Məzahir Məzhərin uşaq şeirləri... | MANERA.AZ

Tarix:8-07-2015, 14:08 Baxış Sayı:1368

 Məzahir Məzhərin uşaq şeirləri...  | MANERA.AZ

manera.az
Uşaq şairi Məzahir Məzhər (Qarayev) hələ orta məktəbdə oxuyarkən ədəbiyyata, şeirə xüsusi maraq göstərib. Bu maraq onu qısa təmsillər və şeirlər yazmağa həvəsləndirib. Şair 70-ci illərin əvvəllərindən “Pambıqçı” qəzetində dərc olunmağa başlayıb. Sonralar “Mingəçevir işıqları”, “Abşeron”, “Qabaqcıl texnika uğrunda” qəzetlərində təmsilləri dərc edilib.

Məzahir Məzhərin “Hədəf” adlı məntiqi təmsillər və şeirlər kitabında yer almış təmsillərindən bəzilərini təqdim edirik:

Dəyişkən termometr

Termometr təklikdə
Deyəmmirdi sözünü.
Qoltuq alta girəndə
Göstərirdi özünü.

Qanadlı qarışqa

Qarışqa çox sevindi
Görəndə öz qanadın
Artıq fikirləşirdi,
Dəyişdirsin soyadın.

Ələbaxan pişik

Ov eyləmir artıq pişik
Evdə yatır ələ baxır.
Deyir mənim dövrüm keçib
Bu işlərə tələ baxır.

Soyuqqanlı xoruz

Yumurtasın toplayıb
Toyuq gedib kürt yatdı.
Xoruz dedi: – əlvida!
Məndə özəl həyatdı.

İşgüzar samovar

Qaynaraq samovar
Gündə batırdı tərə,
Heç özü də bilmirdi
Xeyrə gedir, ya şərə.

Tülkü hiyləsi

Bikef görüb toyuğu
Ağladı qoca tülkü.
Axşam onun fərəsin
Özü yemişdi çünki.

Qarğanın istəyi

Qarğa qartalın qızın
İstəyirdi oğluna
Qartal kimi uçmağı
Gətirmirdi ağlına.

Sərçənin yalnış seçimi

Qaranquşun qızını
Sərçə sevdi görüncə.
Yazda olan sevgisi
Tükəndi qış gəlincə.

Qələm və pozan

Qələm şikayət etdi
Pozanın əməlindən.
Dedi: – Pozan pozduğun
- Niyə soruşmur məndən.


Yersiz güzəşt

Güzəşt edib çayıra
Bostanda yer verdilər.
Zaman gəldi bostanı
Çayır altda gördülər…

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ