Ədəbiyyatımızda “Ulduz” sahibi

Tarix:20-04-2015, 13:44 Baxış Sayı:1642

Ədəbiyyatımızda “Ulduz” sahibiBu gün “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin doğum gündür. O, 20 aprel 1969-cu ildə Ağdamda anadan olub. 1993-cü ildə mükafat almışdır. "Avropa" qəzetində işləmiş, Dövlət radiosunda proqramı var, “Azərbaycan qadını” jurnalının əməkdaşı, Prezident təqaüdçüsüdür. 27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunmuş, bu təyinata qədər isə jurnalın baş redaktor müavini vəzifəsində çalışmışdır.

Yaradıcılığının erkən dövrlərində Qulu Zeynalov, Qulu Baxış imzaları ilə tanınmışdır. İlk şeirini 1978-ci ildə yazmış, 1980-ci ildə isə çap olunmuşdur. Qulu Ağsəsin Lenin haqqında olan ilk şeiri "Azərbaycan pioneri" jurnalında çap olunub. Böyük ədəbiyyata 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə gəlib. Şeirləri türk, rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib. "Sənsən hər yer", "Külək poçtdu", "Nabran novellası" və "Nöqtələr" kitablarının müəllifidir.

Səmimi insan, gəncələrin dostu, fərqli düşüncə MANERAsına sahib olan Qulu Ağsəsə uzun ömür, möhkəm can sağlığı və daim ədəbiyyatda “Ulduz” kimi parlamasını arzulayırıq.

Xanım Aydın
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ