Uşağınız kitab oxumağı sevmirsə... - TÖVSİYƏ | MANERA.AZ

Tarix:29-07-2015, 11:56 Baxış Sayı:685

Uşağınız kitab oxumağı sevmirsə... - TÖVSİYƏ | MANERA.AZ

Uşaqlarda oxu vərdişləri yaratmağın yolları

Kitab oxumaq uşaqlar üçün darıxdırıcı hətta dünyanın ən çətin fəaliyyətlərindən biri ola bilər. Amma çətin də olsa da, bu fəaliyyəti bir vərdiş və həyat tərizinə çevirmək lazımdır.

Uşağınız kitab oxumağı sevmirsə, bir neçə kiçik hiylə ilə vərdiş halına gətirmək lazımdır.

Kitab hədiyyə edin

Bütün uşaqlar hədiyyəni çox sevir. Belə kiçik hiylələr ilə ona kitab oxuma vərdişində dəstək ola bilərsiniz.

Uşağınıza bir hədiyyə almaq istəyirsinizsə, bu mütləq kitab olmalıdır. Əyləncəli paketdə təqdim etdiyiniz kitab onun üçün daha cazibədar görünəcək.

Onların yanında kitab oxuyun

Uşaqlarınız böyüdükcə sizi təqlid etməyə və nümunə götürməyə başlayır. Ona kitab oxuma vərdişi qazandırmaq istəyirsinizsə, əvvəlcə mütaliyə etməyi siz – valideyinlər bacarmalısınız. Özünüzə mütaliə saatı təyin edin və hər gün kitab oxuyun. Unutmayın, sizin etdiyiniz hər şey onların diqqətini çəkəcək.

Otağında kiçik bir kitab rəfi yaradın

Uşaqlarınızın otağının kiçik bir hissəsinə kitabları qoymaq üçün bir rəf təşkil edin. Uşaqlarınız üçün aldığınız hər kitabı bu rəfə yerləşdirsəniz, diqqətini çəkəcək və oradan götürməyi vərdiş halına gətirəcək. Uşağınız sıxıldığı zaman kitab oxumaq üçün həvəsə gələcək.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ