"Sinəm Savalan dağıdır" deyən xalq şairi

Tarix:11-11-2017, 18:42 Baxış Sayı:45

"Sinəm Savalan dağıdır" deyən xalq şairi
Bu gün Xalq Şairi Balaş Azəroğlunun doğum günüdür.

“Sinəm Savalan dağıdır”, - deyən Balaş Azəroğlu yaradıcılığından Cənub ağrısı, Vətən həsrəti istər-istəməz həmişə oxucularına da sirayət edib, onları da düşündürüb.

Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini də burada alıb. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərib. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib, qəlbində ədəbiyyata olan böyük sevgini də o alovlandırıb.

Ölməz şeirləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə bütöv Azərbaycanın möhtəşəm heykəlini ucaldan sənətkar mənalı və şərəfli həyat yolu keçib. O, doğulduğu Bakı şəhərini, böyüdüyü Ərdəbili sevib, erkən yaşlarından şeirə könül verib, həyatı müxtəlif dolanbaclardan keçsə də, özünü, yurdun gözəlliklərindən ilhamlanan şair mənini və imzasını tanıda bilib.

Şair yaradıcılığa hələ 16 yaşında ikən başlayıb, ilk “Dnepr” adlı mətbu şeiri 1937-ci ildə Bakıda çapdan çıxıb.

Balaş Azəroğlu yaradıcılığına nəzər yetirəndə onun Cənub ədəbi mühitinin mənzərəsini yaradan əsərlərindən xüsusi danışmaq lazım gəlir. Şair ədəbiyyatımızın bu coğrafi məkanına yeniliklər gətirən, forma axtarışları və mövzuları ilə seçilən bir müəllif kimi ucada dayanır.

Gəncliyində özü kimi odlu-alovlu bir şair qızı sevib Balaş Azəroğlu. Özlərinə məxsus ayrı-ayrı yaradıcılıq üslubları olsa da, məqsədləri bir olub. Bu qoşa sevgililərin ürəyi ancaq Vətən eşqi ilə döyünüb. Xalq şairləri Mədinə Gülgün və Balaş Azəroğlu uzun illər sənət yollarında birgə addımlayıblar. Baş-başa ədəbiyyatda və ailədə bir ocağın istisinə qızınıblar, isti sözləri ilə ürəklərdə də tonqal qalamağı bacarıblar, övladlar böyüdüblər, kitablar yazıblar.

Şair Ərdəbildə də, Təbrizdə də Bakıda da müxtəlif rəhbər vəzifələrdə çalışarkən, həmişə öz doğma dilinin və xalqının yanında olub. Farscadan dilimizə çevirdiyi Nizaminin “Yeddi gözəl” poeması, Füzulinin qəzəlləri, Şəhriyardan tərcümələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.

Şairin müxtəlif illərdə “Şeirlər”, “Savalan”, “Mübarizə yollarında”, “Gənclik dostlarım”, “Mənim nəğmələrim”, “Səhər şəfəqləri”, “Sənətin qüdrəti”, “Hafizin qəbri üstündə”, “Elə oğul istəyir Vətən”, “Dünənim, bu günüm, sabahım”, “Gəl, ay bahar”, “Sinəm Savalan dağıdır”, “Bir kürsü istəyirəm” və digər kitabları nəşr edilib, ona oxucu rəğbəti qazandırıb.

Şair 2011-ci aprelin 24-də vəfat edib, Bakda dəfn olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ