Yavru sərçələr...

Tarix:19-01-2018, 15:49 Baxış Sayı:84

Yavru sərçələr...

Şahin Sərdarlı



Sərçələr düzülüb ayaqlarıma!

Bir sıxma, bir ovuc dəndən ötəri.

Ağzı da sulanır gözləri kimi,

Həsrətin çəkdiyi dəndən ötəri.



Gözü dən axtarır, dili dən deyir,

Yavru sərçələrin dəncəyi boşdur.

Titrək "əlləriylə" dilənir indi,

Məndən istədiyi dən məndə yoxdur.



Tanrı da gizlənib, sanki görünmür,

Sərçəyə deməyə söz məndə yoxdur.

De necə qaldırım başımı, Allah!

Üzünə baxmağa üz məndə yoxdur...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ