"Əsir qadın"dan yaxşı əsər yazmamışam" - Meyxoş Abdullah » Manera.Az

"Əsir qadın"dan yaxşı əsər yazmamışam" - Meyxoş Abdullah

Tarix:11-08-2018, 19:02 Baxış Sayı:102

"Əsir qadın"dan yaxşı əsər yazmamışam" - Meyxoş Abdullah
Yazıçı Meyxoş Abdullah çoxlarına tanışdı. O, 1962-ci ildə Cəlilabad rayon Xəlilabad kəndində anadan olub. “Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu” kitablarının müəllifidir. Onun Qarabağ mövzusunda qələmə aldığı “Əsir qadın” romanı isə, oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Əsəri mən də oxudum və onunla bu mövzuda söhbət etmək üçün, yazıçının yaşadığı Cəlilabad rayonuna yollandım. Onunla görüşdüm və əsərlə bağlı ən qaranlıq məqamları mənə açıqladı.

- Bildiyimiz qədəriylə siz “İqtisadçı”sınız. Bəs sizin ədəbiyyata gəlişiniz necə oldu?

- Çox maraqlı sualdı. Ədəbiyyata gəliş məqsədli və ya planlı şəkildə olmur. Mən elə bilirəm ki, mənim ruhum məndən öncə ədəbiyyatın içində olub. Yaxşı xatirimdədi altıncı sinifdə oxuyurdum və evimizdə “Azərbaycan nağılları” kitabı var idi. Kitab həmişə bizim pəncərənin önündə olardı və mən o, kitabı həmişə oxuyardım. 1974-cü ildə “1 May” günündə “Qələbə” şeiri yazmışdım. Şeiri müəllimimə göstərəndə inanmadı ki, bu şeiri mən yazmışam. Ümumilikdə yaradıcılığımda üç şeirim var. Sonra başladım məqalələr və hekayələr yazmağa.

- Yazıçıların bir çoxu nəsrə belə keçid edir. Əvvəl şeir yazır sonra isə şeirdən uzaqlaşaraq ancaq nəsr yazmağa başlayır. Siz nəsrə keçməyinizi necə izah edərdiniz?

- Şeir lakonikdi, qısadı, konkretliyi sevir. Şeir yazmaq həqiqətən də çətindi. Çünki, o boyda hadisəni gətirib şeirdi yığcam şəkildə ifadə etməyi çoxu bacarmır. Nəzmdən fərqli olaraq, nəsr meydandı, genişdi. Amma yazıçının da öz problemləri var.

- “Əsir qadın” romanını yazmağınızın taleyi hardan başladı?

- “Əsir qadın” romanından əvvəl mənim bu mövzuda çoxlu hekayələrim və povestlərim var. Mən onu demək istəyirəm ki, Qarabağ mövzusu bizim mənəvi məsələmizdi. Hər bir vətənpərvər insan içində vətən sevgisi var, vətən həsrəti var. Bu əsərləri yazmağı da o, hisslər ruhlandırıb. Mənim qələmə aldığım “Alagöz” povestimdə Kəlbəcər rayonunu təsvir etmişəm. Demək istəyirəm ki, “Əsir qadın” romanını yazana qədər mən o, əzablı yolları keçmişəm. Bu mövzuda “Mininci qadın” , “Nəğmə müəllimi”, “Sonuncu qumbara” əsərlərimin hamısı Qarabağ mövzusunda yazılmış əsərlərimdi. “Əsir qadın” romanını yazmağım isə “Alagöz” povestimin təqdimat mərasimində yaxın dostlarımdan olan Cahangir müəllimin çıxış edərək: “Mən istərdim Meyxoş müəllim bir qaragöz romanı da yazsın çünki, orada bizim əsir düşmüş qadınlarımızın taleyindən bəhs etsin” deməsi oldu. Cahangir müəllimin çıxışı mənə “Əsir qadın” romanını yazmağa stimul verdi. Mən Qarabağ tərəflərdə olmuşam və bu hadisəni mənə bir hərbiçimiz danışmışdı.

- Əsəri oxuyan da yazıçı qadını tapmaq üçün Rusiyanın Stavropol vilayətinin Nadejda kəndinə yollanır.

- Mən o, əsəri yazmaq üçün bəli, həmin şəhərə getdim. Qadınla görüşdüm və onunla danışmağa başladım. Bu da çox çətin idi, elə olurdu ki, qadın iki-üç saat fasilə verirdi danışmaq və bu vaxt ərzində ondan nəyisə soruşmaq mümkün olmurdu. Bu isə böyük səbr tələb edirdi. Mən Bakıdan üç dəfə o, şəhərə getdim.

- Mən o əsəri oxuyarkən özümü bir anlıq orada, Səidə xanımın yanında hiss edirdim və əsəri sona çatdırmağa çalışırdım. Bununla elə bilirdim ki, o qadın kömək etmiş olacam. Siz necə? Bu əsəri yazarkən, hansı hissləri keçirirdiniz?

- O, əsəri yazana qədər mənim müəyyən hazırlıqlarım var idi və mən əsəri bir ilə yazdım. Bu vaxt ərzində mənim bir vətəndaş kimi ağrılarım olub. Amma, mənim ən böyük ağrım başqa vaxt, Cəlilabad Müəllimlər İnstitutunda “Əsir qadın” romanının təqdimat mərasimi keçiriləndə olub. Tələbələr əsərdən bir parçanı səhnələşdirmişdilər. Səidə rolunu gənc bir tələbə qız oynayırdı. Səhv etmirəmsə, o qız da Ağdam köçkünlərindən idi. Qız rolu oynayarkən onu ağlamaq tutdu, o elə hönkür-hönkür ağladı ki, zaldakılar onun səsindən dəhşətə gəldilər. Qız roldan çıxdı, yıxılıb huşunu itirdi. Həmin vaxtı mənim də ürəyimə elə bil “Xəncəl” saplandı. Məni oradan həkimə apardılar və həkimlər dedi ki: “infakt keçirmisən”. Mənim məlumatıma görə 700-dən çox Azərbaycam qadını erməni əsirliyinə düşüb. Romandakı Səidə xanım da həmin o qadınlardan biridir.

- Meyxoş müəllim, əsər dərc olunduqdan sonra, hansı reaksiyalar oldu? Sizə bununla bağlı məktublar? Telefon zəngləri oldubmu heç?

- Mətbuatda əsərdən parçalar dərc olunmuşdu. Kitab oxucular arasında həddindən artıq müsbət qarşılandı. Kitabın birinci tirajı 800 nüsxə oldu. Bir ay sonra kitab yenidən 1000 nüsxə də dərc olundu. Bu da oxucuların sayəsində oldu. Bu onların istəyi idi. Bu əsərlə bağlı mənə minlərlə məktublar gəldi, minlərlə telefon zəngləri oldu. Əsər hərbi hissələrə də paylanıb. Orada əsgərlərimizdə onu oxuyurlar.

- Əsər belə bitir ki, o xanım vəfat etdikdən sonra onu vətənə gətirirsiniz və burada dəfn edirsiniz?

- Bu əsəri oxuyanların çoxu həmişə bu sualı verib mənə, həmçinin siz də. Bəzən mən oxucuları təcübləndirmişəm. Bir dəfə məni rayonun “Şəhidlər Xiyabanı”na çağırdılar. Getdim gördüm ki, bir yaşlı kişi, bir qadın və bir cavan oğlandı. Biz tanış olandan sonra dedilər ki, biz Bakı şəhərindən Səidənin məzarını ziyarət etmək üçün gəlmişik.

Əslində Səidənin meyidi vətənə gətirilməyib. Mən bir yazıçı olaraq bunu Səidənin bir arzusu kimi qələmə almışam.

- Əsər hansı dillərə tərcümə olunub?

- Əsər hələ ki, heç bir dilə tərcümə olunmayıb. Amma, çox istəyərdim ki, “Əsir qadın” romanı rus və ingilis dillərinə də tərcümə olunsun. Bunun üçün maliyyə lazımdır.

- “Əsir qadın” romanından sonra hansısa Qarabağ mövzusundan bəhs edən hər hansısa bir roman üzərində işləyirsinizmi?

- “Əsir qadın” romanından sonra mənim bir neçə qələmə aldığım romanlar var. Amma bunların hamısı bu əsərdən sonra mənə zəif görünür. Əsir qadın əsərindən sonra yaxşı əsər yazmamışam. Əslində onlar da sanballı əsərlərdi. Sadəcə mövzu başqadı../Vasif Əlihüseyn, moderator.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ