Oxunub : 921 | Tarix : 8-12-2016, 12:30 | Bölmə: Edebiyyat / Layihe


Yeni ədəbi müsabiqə elan olunur...  | MANERA.AZ


Misir Mədəniyyət və təhsil əlaqələri mərkəzi Manera.az saytının təşkilati dəstəyi ilə “Nəcib Məhfuz oxucuların gözü ilə...” adlı esse yarışması elan edir.

Layihə 34 roman və 350-dən çox hekayə müəllifi Nobel mükafatı laureatı, misirli yazıçı Nəcib Məhfuz yaradıcılığına Azərbaycan oxucusunun münasibətini öyrənmək məqsədi ilə həyata keçirilir.

Yarışmaya Nəcib Məhfuzun yaradıcılığından bəhs edən mətnlər göndərilməlidir.

Esselərin həcmi minimum 7000, maksimum isə 10 000 işarə olmalıdır.

Yarışmada iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

Həmçinin əsərləri 10-luğa düşən müəlliflər diplomla təltif olunacaqlar.

I yerin qalibinə pul mükafatı, diplom və Misirin Ali Təhsil Nazirliyinin medalı, II, III yerin qaliblərinə pul mükafatı, diplom təqdim olunacaq.


Müraciət üçün son tarix: 15 Fevral 2017-cı il

Nəticələr 2017-ci ilin Mart ayında elan olunacaq.

E-mail: mehfuz@inbox.ru

Qeyd edək ki, müəllifin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində, "Qanun" nəşriyyatı, "Şərq-Qərb" nəşriyyatında çap edilmişdir.

Müsabiqədə iştirak etmək istəyənlər ətraflı məlumat üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə müraciət edə bilərlər.

Ünvan: Bakı, Nərimanov, Hüseyn Arif 14.
Telefon: (+994 12) 561-12-17


MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər