Oxunub : 436 | Tarix : 15-04-2015, 13:15 | Bölmə: Edebiyyat / nesr

"Döyüşü zənginlər çıxarar, yoxsullar ölər" - Sartr
Bu gün XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri, Nobel mükafatı laureatı Jan-Pol Sartr-ın (1905-1980) anım günüdür


Jan-Pol Sartr 1964-cü ildə "zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə" Nobel mükafatına layiq görülmüşdü.

Lakin müəllif könüllü şəkildə mükafatı almaqdan boyun qaçırmışdı (ondan əvvəl Boris Pasternak da Nobeldən imtina etmişdi, amma bu addımı öz istəyi ilə deyil, Sovet rəhbərliyinin təzyiqi ilə atmışdı). İsveç Akademiyasına ünvanladığı məktubda Jan-Pol Sartr yazırdı: "Mənim öz əsərlərimi sadəcə "Jan-Pol Sartr" və "Nobel mükafatı laureatı Jan-Pol Sartr" kimi imzalamağım tamamilə fərqli anlayışlardır. Yazıçı hətta ən şərəfli şəkildə də olsa, öz adının ictimai institut adına çevrilməsinə imkan verməməlidir". Başqa sözlə desək, Sartr Nobel laureatı adının onun radikal siyasi fəaliyyətinə maneçilik törədəcəyini düşünərək bu qərarı vermişdi.

Jan-Pol Sartr (fr. Jean-Paul Charles Aymard Sartre) — XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri, 1964-cü il
Jan-Pol Şarl Aymard Sartr dənizçi-mühəndis Jan Batist Sartrın ailəsinin yeganə övladı kimi doğulmuşdu. Anası Ann-Mari Şveytser məşhur alman humanisti, Nobel mükafatı laureatı Albert Şveytserin qardaşı qızı idi. Bir yaşında atasını itirən Jan-Pol ana babası, professor-germanist Şarl Şveytserin himayəsində böyümüşdü. Nəvəsinin istedadını görən Şarl Şveytser onu məktəbdən çıxarmış, evdə xüsusi müəllimlərdən təhsil alması üçün şərait yaratmışdı. 1917-ci ildə anası yenidən ərə gedəndə və onu öz yanına – Fransanın cənubuna aparanda Jan-Pol bundan əməlli-başlı sarsıntı keçirmişdi.

İlk bədii əsərini – "Ürək bulanması" romanını Sartr həyatının Qavr dövründə yazsa da, yalnız 1938-ci ildə nəşr etdirmişdi. Eyni ildə "Nuvel Revyü Fransez" dərgisində "Divar" novellası çap olunmuşdu. Hər iki əsər Fransada yekdilliklə ilin kitabı nominasıyasının qalibi adını qazanmışdı.

Manera.az



.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər