Bursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJ

Tarix:15-05-2017, 20:47 Baxış Sayı:189

Bursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJ

Osmanqazi Bələdiyyəsinin Tanpınar günü

Məşhur ədəbiyyatçı Orhan Okayın xatirəsinə həsr olunmuş "Tanpınar günü" simpoziumla başladı. Mərasimdə Türkiyənin tanınmış ədəbiyyatçıları Tanpınarın yaradıcılığının ayrılmaz hissəsi olan şeirdən söz açdılar...

Bursa şəhər Ördəkli Mədəniyyət Mərkəzində təşkil edilən simpoziumda natiq olaraq Ahmad Hamdi Tanpınarın assistenti Prof. Dr. Birol Emillə yanaşı, Türkiyə ədəbiyyatının tanınmış imzaları olan Doğan Hızlan, Hüsrev Hatemi, Abdullah Uçman, Sema Uğurcan, Baki Asiltürk, Handan İnci, Yunus Balcı, Ali Günvar, Armağan Ekici, Habil Sağlam, Alphan Akgül, Metin Mengüşoğlu, Ömer Erdem, Adnan Özer ve Murathan Çarboğa və. s iştirak edib.
Bursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJ
"Məqsədimiz - Ədəbiyyat dünyasına yeni yazarlar qazandırmaq"


Simpoziumun açılış nitqini Osmanqazi Bələdiyyəsi Mədəniyyət və İctimai işlər müdiri Kenan Kır söylədi:


- Ölkəmizdə ədəbiyyat sahəsində çox tanınan və xüsusilə Bursamızda "Bursada zaman" şeiri tanınan Tanpınarla əlaqədar bələdiyyəmiz 16 ildir ədəbiyyat yarışmaları təşkil edir. Yarışmaya Türkiyədən və digər ölkələrdən çox sayda yazar qoşulur. Bu il təşkil etdiyimiz şeir yarışmasına da 750 nəfər iştirak etdi. Bələdiyyə olaraq məqsədimiz, bu yarışmalarla ədəbiyyat dünyasına yeni yazarlar qazandırmaqdı. Bugünkü simpoziumda və eləcə də əvvəlki yarışlarda da bizlərdən dəstəyini əsirgəməyən, hər zaman yanımızda olan Osmanqazi Bələdiyyə prezidentimiz Mustafa Dündara, çox qiymətli münsif üzvlərinə və bu proqramın təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm!
Bursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJ
"Ən mədəni, ən böyük üslupçu, Tanpınardır"


Ahmed Hamdi Tanpınarın assistentliyini etmiş olan Prof. Dr. Birol Emil də, Tanpınarın şagirdi olaraq xatirələrini və Tanpınarın ədəbiyyatçı olaraq əsərləriylə birlikdə bütün istiqamətini izah etdi. Xüsusilə Tanpınarın çox mədəni bir insan olduğunun vurğulayan Birol Emil, "Yeni türk ədəbiyyatının 58 illik müəllimi olaraq söyləyirəm ki, mənsubu olduğum Yeni Türk ədəbiyyatının, ən mədəni və ən böyük üslupçusu Əhməd Həmdi Tanpınardır. O, fikir, duyğu və xəyalla bəslənən əsərlər ortaya çıxaran tək adamdır.

Birol Emil Tanpınarın dərslərində heç bir zaman alim kimi olmadığını ifadə edərək "dərslərdə Tanpınar, həm elm, həm fikir, həm də sənət adamı olaraq danışardı. Eyni zamanda sənətkar və şair olaraq danışırdı. Tanpınar Türk-İslam, bizi və Avropanı çox yaxşı bilən, son 200 illik ədəbiyyat tarixinin ən böyük və ən mədəni şair, edebiyatçısıdır" deyə qeyd etdi.

"Tanpınar Qərb və divan şeirini çox yaxşı bilirdi"

Tanpınarın şeirlərinin araşdırmaçısı olan Doğan Hızlan "Tanpınar şeirdən anlamayanlar başqa şeyləri də çətin anlayacaqlar. Tanpınar "şeir hər şeydir" deyir, həqiqətən də elədir. Tanpınarın şeirlərinə baxdığımda onun ustası ilə arasında bir bağ olduğunu görürəm. Tanpınar gerçəkdə şeiri ilə özü ilə şeiri arasına bir məsafə qoyur. Tanpınarın şeirində daim bir musiqi, mədəniyyət, keçmiş var.

D. Hızlan "Beş Hececilər" (şairlər topluluğu) və onlardab sonra gələn ədəbiyyatçılarlarla Tanpınarı müqayisə edərək, onun Qərb şeiri qədər Divan şeirini də bildiyini xatırlatdı. Tanpınar "bir misra bütün bir kainatdır" deyir. Eləcə də şeirdə zamana münasibət bildirərək "zamanı dəyərləndirmək şair üçün çox önəmlidir" söyləyir." deyə D. Hızlan qeyd etdi.

Hüsrev Hatemi isə Ahmed Hamdi Tanpınar, Ahmet Haşim və Yəhya Kamal Beyatlı arasındakı bənzərliklərdən danışdı. Tanpınarın əsərlərindəki üslubunu qiymətləndirdi.

"Ədəbiyyat dünyamıza qiymətli əsərlər qazandırırıq"


Simpoziumdan sonra Osmanqazi bələdiyəsinin elan etdiyi, 736 əsərin qatıldığı "Sarışın buğdayı rüyalarımızın" adlı yarışmanın mükafatlandırma mərasimi reallaşdırıldı. Mükafat mərasimində öncə Osmanqazi Bələdiyyəsinin başçısı Mustafa Dündar bələdiyyə olaraq 16 ildir təşkil etdikləri bu yarışma vasitəsiylə bir çox qiymətli əsərləri ədəbiyyat dünyasına qazandırdıqlarını söylədi. Hər il dərəcəyə girən əsərləri kitab halına gətirdiklərini ifadə edən başçı:
Bursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJ
- Osmanqazi Bələdiyyəsinin nəşr etdiyi əsərlər bir kitabxana zənginliyinə çatıb. Ahmed Hamdi Tanpınar ədəbiyyat yarışması simpozium və seminarlar vasitəsiylə Tanpınarı Akademiya olaraq daha geniş, əhatəli şəkildə təbliğ edirik. Bu il Orhan Okay müəllimimiz xatirəsinə həsr olunan simpozium da kitab halına gətiriləcək. Ayrıca bir ədəbiyyat jurnalı çıxarılacaq. İnşallah, sentyabr ayında bir-birindən qiymətli əsərlərin toplandığı bir ədəbiyyat jurnalı oxucuların görüşünə gələcək. "Tanpınarda Zaman' adlanacaq jurnala əsər qəbulu başa çatsa da, hələ yazılar gəlməyə davam edir. Əlimizdə ciddi, bir-birindən qiymətli yazılar var.

"Azərbaycana nümunə olduq"


Müsabiqədə iştirakın hər il artdığını söyləyən Prezident Dündar dedi ki, bu il şeir yarışmamıza 18 fərqli ölkədən əsərlər gəldi. Bu yarışmamız Azərbaycana nümunə oldu. Bakı Yunus Emrə İnstitutu tərəfindən Azərbaycanda təşkil edilən "Tanpınarı kəşf edirəm" adlı ədəbiyyat yarışmasında qalib olanlara mükafat kimi Türkiyəyə səyahətə gəldilər. Onlar bizi də ziyarət etdilər. Bu o deməkdir ki, doğru və müvəffəqiyyətli işlər görürük ki, könül coğrafiyamızın uzandığı hər yerdən təqib edilirik. Etdiyimiz işlərin xaricdən də səs gətirməsi bizləri xoşbəxt edir. Ədəbiyyat dünyasına yeni əsərlər və adlar qazandırdığımız yarışmamız, bundan sonra da davam edəcək. Fəlsəfələri və qələmləri ilə dünyaya nümunə olan bir çox yazar şair və filosofa sahib olan bir millət olmaq bizim üçün qürurvericidir. Bizlərə düşən mənəvi mirasımızı yaşatmaq, sahib çıxmaq və gələcəyə daşımalıyıq.

Yarışmanın münsif heyətinə rəhbərlik edən Prof. Dr. Abdullah Uçman da çıxışında Osmanqazi Bələdiyyəsinin Türk ədəbiyyatının görkəmli şəxsiyyətlərindən Ahmed Hamdi Tanpınara böyük bir vəfa nümunəsi göstərdiyini ifadə etdi:

- Bu yarışlarda münsif üzvü olaraq xidmət verməkdən qürur duyuram. Yarışmanın formatına uyğun olaraq bu axşam 5 əsərə mükafat verilir, amma bu digər əsərlərin dəyərsiz olduğu mənasına gəlməsin. Şairlərimizin hamısına təşəkkür edirəm və uğurlarının davamını diləyirəm. Bu yarışmanın uzun illərdir keçirilməsinə səy göstərən başqanımız Mustafa Dündar və qrupuna də ayrıca təşəkkür edirəm!
Bursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJ
Çıxışlardan sonra mükafat mərasiminə keçildi. Birinci Murathan Çarboğa, ikinci Yasin Mortaş, üçüncü Talha Quru, mansiyon mükafatlarını qazanan Nur İpək Öndər Mert və Özkan Dursuna mükafatlarını Osmanqazi Bələdiyyə başçısı Mustafa Dündar ilə münsif başçısı Abdullah Uçman verdi.
Bursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJ
Mərasim konsert proqramıyla davam etdi.

P.S. "Tanpınarı anma günü"nün davamında başçı Mustafa Dündar Bakı Yunus Əmrə İnstitutunun elan etdiyi "Tanpınarı kəşf edirəm" layihəsinin koordinatoru, yazıçı Şəhla Aslanla görüşmüş, Azərbaycanda A.H. Tanpınar adına görülən işlərlə bağlı məlumat almış, yarışmaya göndərilən əsərlərdən ibarət yeni çapdan çıxmış "A.H.Tanpınar məmləkətdən dünyaya..." adlı kitabla tanış olub. Görüşdə qarşılıqlı fəaliyyətlərin davam etdiriləcəyi bildirilib.
Bursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJBursada Tanpınar günü: Simpozium, Mükafatlandırma, Konsert... - REPORTAJ

MANERA.AZ,
BURSA-BAKI


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ