manera.az
manera.az

Ədalət nədir? - Kapital və güc - Nicat Həşimzadə/ MANERA.AZ

Ədalət nədir? - Kapital və güc - Nicat Həşimzadə/ MANERA.AZ



“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara gənc yazar Nicat Həşimzadə cavab verir.

- Niyə varsan?

- Mübarizənin qələbə ilə nəticələndiyi ilk an insanın yaranmaq üçün çırpınmasıdır.

-Niyə yox olacaqsan?

- Bədən ruha uduzmağa məhkumdur, maddi varlıq ideyadan daha ali ola bilməz.

-Niyə yazırsan?

- İnsan yaradıcı varlıqdır, hərə bir cür yaradır, mən də yaratmaq adına ədəbiyyatı seçmişəm.

- Yaşamaq nədir?

- Yaşamaq iradədir. Dünyaya hökm etmə istəyidir.

- Ölüm nədir?

- Şübhələrin, əzabların, mübarizənin, hər şeyin sonu.

- Ədalət nədir?

- Kapital və güc.

- Azadlıq nədir?

- Azadlıq heç kimdən aslı olmadan, heç kimə hesabat vermədən müstəqil yaradıcılıqla məşğul olmaqdır.

- Yaradıcılıq nədir?

- Boşluqdan qaçış və həyata məna qatma istəyi .

- İnsan kimdir?

- Özünü tanımaqdan qorxan ağıllı varlıq.

Tural İsmyılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930