Üzeyir Hacıbəylinin qısa hekayələri

Tarix:18-09-2018, 11:11 Baxış Sayı:156

Üzeyir Hacıbəylinin qısa hekayələri
Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gündür.Manera.az bu münasibətlə Üzeyir Hacıbəylinin qısa hekayələrini təqdim edir:

MÜӘLLİMӘ

Onu göndәrdilәr ki, azarlamış müәllimin yerini hәlәlik dolandırsın…. Müәllimә özü rus, şagirdlәr müsәlman.
Әvvәl gün dәrs otağına girdikdә, uşaqların çirkli paltarlarından gәlәn iydәn az qaldı ki, burnunu tutub çıxsın. Әtir vә әnbәrә öyrәnmiş olan bu cür iylәrә dözmәk istәmirdi. Şagirdlәr tәrәfindәn gәtirilib mizlәrin içindә gizlәdilmiş olan İran şirniyyatının (zәfәran, mixәk, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk vә piy iyinә qatışıb, onsuz da әlliyә qәdәr adamın nәfәsi ilә pozulmuş havanı daha da bәdtәr etmişdi.

Heç süpürülmәmiş vә yainki süpürülәn kimi zibillәnmiş olan döşәmәnin üzündә toz-torpaq, yeyinti qırığı, uşaqların әyni-başı cırıq-cırıq, başlarında yekә-yekә papaq vә çirkli yaylıq, müәllimәnin tәmizliyә öyrәnmiş olan gözlәrini incidirdi.

Sәs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binәvanın musiqiyә öyrәnmiş qulağına çox fәna tәsir edirdi.

— Mәn buna dözә bilmәrәm, — deyib müәllimә istәdi ki, çıxıb getsin. Lakin qalmağa mәcbur idi, yoxsa gәlәcәk ümidlәri zay ola bilәrdi.

Dәrsә başladı…. Uşqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu anlamırdı. O idi ki, klasda uşaqları nizamla saxlamaq mümkün deyildi. Bu hәr nә deyirdisә, uşaqlar öz bildiklәrini edirdilәr.

Belә pәrişan vә qat-qarışıq bir mәnzәrә içindә bir şey müәllimәnin diqqәtini cәlb etdi. Uşaqlardan küncdә oturan bir nәfәri bu nizamsızlığa heç qarışmayıb, dinmәz-söylәmәz oturub kamali-әdәblә dәrsә qulaq asırdı. Әyninә baxdıqda, bu, bir kasıb balası idi, amma üzündә nәcabәt asarı var idi. Bundan heç bir nalayiq hәrәkәt baş vermirdi.

Sözsüzdür ki, bütün klasın içindә müәllimәnin xoşu gәlәn bir şagird var idisә, hәmin bu Әlisәfdәr idi; özü dә yoldaşlarından rusca çox bilirdi vә yaxşı xәtt ilә yazırdı.

— Allahın altında bunun әyni-başı düzәlmiş olaydı, — deyib müәllimә hәtta bu fikirdә oldu ki, Әlisәfdәrә paltar tәdarükü görsün. Amma o biri uşaqlar müәllimәni çox incidirdilәr. Özlәri dә klasda papaqlı otururdular.

— Bu saat papaqlarınızı çıxarın, — deyib müәllimә uşaqların üstünә qışqırdı. Onun әmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilәrinә baxıb başlarını açdılar.

Lakin burada bir şey müәllimәni heyran qoydu. Onun dostu Әlisәfdәr papaqlı oturmuşdu. Müәlimә tәәccüblә ona baxıb, “Sәn dә papağını çıxart” — dedi. Lakin o heç tәrpәnmәdi, ancaq qıpqırmızı qızardı. Şagirdlәr sәslәrini kәsib bütün diqqәtlәrini bu fәqәrәyә cәlb etdilәr. Klasda dәrin bir sükut әmәlә gәldi. Müәllimә dost tutduğu şagirddin bu itaәtsizliyindәn qәlbi sınmış halda, ona tәrәf gedib, öz әli ilә onun papağını çıxartdı. Bu halda uşaqlar hay-küy saldılar ki, az qaldı otaq dağılsın. Müәllimә bilaixtiyar geri çәkildi vә az qaldı ki, özündәn getsin. Lakin ona әsәr edәn uşaqların vәhşi qışqırığı deyildi.

Bәs nә idi?
Әlisәfdәrin başı keçәl idi.

MӘCLİSİN DUZU

Mәn çox mәclislәrdә olmuşam vә çox nitqlәr eşitmişәm vә çox fikirlәr etmişәm vә fikrimin axırı bir yana çıxmayıb vә mәәttәl qalmışam.

Mәsәlәn, mәclis ümumi bir mәclisdir. Burada hәr cürә adamlar vardır. Stol hazır olur. Zakuska ortalığa qoyulub, butılkalar saldat kimi düzülür. Әhli-mәclis yığılır stolun başına. Yemәkdәn qabaq әvvәlcә bir tamada seçilir. Hәrçәnd tamada seçilmәyin özü dә böyük bir mәsәlәdir, amma mәn onu müxtәsәr keçirәm.

Bәli, tamada әmr edir ki, fincanlar şәrabla dolsun. Әhli-mәclis kamali-diqqәtlә qulaq assın, çünki Sәdi buyurubdur ki, müstәme sahibsüxәn ra bәr sәrekar avәrәd.

Tamada başlayır:

— Hәzәrat, mәn bir neçә kәlmә söz ilә….

— Xeyir a, tamadanın sözlәrini yazsaq, qәzetdә yer qalmaz, Qoy müxtәsәrini әrz elәyim: Tamadanın nitqindәn bu çıxır Danışanı dinlәyici ruhlandırar. ki, dünyada Rüstәm Zal kimi pәhlivan ola bilmәzdi. Bәs mәclisimizә zinәt verәn Mәşәdi Mәrdan dәxi bizim әsrimizin Rüstәm pәhlivanıdır, yәni qoçudur, içәk onun sağlığına.

Bu halda әhli-mәclisdәn bir nәfәr “ata sәrçә” yerindәn cәld qalxıb çığırır ki, “Camaat, dayanın. Tamada izn verir, bir-iki kәlmә dә mәn artırım”.

Tamada izn verir vә “ata sәrçә” deyir:

— Camaat, hәmin Mәşәdi Mәrdan cәnablarını bәlkә sizdәn tanımayan ola. Mәn bunu sizә bildirirәm ki, bu cәnabın igidlikdә vә qoçuluqda misli yoxdur. Onun әllidәn yuxarı düşmәni var idi, hamısını öldürdü. Mәşhur Mәşәdi Qurban qardaşlarını bazarda öldürәn dә hәmin bu cәnabdır. Odur ki, bu istәkanı onun sağlığına içib, dibini öpürәm. “Ata sәrçә” dediyini elәyib, sonra aram olur.

Әvvәldә mәn fikir edirdim ki, yaxşı, hәrgah bu tәrif olunan cәnab adam öldürәn vә başkәsәndirsә, onda bunun yeri Sibirdir vә ya dar ağacıdır. Bәs necә olur ki, hәlә onun sağlığına şәrab da içilir?

Tamada gözlәrini bir nöqtәyә dirәyib, fikrә mәşğuldur. Görünür ki, ikinci nitqi hazırlayır. Filvaqe tamada bir dә stәkanları doldurub, bu sәfәr bir bәy haqqında danışır vә tәklif edir ki, onun sağlığına içilsin. Hal belә ikәn ikinci “ata sәrçә” cәld yerindәn qalxıb, ba izni-tamada deyir:

— Hәzәrat, hәmin bu bәy cәnabları cәmicümlәtanı ikicә il qorodskoy işkullada dәrs alıbdır Amma bainhәmә bu gün advokat, pirkurur, sudya vә bunun kimi böyüklәr mәclisindә o qәdәr oturubdur ki, bu saat urusun zakonunu әzbәr bilir. Odur ki, bu gün götürüb bizim birimizdәn bir әrizә yazıb içәriyә göndәrsә, sizi inandırıram ki, günü bu gün hәmin adamı samsim Sibirә göndәrәrlәr. İçirәm bu badәni bәyimizin sağlığına. Oxay….

İndi mәn yenә fikir edirәm. Hәrgah bu bәy doğrudan da, danos yazıb, xalqı Sibirә göndәrirsә, heç yaxşı adam olmaz. Bәs necә olur ki, bunun sağlığına şәrab da içilir?

Tamadaya göz yetirib görürәm ki, üçüncü nitqi daha da hündürdәn hazırlayıbdır, çünki tәsiri-şәrab dәxi kömәk etmәkdәdir. Bәli, әmr gәlir, boşalmış stәkanlar tәzәdәn dolur. Tamada әhli-mәclisdәn bir taciri tәrif edir. Nitq tamam olan kimi, üçüncü “ata sәrçә” yerindәn qalxıb, tamadanın nitqinin dalısını uzadır. “Ata sәrçә” deyir:

— Hәzәrat, haman bu tacir bu gün küçә vә bazarda arşın malı satanlardan degil, ha! Bu cәnab optum satan adamlardandır vә özünün dә bu gün Mәsko şәhәrindә o qәdәr etibarı var ki, günü bu gün gedib Morozova vә ya bir qeyri fabrikanta deyә ki, Vasiliy Fyodoroviç, mәsәlәn, Kәrbәlayı Cәfәrin işi pis keçir, ona mal buraxma. Bir dә görürsәn ki, Kәrbәlayı Cәfәrin krediti bağlandı. Yalan deyirәmsә atam o dünyaya it sifәtindә gәlsün. Ona binaәn, içirәm çaxırı tacirimizin sağlığına vә kәsrәti-mәhәbbәtdәn gәrәk, sәn ölәsәn, sәnin üzündәn öpәm, Mәşәdi Bağır”,– deyib, qonşusunu qucaqlayır. Qonşusu deyir ki, “Balam, daha mәni nә üçün öpürsәn, get, taciri öp!”

Mәn dә fikir edirәm ki, yaxşı, hәrgah bu tacir, xalqın kreditini bağlayandırsa, yaman adamların birisidir, daha bunun sağlığına içmәk nә üçün?

Sonra gәlәn nitqlәrә qulaq asıb görürәm ki, mәclisdә daha elә qabili-ehtiram adam yox imiş vә “ata sәrçә”lәr dәxi cik-cik elәmirlәr. Bәs axırda mәlum olur ki, bizim mәclisimizin duzu üç nәfәrdir: biri başkәsәn, biri danos yazan vә biri dә mәrdümәzar oğlu mәrdümәzar.

RAMAZAN AYINDA İBADӘT

– Azana bir beş dәqiqә qalmış harada olsam qayıdıram evә vә ev adamlarını xәbәrdar edirәm ki, mәnim sәmtimә dolanmasınlar. Çünki at arpasının vaxtı yetişәndә şıllaqcıl olan kimi, mәnim dә papirosumun vaxtı yetişir, nervinni oluram.

Bәdәzon uşaqlara deyirәm ki, mәnim papiros qabımı yanıma gәtirsinlәr. Orucluq günlәri papiros qabını cibimdә saxlamıram, çünki bir kәrә yadımdan çıxıb qәflәtәn papiros çәkmişәm vә bir kәrә özümü bilmәmәzliyә vurub qәsdәn çәkmişәm. Ona görә, “göz görmәsә, könül sevmәz” mәsәlinә müvafiq papiros qabını evdә qojuram.

Qәrәz, papiros qabını alıb, kәmali-dәsgah ilә bir dәnә papiros hazırlayıram vә ispiçkәni dә әldә hazır tutub müntәzir oluram azana. Uşaqlara tapşırıram ki, sәs-küy salmasınlar, yoxsa azanı eşitmәrәm. Bәli, papiros ağzımda, ispiçkәnin çöpü sağ әlimdә vә qutusu sol әlimdә, gözlәrimi dirәmişәm mәscidimizin minarәsinә. Bir dә baxıram ki, müәzzin minarәdә nümayan oldu.

“Hә gözünә dönüm” — deyib, intizar çәkirәm. İspiçkәnin çöpünü dirәmişәm qutusunun qarasına. Elә “Allahu әkbәr!”. deyәn kimi ispiçkә alışır. Hә demisәn, papirosa bir qullab. Tütün beynimin hәr yerini dolanıb, burnumun iki deşiyindәn üzü aşağı fantan elәyir. Keyf vurur başıma, gözlәr qaralır, әl-ayağım titrәyir…. Papirosumu qurtarıb, gәlirәm süfrәnin başına. Papiros iştahamı küsdürübdür, Çox yeyә bilmirәm.

Әvvәlcә orucumu iki dәnә xurma ilә açıram (papiros heç). Ondan sonra iki istәkan salma çayı pendir-çörәklә yeyib, әrkәk әtin kababını tәnavül edirәm. Üç şişdәn artıq yemәyib, özümü saxlayıram düşbәrәyә. Ancaq düşbәrәdәn qabaq dolma var. Dolmadan yeyә bilmirәm, çünki әtri burnumu qıdıqlayır, bir boşqab dolma kifayәt edir. Ondan sonra yağla baldan bir yaxmac qayırıb, yeyә-yeyә әmr edirәm ki, düşbәrәni gәtirsinlәr. Düşbәrә gәlib meydana qoyulunca, qaysı qovurmasından bir beş tikә alıram, sonra düşürәm güşbәrәnin üstünә (amma heyf ki, papiros iştahamı pozubdur). Düşbәrә kimi lәzzәtli şeydәn beş boşqabdan artıq yeyә bilmirәm: Süfrә yığışılmaqdan qabaq bir qәdәr dә meyvәcat yeyilir, bunların üstündәn bir istәkan tünd çay içib, bir saz papirosla iftar qurtarır.

İndi gәrәk namaz qılam. Amma di gәl ki, belә tәnbәllәşmişәm ki, heç yerimdәn tәrpәnmәk istәmirәm. Bir az fikirlәşirәm. Bir dә bir papiros çәkirәm. Amma yenә dә namaz dәrdi alıb canımı. Qılmasam da olmaz. Çünki axundun özündәn eşitmişәm ki, orucluq günü oruc tutub, namaz qılmayan şәxs bәnzәr bir eşşәyә ki, tövlәyә salıb, әlәf vә susuz saxlayırsan. Eşşәk olmaq istәmәyib, ayağa qalxıram. Dәstәmaz alıb, namaza başlayıram.

Namaz qurtarandan sonra elә bil ki, bir qaya üstümdәn götürülür. İndi gәrәk bir qәdәr ramazan duası oxunsun. Sözün doğrusu, çox ağırlaşmışam vә yuxu da gözümdәn tökülür. Olmur. Yatıram. Obaşdan açılır, azan çәkilir. Yuxudan ayılıb, obaşdan elәyirәm. Cücәli xörәkdәn bir nimçә o ki var yeyib, üstündәn dә beş istәkan çay içirәm ki, sәhәr susamayım. Ondan papiros çәkә-çәkә yatıram vә ayılıb durub, sübh namazının qәzasını qılıram. Әhvalıma baxıb görürәm ki, heç alış-veriş elәyә bilmәyәcәyәm. Yuxum gәlir, yatıram. Azana bir qәdәr qalmış durub, şәhәrә çıxıram. O qәdәr dolanıram ki, beş dәqiqә qalmış olur. O halda evә qayıdıb, fövqdә zikr etdiyim qәrar üzrә ibadәtә mәşğul oluram.
— Allah әcr versin!

TӘHSİL

Mәn mәktәbdә oxuyanda bizim mәktәbә tәzә bir molla tәyin elәmişdilәr. Yәni bu molla ekzamen tutmuşdu vә o ekzamendә heç bir kәs onunla bәrabәr ola bilmәmişdi.

Camaat belә deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilmәmiş olsun. Bu sözlәri axund özü dә tәsdiq elәyib deyәrdi ki:

— Mәn bütün ülum vә fünuna darayam.

Kişi “dara” olmaya bilmәzdi, çünki sәkkiz il mәktәbdә oxuyub, bircә dәfә dә fәlәqqәyә düşmәmişdi. Sonra ikmali-tәhsil üçün İrana gedib sәkkiz il dә Tәbrizdә oxumuşdu vә bәdә Tәbrizdәn Tehrana yollanıb dörd ilә dә orada vә ondan sonra beş il Mәşhәddә vә bunlardan başqa dörd il dә İranın bir şәhәrindә tәhsil etmişdi ki, onun adı yadımda qalmayıbdır.

Dәrs vaxtında bu axund bәzi vaxt bizimlә dostanә söhbәtlәr edәrdi, böyük sәfәrlәrindәn nağıl edәrdi, çox şirin söhbәt elәrdi.

Bir dәfә ondan soruşduq ki, axund İran böyükdür, yoxsa Rusiya?

D e d i:

— Әgәr İranın bu başından düşәsәn vә gecә-gündüz yol gedәsәn vә hәr bir saatda yetmiş ağac yol elәyәsәn vә yetmiş il sәfәr elәyәsәn, hәlә gәlib İranın yarısına çatmazsan.

D e d i k:

— Axund, bәs, ruslar yazırlar ki, İran Rusiyadan iyirmi dәfә balacadır.

Axund buna şerlә cavab verdi:

Key nik-bәxt, an nә şekle-mәn әst

Vәlakin, qәlәm dәr kәfe-doşmәn әst.

Bir gün uşaqlardan biri dedi:

— Axund, heç dәryanın dibini bilmәk olar?

Axund deyir:

— Budur mәn iyirmi beş il oxumuşam vә iyirmi beş il sümük sındırıb, bütün ülum vә fünunә dara olmuşam, amma indiyә qәdәr bir kitabda görmәmişәm ki, dәryanın dibini bilәn olsun.

Yoldaşlarımızdan biri dedi:

— Axund, bәs ruslar yazırlar ki, dәryanın lap dәrini sәkkiz verstdir.

Axund güldü vә bunu nağıl etdi:

— “Zәrәfşan” kitabında oxumuşam ki, İskәndәr-Zülqәrneyn dünyanın üzünü alandan sonra, istәdi ki, dәryaların dibini dә alsın, ona görә dәryanın içinә cumub yetmiş il yol getdi. Nagah burada bir adama rast gәldi ki, axtarır. Sual etdi ki, sәn nә axtarırsan? Dedi ki, yetmiş il bundan әvvәl mәnim әlimdәn bu dәryaya bir balta düşüb, dәryanın dibinә gedibdir. İndi mәn gәrәk bundan sonra yetmiş il yol gedәm ki, bәlkә dәryanın dibinә çatam. İskәndәr-Zülqәrneyin bu әhvalatı eşidib sәfәrdәn әl çәkdi.

Yoldaşlarımızın içindә bir dәlәduzu vardı, dedi:

— Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal?

D e d i:

— Haramdır.

D e d i:

— Bәs bu elm necә ki, mәsәlәn, mәn istәyirәm bilәm, cibimә nә qәdәr pul qoyum ki, putu altı manatdan iki kәllә qәnd vә girvәnkәsi iki manatdan beş girvәnkә çay alıb, üstünә nәqd on beş manat pul qoyub bir axunda göndәrim.

Axund dedi:

— O cürә elmi oxumaq nә haramdır, nә halal, ancaq savabdır.

Bu әhvalatdan sonra, gördük ki, fәzilәti-axund mәlum şüd.

İştә iyirmi beş il oxumaq zarafat deyildir. İyirmi beş il bir әsrin dörddәn biridir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ