Analar Allahın şah əsəridi - Aqşin Dadaşoğlunun şeirləri

Tarix:21-09-2018, 18:39 Baxış Sayı:304

Analar Allahın şah əsəridi - Aqşin Dadaşoğlunun şeirləri
Manera.az Aqşin Dadaşoğlunun şeirlərini təqdim edir:

***
Köhnə kəndin yollarında,
Bir köhnə kişi yeriyir..
Ağır-ağır, ötkəm-ötkəm,
Kişi yerişi yeriyir..

Papağı basıb gözünə,
Doqqazı salıb sözünə,
Düşüb öz köhnə izinə,
Yox başqa işi, yeriyir..

Dərmanı yox azarına,
Şükr deyir yazarına,
Şəhid oğul məzarına,
Bağrının başı yeriyir..

Bir od gedir kürəyində,
Arzusunda, diləyində,
Ağlamayır, ürəyində,
Gözünün yaşı yeriyir..



***
Nələrdən keçmədim ötən bu vaxtda
Gözəl görünürdün,gülüm ,duvağda,
Yenə həmin yerdə,həmin o bağda,
Harda unutmusan həmin yerdəyəm.

Neyləyim taleyin mən bu işini,
Sevən sayaqlayar öz keçmişini,
İncə əllərinin titrəyişini,
Harda unutmusan,həmin yerdəyəm..

Durmuşam telini saydığım yerdə,
Küləklər ətrini yaydığı yerdə,
Məni,məndən alıb,qoyduğun yerdə,
Harda unutmusan,həmin yerdəyəm.

Məni bihuş etdi bu eşqin dəmi,
Gedişin dost etdi kədəri,qəmi..
Qayıtsan,axtarıb,arama məni,
Harda unutmusan həmin yerdəyəm.



***
Ana laylasından,çağa səsindən,
Körpə nənnisindən başlayır Vətən.
Xəmir kündəsindən,ocaq közündən,
Çörək təknəsindən başlayır Vətən!

Soruşma haradan başlayır Vətən?
-Varsa ürəyindən başlayır Vətən.
-Arzu,diləyindən başlayır Vətən!

Əkdirib cücərdər yer oğulları,
Adı şəhid olan pir oğulları,
Torpağın qoruyan ər oğulların,
Dəli nərəsindən başlayır Vətən!

Ölü Vətənlərin baş daşı olmur,
Vətən doğulanda qardaşı olmur,
Vətənin o başı ,
bu başı olmur,
Vətənin sirdaşı,yoldaşı olmur!
Soruşma nərədən başlayır Vətən!
Varsa ürəyindən başlayır Vətən!



***
Elə şirin-şirin gülümsəyirsən,
Bir az da mənimçün gül sənə qurban.
Külək əllərimin sərinliyindən,
Oynasın üzündə tel sənə qurban.

Bir dəli adamam göydədi yiyəm,
Aqilə aqiləm,səy üçün səyəm.
Sənin taleyində bilmirəm nəyəm,
Sən mənim ömrümdə gül,sənə qurban.

Hərə bir pay alar söz hikmətindən,
Kitab cana gələr göz hikmətindən,
Ellər nağıl deyir səxavətimdən,
Dəniz sənə qurban,göl sənə qurban.



***
Biz çörək ovuna çıxan "zat"larıq
Qoymaram bir kimsə "pəpə"mə dəysin.
Mənim Azadlığım şeir deməksə,
Onda şeirlərim təpəmə dəysin.

Məni məndən etdi istədiklərim,
Üzümdə taleyin şilləsi gülür.
Yaxında həmişə can dediklərim,
Uzaqda alnımın gülləsi gülür.

Yüz dəfə dedilər,danışma,kiri,
Yaradan qarğayıb bu gözəl yeri,
Kasıb əyiləndə boynunun təri,
Yalağ dikələndə kəlləsi gülür.

Gülür öz gününə gülür adamlar,
Baxır barmağına uğunub gedir.
Sevinə-sevinə ölür adamlar,
Gedənə gülüşün unudub gedir..

İnsan nə qazanar zarıldamaqdan,
Kədər iynə kimi ürəklər dəlir.
Mənim zəhləm gedir hırıldamaqdan,
Sadəcə,sadəcə gülməyim gəlir.



***
Onda bu dünyada insan yox idi,
Onda bu dünyada mələklər vardı..
Zərif tül qanadlı kəpənəklərlə,
Oynayan ətirli çiçəklər vardı..

Onda bu dünyada insan yox idi,
Cənnət öz yerində,yer öz yerində.
Tanrı dilindəki söz öz yerində,
Hələki, cəhənnəm tikilməmişdi,
Külə aşıq idi köz öz yerində..

Onda bu dünyada insan yox idi..
Tanrı şeytan ilə qardaş kimiydi,
Hələ Həvva yoxdu,Adəm yox idi.
Nə yaxşı,nə yaxşı,nə yaxşı hələ
Tanrının yadında adam yox idi.
Dünya dolanırdı öz havasında,
Bir böyük bəlanın astanasında.

Sonrasa adamlar çökdü torpağa,
Qardaş qardaş qanı tökdü torpağa,
Cırdılar dünyanın gəlinliyini,
Cəhənnəm etdilər sərinliyini.

Bölündü irqlərə,dinlərə dünya..
Bölündü aylara,günlərə dünya..
Bölündü,xalqlara,ellərə dünya,
Şivəyə,ləhcəyə,dillərə dünya.

Döndü zəhər oldu suyu, havası,
Dünya adamların son xarabası..
Satıldı,satıldı iblisə dünya
Vallah bir uşağı əzizləyəndə,
Deyirik şeytandı,şeytan balası.

Onda bu dünyada insan yox idi,
Onda bu dünyada mələklər vardı.
Zərif tül qanadlı kəpənəklərlə,
Oynayan ətirli çiçəklər vardı..



***
Bəlkə də yadından çıxıb deyəsən,
Bir arzu bağladıq gül ağacına.
Yanımdan xəyal tək gəlib keçirsən,
Mən möhtac olandan əl ağacına.

Sən idin ,mən idim,Yaradan idi,
Ruhumuz vüsaldan yarımcan idi..
Söylə nə vaxt idi ,nə zaman idi..
Adını yazmışdım pir ağacına..

Aşıqlər həmişə cəfalı olur,
Cəfanın ən gözəl səfası məndə.
Ağaclar torpağa vəfalı olur..
Kaş ağac vəfası olardı səndə..

Ana

Yenə də yuxuma gəlmişdi Anam,
Dedi öz laylasın ruhum kiridi.
Yenə də əlimdə donubdu qələm,
Analar Allahın şah əsəridi.

Övladlar böyütdü,beş oğul,üç qız,
Nəvələrin sayın bilməzdi Anam.
İndi örpəyini əzizləyən tək,
Anama baxsaydım ölməzdi Anam.

Yenə də yuxuma gəlmişdi Anam,
Bəyaz örpəyində,qırmızı donda..
Xoşum gəlməsə də ayrılıqlardan,
Ölüm qovuşdurur hamını sonda.

Yuxuydu,yuxuda düşdüm nə hala,
Dedim qal ,gecəylə getmə ay məmə..
-Dedi getməliyəm,darıxma bala,
Cənnətdə atana çay verməliyəm..

Qağayılar

Tufandan qabaq saçlarını tumarlayan küləkləri sevirəm.
Küləklər hörük qarışdırandı..
Sən yuxularımı qarışdıran kimi.

Tufandan qabaq qəh-qəhə çəkən qağayıları sevirəm.
Qağayılar dodaq qaçırandı..
Sən dodaqlarını qaçıran kimi.

Tufandan qabaq üzü ağaran ləpələri sevirəm,
Ləpələr qorxaqdı..
Amma sən daha ürkəksən..

Dəniz gözlüm.
Tufandan qabaq yazdım bu şeiri.
Yazdım ki,gözlərində batsam.
Yerimi bilsinlər..



***
Bir dəniz küləyi olmaq istərəm..
Aya nəğmə deyən göy ləpələrin
Mavı yuxusuna dolmaq istərəm.

Bir dəniz küləyi olmaq istərəm..
Çapıb köhlənimi sahillərimə,
Sevdiyim bir qızın hörüklərini,
Külək əllərimlə açmaq istərəm.

Arzu dənizinin ürəyi geniş,
Orda öz qismətim,payım var mənim.
Əlimi atıram görürəm həmən,
Küləyə dönübdür istədiklərim.

XaçmazБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ