"Natamam təklik" təqdim olundu

Tarix:18-02-2019, 17:51 Baxış Sayı:201

"Natamam təklik" təqdim olundu
Fevralın 16-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən kitabın – gənc şair Vasif Zöhraboğlunun "Natamam təklik" şeirlər kitabının “İmza günü” keçirilib.

Tədbirin aparıcısı və “ZirvəKitab” layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar “İmza günü”ndə elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.

“Natamam təklik”in ön söz müəllifi AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslan, redaktoru isə AYB-nin üzvü İntiqam Yaşardır. Tanınmış şairlər Xanım İsmayılqızı, Əkbər Qoşalı, Kənan Hacı, gənc yazarlar Bəhruz Xəlil, Taleh Mansur, Mirbağır, Aydın Arslan, Zamiq Zərdabi, Arzu Hüseyn, Arzu Murad, Mənsur Həsənzadə, Mətanət Qüdsi, Fuad Cəfərli, jurnalist Lalə Əliyeva, hüquqşünas Nicat Gözəlov və s. kitab və müəllif haqqında ürək sözlərini bölüşüblər.

Sonda, müəllif “Natamam təklik" kitabını oxucular üçün imzalayıb.

Kitabın Bakı şəhərində və regionlarda, habelə “Zirvə” Tədris Mərkəzində “İmza günü”nün keçirilməsi nəzərdə tutulub.

Manera.az təqdimatdan fotolar təqdim edir:
(Fotolar Nofəl Ümidindir)

"Natamam təklik" təqdim olundu
"Natamam təklik" təqdim olundu
"Natamam təklik" təqdim olundu
"Natamam təklik" təqdim olundu
"Natamam təklik" təqdim olundu

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ