Kəraməti necə öldürək?

Tarix:12-03-2018, 16:59 Baxış Sayı:459

Kəraməti necə öldürək?


Kəraməti hələ tələbəlik illərindən tanıyıram. Pepsidə tez-tez görürdüm onu. Haqqında çox şey eşitmişdim. Pis, yaxşı nələrsə danışmışdılar Kəramət haqqında. Mən nədənsə həmişə yaxşılara inanırdım. Ona görə ki, bu adamın pisliyi də nədənsə yaxşılıq kimi yozulurdu. Adam pis bir iş görsə də mütləq bunun bir yaxşı tərəfi olmalı idi. Nə isə. Keçən yay Kəramətlə oturub pivə içirdik. Maraqlı söhbətlər edirdi. Səmimiyyəti od kimi adamı yandırdı. İlahi, insan bu qədər səmimi və olduğu kimi necə ola bilər...? Hərdən mənə elə gəlir ki, Kəramət cəmiyyətimizdə nəfəs almağa çətinlik çəkən, boğulan, səmimiyyət və işıq dolu bir okeanda yaşayan su canlısıdır. Onu quruya çıxardan səbəblər, çox vaxt onu incidir. İndi də ona rahat olan, onu nəfəs almağa qoyan yerə qayıda bilmir. Necə qayıtsın? Axı o daha bu cəmiyyətdə tək deyil...
Mən Kəraməti ancaq onun yazdığı yazıları ilə, müsahibələri deyil, özü, ürəyi, varlığı ilə çox istəyirəm. Kəramət gülüşü ilə düşündürən, yazısı ilə anladan, sözü ilə yol göstərən bir yazıçıdı. Özü də istedadı yaşından çoxdu. Onu qəbul etməyənləri də başa düşürəm. Axı onu qəbul etmək də asan deyil. Adam durur bir status yazır, ölkə bir-birinə dəyir. Sonra da baxırsan bunu nə yaxşı hələ öldürməyiblər. O gün verlişlərin birində binanın qarşısında toplaşan adamların onun binanın uçacağı sözünə inanmayıb, onu başa düşmədiklərindən danışırdı Kəramət. Belə bir köşə yazısı da var. Doğurdan da adam maraqlıdı. Bu marağı axı necə öldürmək olar? Qeybdən bir səs gəlir: “Onu öldürmək mümkün deyil. O daha ölümsüzdür” Bay, bir az qəribə deyilmi? Yox e, nə qəribə?! Qeybdən gələn səs qəribə deyil... Bina uçdu Kəramət. Sənin günahın yoxdu. Sən demişdin axı bina uçacaq... Ürəyini sıxma...

TURAL CƏFƏRLİ
MANERA AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ