Hara qaçaq özümüzdən - Yaşar Bünyad yazır

Tarix:5-07-2019, 15:11 Baxış Sayı:93

Hara qaçaq özümüzdən - Yaşar Bünyad yazır
Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanına baxış


...Sevgisizlikdən , qorxudan, nifrətdən , bəlkə də həddən ziyadə iyrəncliklərlə dolu həyatın natamamlığından , eybəcərliyindən yaranır BOŞLUQ?

Sağımız, solumuz, əl atıb yapışa biləcəyimiz , tutub silkələyə biləcəyimiz hər şey , hər yer boşluqdur. Bəzən içimizdəki boşluğu doldurmaq istərkən , ayağımızın altında, başımızın üstündə hökm sürən natamamlıq bizə basqı edir. Cəmiyyət, tam olmayan mühit , tamlığı şübhəli kütlə boşluqdan bezib dolğunluğa, ziyaya, işığa doğru getməkdənsə, dəcəl tin uşaqlarının küçə boyu səpələdiyi mismarların partlatdığı sürətlə hərəkət edən avtomobil şininin havası kimi atmosferin boşluğunda əriyib yox olur. Kitabsızlıq, inamsızlıq, eşqsiz hər şey boşluğa tabe olur. Hər kəs boşluğun ağuşunda çabalayır...

Boşluqdan xilas-boşluqdan qaçmağa cəhddi ən azından...Qaçmaq olurmu?..Qoyurlarmı?..

...Markesin arvadı Mersedes, Tolstoyun arvadı Sofya barədə düşünən bədbəxt azərbaycanlı yazarı əslində bunu qibtədən yox, paxıllıqdan etdiyini dərk edərək içindəki boşluğu bir az da genişləndirir.Boşluqdan qaça bilmir. Çünki Mersedesdən, Sofyadan fərqli düşüncəlidi azərbaycan yasıçısının qadını...Bəlkə də ona görə bizdə Tolstoy doğulmayıb ...

Boşluq –uğursuzluqdu. Uğursuz olan isə natamamdı...

“Bəlkə bütün dahilər uğursuzluğunu unutmaq üçün sənətə sığınıblar ?”-Nicat yazır.

Dəhşət! Dahilər də boşluğu sənətlə doldurmaq istəyiblər...Bizdə isə sənəti boşluğa çevirirlər. Sənətkarı da canlı meyidə...
Uğursuzluğun bir üzü də var: Qorxu! Əlahəzrət qorxu hər canlının içindədi. Gizlin, aşkar öz küncündə qısılıb zamanını gözləyən QORXU. Əslində boşluqdan qaçmağa elə qorxu imkan vermir. Bəzən fikirləşirəm ki, ən ağlasığmaz, gözlənilməz hərəkəti, bəlkə qəhrəmanlığı da insan qorxunun təsirindən edir. Minlərlə belə hadisələrin şahidi olmuşuq. Fağır uşaq kimi tanınan birsinin Suriyaya gedib insan başı kəsdiyini də, ağırlıq qaldırma üzrə dünya çempionunun qəfil üzərinə tullanan pişikdən qorxub yerə sərildiyini də görmüşəm.

“Ağıl insanda qorxu yaradır.”

“Məntiq sonu düşünməyə məcbur edir.Sonunu düşünənsə qəhrəman ola bilmir”-Nicat yazır...

Deməli , şəraitə uyğun , düşünmədən hərəkət etməkdi qəhrəmanlıq...Dəlinin çayı keçməsidi...Bizim “dəlilərə” ehtiyacımız var...

Bəs sevgi ?
Hara qaçaq özümüzdən - Yaşar Bünyad yazır
Boşluqdan qaçmaq üçün sevmək Vacibdi. Sevgi həyatın başlanğıcı və sonudu. Həyatı da, qadını da, ölümü də sevmək gərək. Sevgisiz hər şey boşdu.Boşluqdu...

Bütün sevgiləridən ucası torpaq , Vətən sevgisidi. Amma Vətən sevgisi səsinin zil yerinə salıb “Vətən,Vətən.!” deyib çığırmaq deyil. Heç “qayasında mamır olmaq” da deyil. Vətəni sevmək- ananın qeyrıətini çəkməkdi.Namusunu qorumaqdı.Səssiz-səmirsiz.. Bağırmadan...Lap iki aktavalıq səsin olsa belə...

İki gündür istedadlı yazıçı Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanının təsrindəyəm. Deyim ki, çox cəsarətlə yazılmış romandı. Cəmiyyətimizin, insanlarımızın kiçikli -böyüklü ağrı-acıları usta qələmiylə yazılmış bu kitabda məmləkətimizin bu gününün əksini aydınca gördüm. Hətta dünəninin də. Keçmişinin də...

Yazıçı cavab axtardığı sualların əlində aciz qalmadan, asta-asta istək və arzularını , düşüncələrini oxucuyla bölüşür, xəyalları gerçəkləşdirmək yollarının elmdə, texniki inkişafda olduğunu, gənc nəslə məişətimizdə hələ də ilişib qalmış köhnəlikdən, gerilikdən qurtularaq işığa doğru yaşadıqları, vərdiş etdikləri boşluqdan qaçışı bədii çalarlarla göstərir. Nicatın sadə dildə yazılmış oxunaqlı romanını mübarizə əzmi olan, qorxudan, uğursuzluqdan, boşluqdan kosmik surətlə uzaqlaşmaq istəyən hər bir gəncə tövsiyə edirəm. Oxuyun , boşluqdan qaçıb dolğunluğa qovuşun !

Yolunuz işıqlı olsun. Nicat bəydən yeni əsərlər gözləyirik...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ