Sevgi dolu bir cümlə... - İradə Əlilinin şeirləri

Tarix:4-01-2018, 11:35 Baxış Sayı:201

Sevgi dolu bir cümlə... - İradə Əlilinin şeirləri

Manera.az şairə, yazar İradə Əlilinin şeirlərini təqdim edir.

ŞEİR İSTƏDİM SƏNDƏN

Şeir istədim
Bir misraya sığacaq,
səndən, şeir istədim..
Yaz mənimçün, əzizim.
Ürək dolu bir şeir,
Fərəh dolu bir sətir...
Sevgi dolu bir cümlə
Səpələnən duyğularla,
Çiliklənib, səpələnən ürəyimi,
yığ,cəmlə.
Qəlbini qoy o şeirdə,
Qələmi elə sehirlə,
kətan bilib ağ vərəqi, çəksin məni...
Təkcə məni.
Ürəklə boya onu,ürəyinin rəngini, əsirgəmə üzümdən..
Bir kövrək şeir yaz, çəmən rəngli...
Hər kəlməsi yaz nəfəsli, Ahəngi eşq həvəsli...
Bir zərif ser,
Gözündən könlümə ilmələr atan,
Bir misra şeir yaz, Ürəyə yatan. ..

ELƏ BİL...

Elə bil yelkənsiz qayığam indi,
Azmışam yolumu əsən küləkdən.
Yenə arzularım alışdı,dindi
Sinəmdə alışıb yanan ürəkdən.
Sənə demədiyim çox sözlərim var,
Ürəkdə köz kimi sızlayır səssiz.
Gözlərimdə bitən bu lal sevdalar,
Kədərdən biçilir,qoymadan bir iz.
Eh,necə yuxu kimi ötüşdü illər,
Ömrü zaman-zaman itirdim,itdi.
Heç doya bilmədim baxışlarından,
Ömrümü həsrətlə bitirdim,getdi.
Ayrılıq nədir ki,hicran nədir ki,
Gül üstə şeh kimi düzülən anlar.
Sənə demədim ki,deyəmmədim ki,
Səninlə hər dərdə dözməyə nə var.

SEVGİMİZDƏN BİR PAY GÖNDƏRƏK

Uzanan əllərə çəkilən aha,
Qapanan gecəyə,doğan sabaha,
İmdad deyə-sığınana Allaha,
Gəlin sevgimizdən bir pay göndərək.
Ümidlər tükənib yoxa çıxanda,
Göz yaşları ürəklərə axanda,
Bir qəribə,nisgil-nisgil baxanda,
Gəlin sevgimizdən bir pay göndərək.
Pərişan saçlara sığal çəkməyə,
Daşlaşmış qəlblərə çiçək əkməyə,
Duyğusuza,öz ömrünü bükməyə,
Gəlin sevgimizdən bir pay göndərək.

KÖVRƏK HƏSRƏT

Kövrək həsrət,
Qovrulan ürək
Gözümdə yaş gizlənib.
Baharın ilk gələn günü
Üstümə qar buz ələnib.
Bu bahar nəyi qazanıb
Nəyi, nəyimi itirdim?
Sən adlı bir həsrətimi
Özümdə səni itirdim.

MANERA AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ