Cəfakeş və fədakar söz keşikçisi

Tarix:29-06-2018, 21:08 Baxış Sayı:142

Cəfakeş və fədakar söz keşikçisi
Aydın Canıyev

İnsanlar, elm, bilim, ədəbiyyat təşnələri həmişə yaxşı kitabın sorağındadırlar. Xoşbəxtəm ki, elə bir kitabın sorağını da məndən alırlar! Tənqidçi Zakir Məmmədin ədəbi tənqidi məqalələri, Zakir Məmmədin müsahibələri və Zakir Məmməd haqqında yazıların toplandığı kitabdır o kitab!

Bu kitabın sanbalı, dəyəri ilk növbədə ondadır ki, Zakir Məmməd bizə tanıdıqlarımızı yenidən tanıya bilmədiyimiz üstünlükləri ilə tanıdır, tanımadıqlarımızı hərtərəfli təqdim, tanıdığımız Zakir Məmmədi dostlar bizimlə tanış edir! Maraqlı olanı, ehtiram tələb edəni də budur ki, Zakir Məmməd tavtalogiyadan uzaq tənqidçilik edir: şablonlar, trafaretlər, klişelər göz çıxarmır.

Yaddaşımızın uzaq küncündən 20-ci əsrin Sabirini Seyid Hüseyn, Məhəmməd Hadi süzgəcindən keçirərək, 21-ci əsrdəki ucalığına salam söyləyir! Rəsul Rzanı tənqid hədəfinə gətirən həqiqəti incəliyinə qədər açıqlayıb.

Gözümüzün qabağında böyüyən Mürfəttar Seyidməmmədovu, Saday Şəkərlini, Səməd Qaraçöpü, Kəmaləddin Qədimi, Nurafizi, Qəşəm Nəcəfzadəni, Tərlan Əbilovu, Esmira Məhiqızını, Zərifəni, Firəngizi inci kimi sapa düzür, təqdim edir, sevdirir, oxutdurur! Zöhrab Əmirxanlının ağrısını çəkir, kövrəldir bizi, Rəşidə Allahverdiyevanın şeirinə sevinir, sevindirir bizi. Nəriman Əbdülrəhmanlının sözünün və özünün çəkisinə çiyin verir, zərrəbinlə diqqət yetirir, romanlarını oxumağa təhrik edir, dəyərini əyarlayaraq qiymət verməyə səsləyir!
Cəfakeş və fədakar söz keşikçisi
Sözləriylə böyüdüyümüz Ələkbər Salahzadəni, Ramiz Qusarçaylını ən müxtəlif rakurslardan dəfələrlə hədəfə gətirir, böyük və munis sözün, uca və ali sözün sərkərdələri qarşısında dost, simsar, əsgər və sərkərdə məharətini nümayiş etdirir!

Eldən, ölkədən iraq düşsə də, sözümüzün içində boy atan Sultan Mərzilinin haqqını da əsirgəməyib!

Qalanınına da siz diqqətli olun, əziz oxucular! Çünki yüz kitabın cəmidi Zakir Məmmədin bu kitabı!

Bu kitabın dəyəri təkcə bununla bitmir. İlk dəfədir ki, ədəbi tənqidin nümayəndəsinə səcdə edirəm! Bilirsiniz niyə?


Adam Böyük Sözə əsgərlik edir, onun şərəfini qoruyur və İran İslam İnqilabı Keşikçiləri Ordusu islam inqilabının qələbələrini necə fədakarcasına, amansızcasına qoruyursa, Zakir Məmməd də eləcə bu döyüşü aparır və məğlubedilməz sərkərdə qalibiyyəti nümayiş etdirir!

Hər yazı bir əsgərdir! - Sözün Məkkəsinə qələbə bayrağı sancan əsgər!

Pafos deyil, bəy tərifi də. Həqiqətin ta kəndisidi dediyim.


Ədəbi tənqiddə bir Halof Blüm nəzəriyyəsini gördük, bir də akademik Məmməd Arif Dadaşzadə təqdimatı. Zakir Məmməd o qədər alicənab ədəbi tənqid üsulu, forması seçib ki, istənilən halda bu yazılarından sonra hiss edirsən ki, əsəri özün oxudun! Nə götürə bilərdinsə bu yazıçıdan, şairdən, elə bil öz əlinlə qoymuşdun, öz əlinlə də götürdün.

Axıcı dil, məxməri keçidlər, humanist yanaşmalar, şirin təhkiyələr, yazıçı-şair təhtəlşüurunda rəqs və cövlan edən fikirlərin mətndəki sətiraltı burulğanları, zəlzələləri, onların təqdimi, açması və ilk növbədə bu təqdimatların nütfəsində duran ədalətlilik adamı heyran edir.

Əlimdə səlahiyyət olsa, böyük məmnuniyyətlə kitabın orta məktəblərdə tərdis olunan "ədəbyyatşünaslıq nəzəriyyəsi" fənninə əlavə metodik vəsait kimi istifadəsinə sərəncam verərdim!

Ədəbi tənqidin bir borcu da odur ki, "Roma papasından da artıq katolik" olsun, yəni yazıçının da əvəzinə zəhmət çəkib deyiləni, təqdir olunanı cəmiyyətə çatdırsın!

Zakir Məmməd bunu bacarıb!

Gözəl bacarıb!


Hər yazını diqqətlə oxudum və minlərlə səhifənin oxunmasını, yüzlərlə kitabın əziyyətinin çəkildiyini gördüm!

Tənqidçi zəhmətini, tənqidçi səmimiyyətini, tənqidçi humanistliyini gördüm! Aqressiyaya və kəmfürsətliyə imkan verilməməklə bərabər, məhrəm tərifin də yaxına buraxılmadığına şahid oldum! Hətta özümün aqressiv yanaşdığım imzalar haqqında yazılanları oxuyub... özümün yox, Zakir Məmmədin fikirlərinə haqq qazandırdım.

Tənqidçi bundan artıq neyləməlidi, nə töhfə verməlidi ki?

Uğurlar, əziz imza!

Uğurlar cəfakeş və fədakar Söz Keşikçisi!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ