İlbər Ortaylı AYB-nin üzvü oldu - FOTO

Tarix:17-04-2019, 15:29 Baxış Sayı:50

İlbər Ortaylı AYB-nin  üzvü oldu - FOTO

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə ölkəmizə dəvət olunan tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylı Azərbaycan Yazıçılar Birliyində (AYB) olub.

AYB-dən MANERA.AZ-a bildirilib ki, uzun illərdir dostluq münasibətində olduğu birliyin sədri, Xalq yazıçısı Anarla görüşən İlbər Ortaylı ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb.

Yazıçılar Birliyinin sədri Anar dostu, professor İlbər Ortaylının Azərbaycana səfərinin təşkil edilməsindən məmnunluğunu ifadə edərək qonaqlara AYB-nin tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Sonra AYB sədri türkiyəli tarixçi, professor İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ