"Hüseyn Cavid - 135" müsabiqəsinin qalib şeiri

Tarix:21-02-2018, 19:42 Baxış Sayı:398

"Hüseyn Cavid - 135" müsabiqəsinin qalib şeiri

Manera.az "Hüseyn Cavid - 135" müsabiqəsində I yerə layiq görülən şeiri təqdim edir:

Əlizadə Nuri

DUA

Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Qoyun bu sevinclə şəkil çəkdirim,-
Bir azdan harasa çıxıb gedəcək...

... Nə yaxşı bu gecə səhərə çıxdı,-
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı göy üzünə tor atıb... durub
Qızıl bəxt istəyir ,, qızıl balıq" dan...

Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı, ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi,-
Tapacaq- kimin ki, qanadları var.

...O xoş gün nə yaman uzağa düşüb,--
İlahi, bu yolda yorulub hamı.
İndi ürəyindən sınır adamlar,
İndi çörəyindən vurulur hamı...

Qaldı cavan başlar dar ağacında,-
O cavan saçlara indi dən düşür!..
İlahi, bu dünya bir damla yaştək,
Bəlkə də haçansa gözündən düşüb?!

...Şairi vağzalda gecələyirmiş...
Taciri bir otel nömrəsindədir.
Çörək növbələri azalıb bir az,
Adamlar xoşbəxtlik növbəsindədir...

...İlahi, ümid ver əkim canıma,
Haçandı yerini qazıb, qalmışam.
Bu həyat - qərib bir şəhər kimidi,-
Mən də bu "şəhər" də azıb qalmışam...

...Dilini ay bilir, mənə də öyrət,
Hər gecə o ayla danışan qızın.
İlahi, bir dəfə üzünü göstər,-
Adamlar bilmir ki, hara yıxılsın...

"Hüseyn Cavid - 135" müsabiqəsinin qalib şeiriБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ