Aşiqin sevdası hər dəm həsrətindən bəllidir... - Qəzəllər

Tarix:3-09-2017, 17:40 Baxış Sayı:389


Aşiqin sevdası hər dəm həsrətindən bəllidir... - Qəzəllər


Manera.az tanınmış yazıçı,filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin qəzəllərini təqdim edir:

(H. Cavidə nəzirə)

“Cahan bir nazənin dilbər, ” fəqət namərdə qismətdir.
Həqiqət axtaran insan əzəldən haqqa həsrətdir.

Babam Adəm, nənəm Həvva, atam Habil, əmim Qabil,
Vurub həmcinsin məhv etmək bəs insanda nə xislətdir? !

Zalım çəkər kefin daim, verər məzluma min zillət,
O zalimdən gələn hər şey bu məzluma əziyyətdir.

Nə hörmətlə, nə izzətlə bu dünyadan xeyir görməz,
Bənu-adəm ki, sultanlıq edən rüşvətlə sərvətdir.

De, yarrəb, necə dünyadan ədalət istəsin Sadiq,
Ki, dünyanın lap əvvəldən gələn axrı qiyamətdir.



(Nəsimiyə nəzirə)

Ad-sanı hər dahi şəxsin izzətindən bəllidir.
Yaxşılardan yaxşı kəslər xislətindən bəllidir.

Başda yaylıq, ya papaqla bəlli olmaz qeyrəti,
Ya kişi, ya arvad ancaq qeyrətindən bəllidir.

Dostu-yarı dandı şöhrət tacını kim qoydusa,
Hər ucuz şöhrət əsiri surətindən bəllidir.

Dilbərindən ayrı düşşə qəm edib ağlar könül,
Aşiqin sevdası hər dəm həsrətindən bəllidir.

Dərdə xalqın tabı çoxsa, Sadiqa, tən etmə sən,
Millətin üsyana meyli sərvətindən bəllidir.



(M.Ə.Sabirə nəzirə)

Bu necə dövrü-zamandır ki, işim ahu-fəğandır?
Mələyim sus, ürəyim sus, məni dindirmə, amandır.

Gülə yurdum necə, mən gülməyərəm hər gecə- gündüz?
Gülə bilməm, a gözəl, çün elimin hər günü qandır.

Ata yurdum, ana yurdum, düşə dərdə, ölə, bir kəs,
Görə bilməz, görə bilsə, duya bilməz ki, dumandır.

Bizə hər dəm baxa yadlar, tapa bizdən şəfa yadlar.
Bizə bizdən dava amma ola bilməz ki, tikandır.

Bu bahar hər ağacın, hər budağından süzülür qan,
Necə gülsün üzə dövran, gülü solmuş ki, xəzandır.

Gözü çəp şey, sözü puç şey, özü heç şey gələ bir kəs,
Demə zaydır, bizə tacdır, pulu çoxdursa, əyandır.

Desələr ki, yerə enmiş özü Allah uca göydən,
Gəl inanma, bura gəlməz, bura şərdir və yalandır.

Niyə gəlmir cuşa bilməm, daşa hirsdən vətən oğlu,
Ruhu qalmış yağılarda, əzilir hey o, talandır.

Məni sarmış qara şübhə, görəsən, bəs bizə talib,
Nəyə malik, nəyə qadir, o, mələkdir, ya tirandır?

Gülü bülbül öpə bilmir, daşı torpaq ata bilmir,
Göyə insan uça bilmir, bu da haqdır ki, ziyandır.

O, yalandır, bu, yalandır, bu nə andır, demə, Sadiq,
Kefə bax sən, bu olandır, bunu Allah da duyandır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ