Tanrıya iki saat yol var...- Şeirlər

Tarix:23-08-2017, 21:11 Baxış Sayı:106

Tanrıya iki saat yol var...- Şeirlər
Manera.az Hikmət Nikbinin şeirlərini təqdim edir:


***
Prometey vaxtından çox qabaqda-
yarı uçuq, bir yarıboş otaqda
balıqlar yaşayardı bizlə...
Bilmək istəyirəm,
hanılar, hardadılar
torpağın quru sakinləri.
Dedilər,
əllərini adamlara verib,
dənizlərə getdilər...
...o vaxtı
o əllər üz-gözümdən öpərdi- dedim.
-Ayaqlarını necə, apardılar ?
-Ayaqlarını dalğalara verdilər.
-Bəs dillərini ?
-Dilləri özlərində.
Sadəcə susmağı öyrəniblər.
-Yəqin yosunlar kimi
bitirlər dəniz dibində.
-Yox, sudan protez taxırlar.
-Dünya adlı otaq işlədirmi
heç olmasa balıq saatını ?
-O da lazım olmadı !
Hamı keçirir
on iki barmaq saatla vaxtını...
...ayağım torpaq,
başım torpaq,.
Milyon illik yaşım torpaq !
Daha balıqlar səndə ölməz,
Basdıran kimdi onları,
balıqlar səhv edəndən...

***
Zaman yaxşı yavaşımır,
yaxşı dayanmır...
Yoxsa başlayar dünyanın ürək keçməsi,
tez-tez su içməsi...
Bütün dünyalarla məsafəsi- bir Tanrı.
Kəməri zamanla
səliqə-sahmana salır özünü...
Odur kəhkəşanın diri heykəli !
Başına and içirlər...
Məndənsə
Tanrıya iki saat yol var.
...Özümdə adamlığım uyuyur,
Ömür- ömür yorğunluğum uyuyur...
Vurulmuşam Tanrı kimi
bir tənhalıq sevdasına.
Qollarım qalxmır
övlad-uşaq, ev havasına...
...yatıram ağac oyanım,
gözlərim adam oyanır.
Deyirlər,
balıqlar yemi udmağa
yem yiyəsindən öyrəndikləri
duanı oxuyurlar.
Elə o vaxtdan balıqların inanc yeri
qarğı qırmaqdı...
Yoxsa, tilova düşməzdilər,
susuzluqdan üşüməzdilər...
Tanrı qeyzlidi
göylərin adından danışanlara,
həyatından danışanlara.
...Bilmək istəyirəm ayrılıqların yaşını !
Məndənsə
Tanrıya iki saat yol var...



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ