Oxunub : 237 | Tarix : 28-12-2016, 13:00 | Bölmə: Edebiyyat

Azadlıq nədir? - İnsanın sərhədsiz ruhu. |Tək cümləlik fəlsəfə- LAYİHƏ


Manera.az-ın “Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara teleaparıcı Arzu Kəlbi cavab verir:

Niyə varsan?

- Seçim yox idi. Bəlkə ən güclü hüceyrə mən idim, mübarizə apardım və indiyə qədər də yaşamaqla mübarizə aparıram.

Niyə yox olacaqsan?

- Məsləhət belə olacaq.

Niyə yazırsan?

- Öz-özümlə danışmaq istədiyim üçün, çünki özümdən başqa heç kim başa düşmür məni.

Yaşamaq nədir?

- Sevmək, dadmaq, həzz almaq.

Ölüm nədir?

- Yeni bir dünyayla tanışlıq.

Ədalət nədir?

- Var olmayan söz.

Azadlıq nədir?

- İnsanın sərhədsiz ruhu.

Yaradıcılıq nədir?


-Özün üçün kimsənin dəyişə bilməyəcəyi dünya qurmaq.

İnsan kimdir?

- Nə istədiyi bilinməyən varlıq.

Tural İsmayılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər