"Romanda qadınlar hökmrandırlar" -Oxucu rəyi

Tarix:14-07-2017, 10:38 Baxış Sayı:75

 "Romanda qadınlar hökmrandırlar" -Oxucu rəyi

ASLAN QULİYEV "İSTİ VƏ SOYUQ TORPAQLARDA"

əsəri haqqında


İlk fəslin ilk sətirlərində Dəniz sahilində yaşayan və silahlı basqına məruz qalan tayfadan söz açmaqla, bəlkə də müəllif sətir altı oxucuya daim yadellilərin işğalına məruz qalmış bizlər barədə incə bir nüansa toxunub.

Hadisələr əsasən Azərbaycan və Rusiya ərazisində cərəyan etməsi Azərbaycan və adı çəkilən qonşu dövlətlə münasibətləri, hər iki millətin adət ənənələri, həyata və dünyaya fərqlibaxışları, fərqli düşüncə tərzi ilə önə çəkilir.

İslama qədər Azərbaycan ərazilərində müxtəlif dinlər olmuş, sonralar xristianlıq, daha sonra müsəlmanlıq geniş yayılmışdı. Diqqət çəkən sətirlərdən biri də budur, nə xristiandırlar, nə də müsəlman.

“Uşağın tərbiyəsi üçünən təsirli vasitə” “uşağı döymək” –bu sözlərlə müəllif bu tərbiyə üsuluna qarşı olduğuna açıq-aşkar etiraz edir.

Hər üç qəhrəmanın görünüş və xasiyyət baxımından bir heyvana bənzəməsi diqqət çəkir və düşündürür. Canavar –BOZ QURD BİZ –TÜRKLƏR üçün müqəddəsdir, bunu anladım. Amma digər iki heyvanı anlamadığım üçün özüm təxminlər etdim. Bəlkə də müəllif bu qəhrəmanların timsalında elə bizim xalqın obrazını yaratmışdır. Biriləri daima qıs yuxusuna gedir, digəri nə qədər vurub yıxmağa can atır, lakin heç nəyə son nəticədə nail ola bilmir, cəsarətli və mərd olanlar da kimlərinsə fitnə fəsadının qurbanı olur.

Diqqətimi çəkən daha bir məqam: Hər bir qəhrəman öz torpağından güc alır, hər birinin genində özəlliyi qorunur. Fikrimcə,müəllif “İnsan öz torpağında güclüdür”, tarixini araşdırıb kim olduğunu biləndə özünün də kim olduğunu anlayır, və nə qədər də qəribə səslənsə, məhv olub itmək üzrə olanda öz torpağından sanki yenidən güc alır, dirçəlir. Bunu Porinin timsalında nəzərə çarpdırır müəllif.
Tayfaların adları da, adət ənənələri də qəribədir. Ən çox xoşuma gələn başkəsənlər tayfasıdır, adət -ənənələrinə bağlı, son dərəcə diqqətli, mərd, böyük kiçik yeri bilən, riyadan, xəyanətdən, ikiüzlülükdən, satqınlıqdan və s kimi mənfi cəhətlərdən uzaq olan bu tayfanın sakinləri hər cür hörmət və ehtirama layiqdirlər. onlar son dərəcə qonaqpərvər olmaqları ilə bərabər, həmçinin də sözlərinin sahibidirlər. Tayfa başçısının, ağsaqqalının sözü onlar üçün qanundur. Qobinin oğluna sahib çıxmaları və həmçinin Poriyə “Həyat yoldaşı sənindir, sən qərar ver”, “Oğulu atadan ayırmarıq” deməklə, bir qadının kişilərin qarşısına keçməsi kifayətdir ki, qadına hörmət və ehtiramdan doğan hisslərə görə hətta düşmənini belə bağışlamağı bacarırlar.
Eyni sözləri isə, təəssüf ki, digər tayfalar barəsində deyə bilmərəm. Qobinin qan düşmənləri olan tayfa dünyanın ən alçaq, ən rəzil tayfasıdır, hansı ki, onlar üçün əxlaq və namus deyə bir şey yoxdur, düşmənçilik və intiqam hissləri o qədər güclüdür ki, hətta yatmış körpəni belə öldürməyə qadirdilər. Bu tayfanın sakinləri mənə erməni xislətini xatırlatdı.
Yelqovanlar tayfası da həmçinin, qeyri sabit fikirləri olan, mənasız düşünən, zəif, iradəsiz, bir qədər də səhlənkar, eyni zamanda da qorxaq bir tayfadır. Duzəkənlər tayfası da öz ağılsız fikirləri, absurd qisas düşüncələri ilə fərqlənir. Yalnız ən axmaq insan şirdən, atdan,itdən qisas almağı düşünə bilərdi.
Tayfalar arasında başkəsənlər, qəhrəmanlardan isə Qobi məndə müsbət fikirlər yaratdı. Digər döyüş dostlarından fərqli olaraq, hər kəsin süursuz dediyi bu qaban əslində çox mərd, çox səxavətli, həm də sözün əsl mənasında kişi xasiyyəti olan biridir. Sözünə sadiqdir, hərəkətlərinə görə məsuliyyət daşımağı da bacarır, sevdiklərinə sahib çıxmağı, onlar üçün hər cür fədakarlığı da.
Qobinin və Vanyanın timsalında iki millətin nümayəndəsi üzləşdirilir: azərbaycanlı və rus. (Bu arada deyim ki, müəllif hər bir obrazın xarakterinin çox gözəl təsvirini verməyi bacarıb) Onu düşmənlərinin əlindən alan, ona hər cür maddi, mənəvi dəstək olan Qobidən fərqli olaraq, Vanya zəif xarakterli, təsir altına tez düşən, öz nəfsinə uyan, nə sevgidə, nə dostluqda sadiq olmağı bacarmayan, öz nəfsi naminə ona uzanan əli kəsməyə, ona sipər olan kürəyi bıçaqlamağa hazır olan biridir. Edilən yaxşılığı bir saniyədə unudan və hər şeyi gözləyə biləcəyin əsl rus xarakteri. Yalnız bir cəhəti ilə nifrəti azaldır ki, dostunun ailəsini düşmənlərindən uzaq tutur, Qobinin oğlunun varlığını gizlətməyə çalışır və pulları onun ailəsinə bağışlayır.
Müəllif həmçinin Porinin və Vanyanın timsalında göstərməyə çalışır ki, insani sevgi heyvan xislətlidir, və o hər şeyi gözə ala bilər, hətta kimisə öldürməyi də.
Qobi istisna olmaqla, qəhrəmanların yaşadıqları yüngül həyat tərzi və hər dəfə təkrarlanan səhnələrin üstündə dayanmayaraq əsərin əsas mövzusu olan sevgidən danışarsaq, Porinin və Səmoşun sevgisini anlasam da ( əsl sevgi heç bir mane tanımır) bir qadının, xüsusilə də Azərbaycan qadınının öz ərinə, özü də ən yaxın dostu ilə xəyanət etməsini qəbul edə bilmirəm. Bir azərbaycan qadını o qədər şərəfli, namusludur ki, heç vaxt əri səfərdə olanda başqasına qoşulub qaçmaz,
( istisnalar cəmiyyətimizdə də var, lakin mən onları əsl Azərbaycan qadını adına, şərəfinə layiq bilmirəm!) ərinin şərəfini, namusunu yerlə bir etməz. Azərbaycan qadını hər bir halda ( əri onu döysə də, söysə də, evə bazarlıq etməyə imkanı olmayanda da) ailəsini atıb getməz. Əsl Azərbaycan kişisi də dostunun evinə ayaq basanda qarşısındakına başqa nəzərlərlə baxmaz, hətta qəlbindəki sevgisini belə boğmağa, öldürməyə çalışar. “Evdə kişi yoxdur, qapıdan içəri keçmədim” –deyərkən “Qapıdan girən kişi olsun” deyib Azərbaycanlı kişisi. Elə bu cəhətləri ilə də Azərbaycanlı qadını və kişisi dünyanın bütün millətlərindən fərqli və üstündür.
Əsəri bütünlüklə təhlil etməyim zaman aparar, sadəcə daha bir neçə məqama toxunmaq istəyirəm:
Yəhudi və müsəlman münasibətləri. Müəllifin “Dünyanın heç bir müsəlman ölkəsində yəhudilər təqib olunmayıb, onları öldürməyiblər” deməsi də özü bir mesajdir.
İş adıyla Rusiyetə gedən azərbaycanlıların əslində məqsədinin pul qazanmaqdan daha çox əyləncə olduğunu vurğulayan müəllif sonda qəhrəmanlarına vətəndə də əldə edə biləcəklərini söylətdirib peşman edir. Coni və Nahidin soyuq torpaqlarda donub qalması, yadellərdə ölməsi və kimsəsizlər qəbirstanlığında dəfn edilməsi bu günümüzün reallığıdır, və xoşa gəlməz bir haldır. Bu mövzunu dərindən işləyən müəllif oxucuya dolayısı yolla iradını bildirir və çəkindirir.
əsərin bir yerində müəllif erməni xislətindən də söz açır, bir jurnalistin diliylə Erməni xəyallarını, ermənilərin dünyaya sahib çıxma iddialarını vurğulayır. Dogrusu ilk fəsillərdə bu əsərin bir tarixi əsər olacağını düşünüb daha çox üç döyüşçünün döyüş xatirələrindən, şücaətlərindən olacağını zənn etmişdim. Müəllif diplomatik şəkildə incə bir nüansa toxunub bilərəkdən mövzudan uzaqlaşıb.
Coninin və Porinin “Mənim bir uşağa əlim qalxmaz” deməsi də vəhşi ermənilərdən fərqli olaraq bizlərin mərhəmət hissinin və insanlığımızın sübutudur.
Əsərdə millətlərin xarakteri və təbiəti ilə bağlı bir çox mesajlar var.
İslama sevgi və ya islama qarşı olmaq –qəribə bir təzad var müəllifin fikirlərində. Mənim bu barədə hiss etdiklərim və düşündüklərim isə özümdə qalsın.
Qadınlara gələk, müəllif qadınlara daha çox üstünlük verir və münasibəti açıq aşkar bəllidir: Burada qadınlar daha ağıllı, daha savadlı, həmçinin daha cəsarətli və mərddirlər. Eyni zamanda öz hüquqlarını qorumağı bacarır, özünə hörmət tələb edir, xəyanəti unutmur, qisas almaqdan da vaz keçmirlər. Bəzən də humanist tərəflərini görürük. Bir sözlə, qadınlar ailədə və cəmiyyətdə hökmrandırlar.
Rusların azərbaycanlılara olan ikrah dolu hisslərinin dəfələrlə şahidi oluruq. Bunu keşişin arvadının da, həmçinin daha çox Tanyanın timsalında görürük. Onlar üçün biz azərbaycanlılar iylənmiş, murdar qaralardır. Hansı ki, həmin qaralar elə həmin ruslardan həm əxlaq, həm də mənəviyyat baxımından daha zəngindirlər.
Stepanın öz diliylə dediyi daha bir söz : “Rusiya torpaqlarının çoxu müsəlman torpaqlarıdır” –bu özü də incə bir mətləbdir, hansının ki üstündən müəllif çox ehtiyatla və incəliklə keçə bilib. Azərbaycanlıların tatar kimi tanınması da təsadüf deyil, türk olduğunu gen yaddaşını unutdurmaq üçün bir siyasi hiylə olduğunu da nəzərə çaprdırır müəllif.
“Əgər sən nə vaxtsa xəyanət eləmisənsə, bir gün sənə də xəyanət edəcəklər” prinsipi dəfələrlə vurğulanır və demək olar ki, aparıcı ideyadır.
Qeyd etdiyim məqamlar çoxdur. Son olaraq isə bir obrazda dayanmaq istəyirəm: ALİK
Müəllifin sanki özünü canlandırdığı bu obraza xüsusi diqqəti və münasibəti açıq –aşkar hiss olunurdu.

Sonda müəllifi təbrik edir və yaradıcılıq uğurları arzulayıram.

İLAHƏ İMANOVA


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ