Yaşamaq nədir? -Əvvəlcə məcburiyyət, sonra şüurlu seçimlər etmək.|Tək cümləlik fəlsəfə- LAYİHƏ

Tarix:6-01-2017, 12:35 Baxış Sayı:332

Yaşamaq nədir? -Əvvəlcə məcburiyyət, sonra şüurlu seçimlər etmək.|Tək cümləlik fəlsəfə- LAYİHƏ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara araşdırmaçı Yalçın İslamzadə cavab verir.

-Niyə varsan?

- Növün davamı prinsipi yaşamaq instinkti ilə əlbirdir, mən də bir körpüyəm.

-Niyə yox olacaqsan?

- Mükəmməllik platonik uydurmadır, daimi mühərrik yoxdur, bütün makinaların, mürəkkəb sistemlərin bir ömrü var, yaşamağımız üçün vacib olan oksigen, uzun vədədə mitoxondrini sıradan çıxarır.

-Niyə yazırsan?

- Maraqları bölüşmək, oxşar maraqları onlanları tapmaq üçün.

- Yaşamaq nədir?

- Əvvəlcə məcburiyyət, sonra şüurlu seçimlər etmək.

- Ölüm nədir?

- Fərdi varlığın fərqində olan şüurun artıq olmaması.

- Ədalət nədir?

- İnsanın komplekslərindən, eqoist instinktlərindən, doğru düşünməsinə mane olan epistemolojik maneələrdən, stereotiplərdən, qrup psixologiyasından xilas olmuş azad ağılla etdiyi mühakimə.

- Azadlıq nədir?

- Açıq şüurla dərk etmək və istəmədiyini etməyə məcbur olmamaq.

- Yaradıcılıq nədir?

- Dünyaya estetik baxışın təzahürü.

- İnsan kimdir?

- Bioloji olaraq Hominid ailəsinin Homo Sapiens növüdür, Maslov piramidasına uyğun olaraq sırf bioloji varlıqdan, məsuliyyət duyan və özünü reallaşdıran insana çevrilmə potensialına sahibdir.

Tural İsmayılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ