"Azərbaycan- 3028-ci il"- İlk elmi- futuristik hekayə

Tarix:22-11-2017, 13:44 Baxış Sayı:240

"Azərbaycan- 3028-ci il"- İlk elmi- futuristik hekayə


Manera.az Tural İsmayılovun futuristik və fantastik hekayəsini təqdim edir.
***

Kosmik gəminin pilotu Vaqif qışqıra-qışqıra gəldi.

- Xəbər gəlib ki, “Həyat” qalaktikasına uça biləcək yeni yexnika kəşf olunub. Bundan sonra biz orada yaşayanlarla ünsiyyət qura biləcəyik.

Gəminin kapitanı Yuri dilləndi:

- Əşşi boş söhbətdir. Amerikan uydurmasıdır hamısı. Bizim 4000-cü ilə qədəm qoyduğumuz indiki çağda işıq sürətini keçməyimiz çətindir və gözlənilməzdir. Marsdakı dünya insanları ilə danışdıq. Onlar yeni yaratdıqları kompüter sistemləri ilə Plutona səytahət edən kosmik varlıqlarla əlaqə qura bilirlər. Amma digər qalaktikalara uçmağımız heç real görünmür niyəsə.

3028-ci ildə bəşər insanının gəldiyi nöqtəyə heyranedici səviyyədədir. Artıq uçan avtomobillər ixtira olunub, insanların əl əməyi sıfıra endirilib, bütün texnologiya sistemlərində robot enerjisindən istifadə olunur, insanlar sadəcə intellekt və zəka ilə idarə edici qismində pultda əyləşirlər.

Azərbaycanın kosmik tədqiqat stansiyası Şuşada yerləşir, Xankəndində isə Azərbaycan kosmik araşdırmalar mərkəzi yaradılıb. Marsda və Ayda insan koloniyaları yaradılıb. 2500-cü ildə insanın ekologiyaya vurduğu zərbələr buzların əriməsinə, nəticədə isə suların daşmasına, böyük bir ekoloji fəlakətə səbəb olmuşdu. Son 5 əsrdə bəşər insanı dünyadakı bütün ağrılara və savaşlara son qoyaraq dünyanı xilas etməyə çalışdı, nəticədə isə insanların bir qismi başqa planetlərə köçürüldü.

Artıq Yer kürəsi insanın kainata yayılma arealının mərkəzi idi. Böyük dövlətlər birlikdə böyük kosmik kəşflərə imza atırdılar. Azərbaycanın Şuşa şəhərində Rusiya, Azərbaycan və Türkiyənin birlikdə qurduğu kosmik mərkəz Günəş sistemimizdəki tapıntıların mərkəzi olmuşdu.

Mərkəz rəisi xəbər göndərmişdi ki, hamı bu gün saat 5-də iclasa gəlsin. Kapitan Yuri gecəni yaxşı yata bilmədiyi üçün bir az əsəbi idi və deyinə-deyinə iclas zalına girdi.

- Lənətə gəlmiş direktor Nəsimi yenə bizi niyə yığıb buraya?- deyə narazılıq etdi kapitan.
-
- Yəqin qalaktikalar arası uçuş üçün son hazırlığı yoxlamaq istəyir – Nərgiz cavab verdi.

- Hə, gəlsin görək yenə nə çərənləyəcək? Bunun üçün bizim hələ bazamız yoxdur.

Arxa oturacaqdan mühafizə korpusunun rəisi Yusif dilləndi:

- Bəsdir da, Yuri. Min il bundan əvvəl, 2028-ci ildə kimin ağlına gələrdi ki, insanlar birləşəcək, Yer kürəsini fəlakətlərdən xilas edəcək və başqa planetlərdə yeni həyatlar yaradacaq. Mən inanıram ki, 5000-ci ildə artıq insanlar başqa qalaktikalar və Günəş sistemlərindəki yaşayışı öyrənə biləcəklər.

Nərgiz onunla razılaşdığını bildirmək üçün başını yellədi.

Yuri isteza ilə dedi:

- Mən elmin bizi gətirdiyi bu halı görərək gələcək üçün qətiyyən bədbin skeptikaya qatılmıram. Və anlayıram ki, mənim kimi ümidsiz insanların yaşadığı Yer kürəsinin sonu gəlirdi az qala. Amma bizim üçün daha prioritet olan şeylər var, bunların birincisi Neptundakı işlərimizi yekunlaşdırmaqdır, daha sonra isə Plutonun daxili strukturunu öyrənməyi yekunlaşdırmalıyıq. Biz elə etməliyik ki, insanlıq üçün orada xüsusi cihazlar olmadan yaşamaq mümkün olmasa da, ən azından baza stansiyaları və ərzaq ehtiyyat anbarları quraq.

Komandanın ən gənc üzvü kosmik mühəndis Elan gülümsəyərək cavab verdi:

- Mən səninlə razıyam, Yuri. Amma bəşər insanı cəhdlər eləməlidir. Biz başqa planetlərdə olan canlılarla artıq tanışıq. Amma bu da məlumdur ki, bizdən başqa ulduz sistemlərində daha da üst səviyyədə nələrsə baş verir. Biz oraları öyrənməliyik, biz oralara getməliyik, çözməliyik, əlimizdən gələni etməliyik.
***

İndi Şuşadakı iclas zalında dünyanın müxtəlif ölkələrindən kosmik beyin mərkəzinin rəhbərləri həyəcanla vurnuxurdular. Birdən zala səssizlik çökdü. Nəsimi içəri daxil oldu. Önündəki vitaminli içki kapsulundan birini içdi. Daha sonra isə elektron tablo çipinə toxunaraq arxasındakı boş səmaya müxtəlif kosmik şəkillərin vizual görüntüsünü əks etdirdi. O, çıxışına belə başladı:

- Əzizlərim, bu gün biz buraya daha bir böyük kosmik kəşfimiz üçün toplanmışıq. Mən anlayıram ki, mən bura gələnə qədər və ondan öncəsində böyük müzakirələr getdi. Dialoqlar təfəkkürü genişləndirir. Mübahisələr insanın idrakını aydınlandırır. İndi hər bir insanın informasiya imkanları daha genişdir və böyükdür. Daha saytlar yoxdur, qəzetlər min illik tarixə çevrilib. İndi hamı uçan maşınlarında gözlərinin yanına taxdıqları çip ilə dünyanın bütün nöqtələrinə və bütün planetlərə baxa bilir. Jurnalistika indi səmadakı vizual tablolardadır. Sevinirəm ki, biz ayılmışıq, müharibələrdən imtina etmişik. Heç kim daha nüvə silahından danışmır. Şairlər elektron dünyanın sərhədsizliyinə şeirlər yazır, memarlar kosmosda şəhərləşmə prosesini başladıb, heç kim aclıqdan ölmür, daha insanlar sağalmaz xəstəliklərə tutulmur, tibb kainata açılmağımızla kökündən dəyişərək inkişaf etdi. Və bizim daha bir şansımız var. Çox çətindir, amma alman araşdırmaçılar və Çin fizikləri ilə bizim reaktiv raketlərin daha böyük məsafələr uçmasını təmin edəcək yeni yanacaq xammalı tapılıb. Bundan başqa kosmik raketlərimiz Saturnun səthində aşkarlanan maddələrlə daha dayanıqlı durumdadırlar. Yəni, bizim ümidsiz olmağa haqqımız çatmır. Daha böyük nailiyyətlər üçün daha çox çalışmalıyıq. Başqa qalaktikalardan dəvət mesajları alırıq. Biz getməliyik əzizlərim. Bundan min illər öncə filosofların dediyi “insan kosmik varlıqdır” tezisini əyani sübut etməliyik. Çalışmalıyıq daha çox irəliləyək, daha çox addım ataq. Mənə bu şərəfli məlumatı sizə, planetimizə, digər planetlərdəki insanlara çatdırmağım üçün etimad göstərən bütün hər kəsə təşəkkürlər.

Nəsiminin çıxışını eyni anda həm zal, həm də canlı yayımla hər yerdə izləyən insanlar alqışlayırdı. Marsda, Ayda, dünyanın hər yerində Şuşadan verilən bu tarixi açıqlama böyük əks-sədaya səbəb olmuşdu. Həmin gündən sonra Yuri və komandası da kosmik sistemdəki axtarışlarını davam etdirdilər. Hər kəs eyni missiya və hədəf üçün tək yumruq halında idi.
***

80 il sonra ölümünə saatlar qalan Yuri nəvəsinə mesaj qoymuşdu:

“Biz inamımızla bacardıq. İndi sıra sizdədir. Kəşf edin və 5000-ci ildə kainatın daha dərinlərinə nüfuz edən insanlığın memarları olun.”

"Azərbaycan- 3028-ci il"- İlk elmi- futuristik hekayə


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ