Oxunub : 292 | Tarix : 23-05-2016, 09:54 | Bölmə: Edebiyyat

Nəcib Məhfuzun “Bildirçin və payız”  tərcümə olunub MANERA.AZ

Misir Ərəb Respublikasının Azərbaycandakı Misir Mədəniyyət Mərkəzində müasir ərəb ədəbiyyatının banisi, görkəmli Misir yazıçısı, müsəlman yazarlarının ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun, Azərbaycanda ilk dəfə işıq üzü görən “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Heysam Cəlal, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar əl-Habaşneh, Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami, Fələstin dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Abdulla Yasim əl-Şəmsi, İraq Respublikasının Azərbaycan Respublikasındakı konsulu Abdul Hakim İsmayıl, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Bədr Əbdüləziz əl-Mufayrici, ölkənin elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Misir Mədəniyyət Мərkəzinin direktoru, Misir ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi açаrаq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son iki ildə ədəbi mübadilələr istiqamətində gördüyü işlərdən, Misir Mədəniyyət Mərkəzinin Tərcümə Mərkəzi ilə qarşılıqlı layihələrindən danışıb.
Nəcib Məhfuzun “Bildirçin və payız”  tərcümə olunub MANERA.AZ
Sonra söz çıxışçılara verilib. Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Heysam Cəlal yazıçının həyat və yaradıcılığından, toxunduğu mövzuların əhəmiyyətindən söz açıb:
Nəcib Məhfuzun “Bildirçin və payız”  tərcümə olunub MANERA.AZ
“Nəcib Məhfuz yaradıcılığı təkcə Misir cəmiyyətini əsk etdirmir, o, bütün ərəb dünyasının yaşayış tərzinə, mədəniyyətinə güzgü tutur. Əminəm ki, onun əsərlərinin Azərbaycan dilinə tərcümə olunması, ümumiyyətlə bu cür maarifpərvər tədbirlərin keçirilməsi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Mərkəzin dünya ölkələri ilə qurduğu ədəbiyyat mübadilələrindən, gələcək layihələrdən söz açıb:

“Bu gün dünya gərgin zaman və hadisələr burulğanları yaşamaqdadır. Müharibələr, terror, qaçqınlıq, siyasi, sosial ədalətsizlik bəşəriyyəti çıxılmazlıqlarla üz-üzə qoyub. Bütün bu hadisələr fonunda ədəbiyyata, bədii sözə, fikrə üz tutması, pənah gətirməsi insanlıq üçün bir xilasdır. Ədəbiyyatın milliyyəti yoxdur. Dünya xalqları arasında qarşılıqlı anlaşmanın, dostluq və qardaşlıq münasibətlərinin ən qısa və ən etibarlı yolu məhz ədəbiyyatdır. 2014-cü ilin may ayında ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanıyla Tərcümə Mərkəzinə yeni status verildi. Bu Fərman Azərbaycanın dünyayla ən vacib körpülər vasitə ilə – ədəbiyyatla əlaqəyə girməsinə geniş imkanlar açdı. Ərəb dilinə və ədəbiyyatına Azərbaycanda həmişə maraq olub və yenə də var. Ərəb dili bizim üçün, eləcə bütün dünya üçün, ilk növbədə Quran dilidir. Və bu dildə yazılan bütün yazılar, düşünürəm, müqəddəsdir.”

Daha sonra İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar əl-Habaşnehə söz verildi:
“Azərbacan və ərəb dünyası arasında din və dil baxımından dərin, tarixi əlaqələr mövcuddur. Bu cür ideoloji layihələrin uğuru qardaşlığımızın, ədəbi və mədəni əlaqələrimizin gələcəyinə, perspektivlərinə böyük inam və nikbinlik aşılayır.”

Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq da, öz növbəsində belə bir kitabın ərsəyə gətirilməsini yüksək dəyərləndirərək, Tərcümə Mərkəzinə minnətdarlığını bildirdi.

“Nəcib Məhfuz deyirdi ki, o, 2 mədəniyyətin övladıdır, onlardan birinin ömrü 700, o birinin isə 1200 ildir. Onun tərcümələri bütün təbəqələrdən olan misirliləri dünyaya tanıtdı. Mən Tərcümə Mərkəzini Azərbaycanla dünya arasında hər sahədə həyata keçiriləcək layihələr üçün əhəmiyyətli bir qanad hesab edirəm. Ümidvaram, gələcəkdə Tərcümə Mərkəzi ilə təhsil sahəsində də mübadilələr aparacağıq.”
Şərqşünas-alim, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Azərbaycanda ərəb dilinə, ərəb poeziyasına olan maraqdan bəhs etdi. Nəcib Məhfuzun, ərəb ədəbiyyatının görkəmli şəxsiyyəti olmaqla yanaşı, öz əsərləri ilə, öz mütəfəkkiriyi ilə dünya xalqlarının yaxınlaşmasına yardımçı olmasından danışdı.

Sonda yazıçının əsərlərini dilimizə tərcümə edən Şahin Ələsgərova söz verildi. O N.Məhfuzun yaradıcılığı ilə ilkin tanışlığından, kitabın tərcümə prosesinin maraqlı məqamlarından söz açdı:

“Nəcib Məhfuz deyirdi ki, Nobel mükafatı mənim əsərlərimə verilməyib. Mükafatın əsl sahibi ərəb dilidir, bu dilin şirin nəğmələri sivilizasiyalar cənnətində ilk dəfə eşidilir və bu, sonuncu olmayacaq. Kitaba yazıçının “Bildirçin və payız” romanı, “Zülmət gecədən işıqlı sabaha” povesti və 14 hekayəsi daxil edilib. Əminəm ki, bundan sonra bu yazıçının yaradıcılığına tez-tez müraciət olunacaq”.

Tədbirin sonunda kitabın araya-ərsəyə gətirilməsində xidmətlərinə görə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin Xüsusi Diplomu, əsərləri orijinaldan dilimizə tərcümə edən gənc tərcüməçi Şahin Ələskərov isə Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif edildi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər