Venesiyaya məktublar – Emin Pirinin şeirləri

Tarix:13-05-2019, 19:22 Baxış Sayı:83

Venesiyaya məktublar – Emin Pirinin şeirləri
MANERA.AZ Emin Pirinin "Venesiyaya məktub" şeirlər silsiləsini təqdim edir:

İkinci məktub (qurban)

Sizin şəhərdən uzaqlarda
elə bizim Suriyada
heç də dinləmir hamı
sizin kimi şirin yağış nəğmələrini.

Boynu kəsilən yeniyetmə:
Allah, niyə unutdu bizi
göndərə bilməzmi yenə qoçunu
İsmayıl yerinə-bir xilas üçün.
bəlkə qurtarıb qoçları
ya da günahımız-
atamız peyğəmbər deyil?!

şərqin kəsilən boyunları
qızların "boyunbağı"na çevrilir qərbdə.

Üçüncü məktub (qladiator)

Qarşında pizza
duyursanmı
afrika səhralarının "soyuq"luğunu.

Orda arzular üst-üstə yığılmış
qum dənəcikləri.
dağıdar arzuları,
sovurar qum dənəciklərini
amansız külək-
avropadan gələn "külək".

Mən Zevsin Qafqaz adlı cəhənnəmində
Prometey kimi
ciyərlərimi didir qartal
sənə verdiyim "oda" görə.

Xəritədə İtaliya hələ də yuyur
çəkməsinə bulaşmış palçığı
Aralıqda batan şərqlilərin göz yaşıyla.

Əzəmətli Roma qarşılayır
iki min il öncəki kimi.
bu kərə ölümə gedən
kapitalizmin qladiatorlarını.

Qəlb adlı məmləkətin kolizey
mənsə, sevgi qladiatoru
orda ölümümü istəyir hamı.
sən nə edəcəksən?
baş barmağın qalxacaq,
ya enəcək?

Dördüncü məktub (intihar)

Yaşamaq ən böyük intihardı-
burda yaşayır hamı
bir-birinin acığına.

Dodaqların
Cəlilabad bağçalarında çiyələk kimi
dərilməyini gözləyir.

bəlkə dəniz sahilində,
bəlkə də çəmənlikdə
şeir oxuyarkən sənə
ayaqlar da sevir, venesiyalı.

Bu hicablı şəhərdə bikinili ayaqların
mən kafirə unutdurur dinimi
şeyx Sənan kimi, Kərəm kimi.
astaca qulağına pıçıldayıram:
Tanrı Venesiyanı qorusun!

Venesiyaya məktublar – Emin Pirinin şeirləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ