verir.

Müasir dünyanın “qloballaşma” adı altında millətimizə sırıdığı açıq-saçıqlıq, milli dəyərlərin itirilməsi, səhnədə şit hərəkətlərə geniş meydan verilməsi şairi çox narahat edir və belələrinə üz tutaraq sanki tərs sillə kimi zərbə vurur:

Çıxırsan səhnəyə sən açıq-saçıq,
Kimə göstərirsən, söylə özünü?
Abır da lazımdı axı azacıq,
Sənə dikib axı millət gözünü.

Doğrudan da, şou naminə əsl sənətdən uzaq düşərək millətimizə yad geyim, hərəkət və sözlərlə gündəmə gəlmək istəyənlər hər kəsin sözlərini vecinə də almadan öz işlərindədir. Amma şair birbaşa onlar üçün bu şəraiti yaradan qurumlara üz tutur, bu yolun faydasız, müvəqqəti olduğunu onlara çatdırır.

Əzizinəm, duyan var,
Sevən qəlbi duyan var,
Ora ayaq basmayın,
Şəhid olub uyan var.

Şəhidlərimizə sonsuz diqqət, məhəbbət var bu bayatılarda. Bu gün müharibə şəraitində olan, torpaqlarını itirən, doğma yurdunda mənfur düşmən at oynadan bir millətə ən vacib hiss olan vətənpərvərlik, şəhid qanı tökülmüş torpağına sayğı duyulur. Əlbəttə ki, dünyanın hər üzünü görmüş bir şairdən bu etirafı eşitmək müasir Azərbaycan gəncliyi üçün bir nəsihətdir, Vətəni qorumaq yolunda stimuldur.

Yetimə, yesirə lağ etmə ki, sən,
Vaxt olur o hala özün düşərsən.


Bəli, İslamın daim xatırlatdığı davranış tərzini şair bir daha oxuculara xatırladır. Həm də klassiklərimizin tam qədimdən öz üzərinə düşən missiya kimi deyir. Bu beytlər həm də ona görə klassikləri yada salır ki, şeirin vəzni də bizim klassiklərin gen-bol işlətdiyi formadadır.

“Ağrıları nəyə büküm,
Axı niyə əzab çəkim?
Sadiq deyir dərddi yüküm
Mövlam, yanına gəlləm,

Anam, yanına gəlləm” - deyən şair sanki fiziki ağrılardan, dünyanın iztirablarından yorularaq, nadanlığın, haqsızlığın hökmranlıq etdiyi dünyadan usanaraq müqəddəslərin, övliyaların, ananın məskən saldığı haqq dünyasına səslənir. Biz oxucular isə Tağı müəllimə üzümüzü tutub deyirik ki, Allah sizə uzun ömür versin, şair! Siz belə dəyərli misralarınızla oxucuların qəlbində isti yuva qurmusunuz. Biz sizdən hələ neçə-neçə belə səmimi hisslərlə dolu kitablar gözləyirik!


Şəhla Aslan
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ