Səsində həya var, gözündə ovsun - ŞEİRLƏR

Tarix:11-10-2017, 09:49 Baxış Sayı:146

Səsində həya var, gözündə ovsun - ŞEİRLƏR
Bu gün “Beynəlxalq Qızlar Günü”dür.Manera.az tanınmış şairlərimizin bu mövzuya həsr edilmiş şeirlərini təqim edir.

Bəxtiyar VAHABZADƏ

Qızıma

Gəlirsən, gedirsən...
Gözüm üzündə,
Bilmirsən nə sorur, nə deyir atan.
Üzündən, gözündən,
hər bir sözündən
Qəlbini oxumaq istəyir atan.

Gəlirsən, gedirsən... heç nə sormuram
Baxışlar danışır, baxışlar ancaq.
Bilmək istəyirəm, a mənim balam,
Səni isidirmi qonduğun budaq?

Qınama, bələdəm mən bu həyata,
Kim çərxi geriyə döndərə bilmiş?
Övlada qızıldan taxt verər ata,
Qızıldan bəxtini kim verə bilmiş?

Gəlirsən, gedirsən. Dəyişmiş bizim
Sözümüz, sorğumuz...
Bu sən,
bu da mən.
Elə gəlirsən ki, elə bil qızım,
Bu evdə doğulub böyüməmisən.
Bir az yad olmusan,
Bir az utancaq
Əvvəlki ərkini istərəm yenə.
Gələndə qonaqsan, gedəndə qonaq,
Nə tez özgələşdi bu ocaq sənə?

Sənin xislətin də necə dəyişdi,
Demə gileyliyəm, yox, yox, şadam mən.
Sev ki, seviləsən...
Bizimki keçdi,
İndi sənin üçün narahatam mən.

Qoru hər ləkədən məhəbbətini,
Hər yerdə,
həmişə,
hər zaman, qızım.
Arxan- atan evi...
Səadətini
Yalnız ər evində tapasan, qızım.

Nəriman HƏSƏNZADƏ

Qızlardan oğlanlara

Oğlanlar,qızlara hörmət eləyin,
Ya sevin qızları,ya rədd eləyin.
Aldadıb atmayın,günahdı qızlar
Sabahkı ən əziz anadı qızlar.

Səsində həya var,gözündə ovsun,
Evdə dilavərdi,çöldə lal olur.
Gözünüz qızların gözündə olsun,-
O gözdə daimi bir sual olur.

Qızlar anadılar,oğlanlar ata,
Kim deyir,bu işi bir əyən olmur?!
Qızların qız baxtı gözəl olsa da
Gəlinlik vaxtları müəyyən olmur.

Fikirə öyrəşir,qəmə qatlaşır,
Qəlbində yaşadır,sirrini təkcə.
Öz ata evində qızlar yadlaşır
Yad oğlan evinə meyl eylədikcə.

Qəlbini sevdiyi oğlana deyir,
Ancaq rəfiqəsi soruşsa,danar.
Özgə anasına qız ana deyir,
Özgə atasına qız olan qızlar.

Qızlar aldanandı,siz aldatmayın,
Aldanıb yananın qanı buz qalar.
Qolları üstündə gedib yatmayın,
Yazıqdı,əbədi yuxusuz qalar.

Görüşə getməyin ürək sevməsə
Sözümü,a qızlar,ucuz tutmayın.
Ürəkdən çəkirik nə çəkiriksə,
Bunu da həyatda siz unutmayın.

Məmməd ARAZ

Qızlar

Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar!

Oynar qəhqəhəniz şimşəklər kimi,
Ünvansız olmayın küləklər kimi.
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib solmayın, qızlar!

Siz bir qayıqsınız, tale dənizdir:
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlınızdır, düşüncənizdir,
Taleyin qayığı olmayın,qızlar!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ