Qisasın başlanğıcı - YENİ İMZA

Tarix:8-02-2019, 15:02 Baxış Sayı:252

Qisasın başlanğıcı - YENİ İMZA
Manera.az 11-ci sinif şagirdi Kənan Abdiyevin "Qısasın başlanğıcı" hekayəsini təqdim edir:

– Hüseyn, mənə özün haqqında məlumat ver.
– Keçən əsrin son ilində ortabab Azərbaycan ailəsində doğulmuşam. Atam qanun keşiyində durur, anam isə evdar qadındır. Üzgüçülük və qarışıq döyüşlərlə məşğul olmuşam. İslam inanclıyam. Boş vaxtlarımda kitablar oxuyuram. Bu qədər təfərrüat bəsdir?
– Bəli. Bəs həyatda əsas məqsədin, arzun nədir?
– Mən arzularımı Xiyabanda – şəhidlərin yanında basdırdım.

– Deməli arzun yoxdur. Niyə sən mənim yanımdasan? Nədir problemin? – Hitlerə bənzəyən psixoloq bir əlinin barmaqlarını uyğun barmaqlarına toxunaraq kilsə qülləsinə bənzər forma yaratdı.
– Sizin yanınızda olmağımın səbəbi yəqin ki, valideynlərimdir. Çox deyib-gülmürəm deyə, elə bilirlər psixi problemim var. Problemimə gəldikdə isə həll edə bilərsiniz?
– Əlbəttə, çalışaram, axı mən sənin dostunam.

– Mənim tək dərdim, problemim Qarabağdır. Problemi həll edə bilirsinizsə, qaytarın torpaqlarımızı.
– E-e-e-e-e, bilirsən necə, Qarabağ nə mənim, nə də sənin problemin deyil.
– Necə yəni sənin problemin deyil, ə? Anana-bacına erməni dığası toxunanda sənin problemin olmur?
– Düzdür, bu məni ağrıtsa da, hər kəs özünə cavabdehdir. Mən heçnə edə bilmərəm.
Hüseyn əsəbdən bərilmiş gözləri ilə "igid" psixoloqa baxdı. Var gücü ilə yumruğunu masaya çırpdı və pıçıldadı: "Heyif ki, atam yaşındasan". O sürətli addımlarla qapıya yaxınlaşdı və otaqdan çıxdı. Şok keçirtmiş psixoloq isə yerindən tərpənə bilmədi.

O bunu edəcəkdi – oxuduğu hüquq fakültəsindən dekanlığa ərizə yazıb çıxacaqdı. Və artıq ailəsinin Hüseynin bu əməlindən xəbəri vardı. Evdə onu çoxlu danlaqlar və tənbehlər gözləyirdi. Hüseyn isə heç ürəyini sıxmırdı. O bilirdi ki, onun məqsədi daha müqəddəsdir. Sadəcə anasını kədərləndirdiyi və sevdiyi qızı daha az görəcəyi üçün qəlbinin dərinlərində özünü narahat hiss edirdi. Sevdiyi qızın adı Məryəm idi. Atası Qarabağ savaşlarında şəhid olmuşdu. Məryəmin də Hüseyndə könülü vardı. Könülü var dedim kiçiltmiş oldum, Məryəm də Hüseyni divanələr kimi sevirdim. Hüseyn Məryəmə söz vermişdi ki, Qarabağ alınandan sonra evlənəcəklər.

Artıq Hüseyn elədiyi hərəkətin səbəbini ailəsinə izah eləməli idi. Atası çox əsəbləşmişdi. Anası ağlayırdı. Bunu görən kimi Hüseyn anasının üz-gözündən öpməyə başladı.
– Qurban olum ana, ağlama. Məni də başa düşün, məcbur idim. Belə yaşaya bilmərəm. Günü sabah əsgərliyə gedirəm.
– Bala neyləmək isdəyirsən sən?– atası heyrətlə soruşdu.
– Torpaqlarmızı qaytaracacağam.
– Necə qaytaracaqsan? Bütün dövlət çalışır torpaqlarmızı qaytarsın, siyasətçilər beynəlxalq arenalarda Qarabağ torpağının Azərbaycan ərazisi olduğunu dəfələrlə vurğulayır. Hələlik bir nəticə yoxdur, ali təhsilini başa vurmayan gənc necə qaytaracaq?– saçını tək oğlu üçün ağardan ata, hiddət qarışıq hislərin burulğanında idi.

– Dövlət və Vətən arasında fərq var. Dövlətmiz sağolsun, Ali Baş Komandan sağolsun, Qarabağ üçün əllərindən gələni əsirgəmirlər. Bəs Vətən? Vətən oğulları necə? Bəzi oğulların səsi cəbhə yerinə kef məclislərindən gəlir. Olmaz axı belə. Mən ölütək yaşamaqdansa, diritək ölməyi üstün tuturam.

Ata və oğul arasında olan söhbətə ana da qarışdı:
– Anan sənə qurban, bizi də fikirləş. Gözümüzün nuru tək oğlumuzsan. Dilim-ağzım qurusun, sən ölsən biz necə yaşayarıq?
– Ana, ata, şəhidlər ölmürlər. Mən şəhid olsam kədərlənməyin, fəxr edin ki, sizin oğlunuz cənnətdədir. Mən sizi cənnətin qapıları ağzında gözləyəcəm. Siz gəlmədən ora girməyəcəm! – Bu son cümlələr İslam peyğəmbərinin hədislərindən biri idi. Hədisdə deyilir ki, valideynlərindən əvvəl dünyasını dəyişən övladlar valideynlərini cənnətin qapıları ağzında gözləyərlər.

Hüseyn anasına və atasına son sözlərini deyib, onları bağrına basdı. Dəliqanlı oğul təsirləndiyini bildirmək isdəməsə də, ona çox çətin idi. O istəmədi ki, valideynləri onun qəhərləndiyini görsün. Ona görə də heçnə demədən çölə çıxdı.

Hüseyn çölə çıxanda yağış yağırdı. Ona hər dəfə yağış yağanda elə gəlirdi ki, yağan yağış insanların çirkabını yumağa çalışır. Qulaqcıqlarını qulağına qoyub, telefonu açıb mahnı seçmək isdəyəndə Məryəmin bir neçə dəfə zəng elədiyini gördü. Geri zəng etmək isdəmədi. Sonra tez fikirini dəyişdi. Məryəmə zəng edib, bir saatdan sonra Dənizkənarı Parkda görüşməyə qərara verdilər. Hüseyn yol boyu heçnə düşünmürdü. Piyada gedirdi, çünki tarixi və müasirliyi özündə birləşdirən Bakının gözəlliklərini görmək, havasını ciyərlərinə çəkmək, Bakı sərkərdələrinin ruhunu hiss etmək isdəyirdi. O əslində belə sərt insan deyildi. Yarım qalmış intiqam onu bu hala salmışdı. Kiçik yaşlarında deyib-gülən, mehriban olan uşaq böyüyüb Azərbaycanın dərdinə şərik çıxırdı.

Məryəm parka çatanda Hüseyn artıq orada idi. Onlar oxuduqları universitetdə tanış olmuşdular. Məryəm ortaboylu, qara qıvrım saçı dəniz kimi dalğalı, üzü ay kimi nurlu, xırda burunlu, batıq yanaqlı, açıq qəhvəyi rəngli iri badamı gözləri olan qız idi. Sanki bu qızı Tanrı bütün mərhəməti ilə yaratmışdı.
– Salam Azərbaycan əsgərini sevən qız.– Hüseyn Məryəmə hərbi salam verdi.
– Salam şəhid qızını sevən oğlan.– Məryəm də eyni qayda ilə hərbi salamı aldı.

2 saatın necə keçdiyini hiss etmədilər. Söhbətləri daha çox gələcək haqqında olurdu– arzular, istəklər, xəyallar. Hüseyn söhbəti sonlandırmağı düşünürdü, çünki danışdıqca danışmaq, Məryəmin mənalı gözlərinə baxmaq, qoxusunu içinə çəkmək istəyirdi.
– Əgər mən şəhid olsam sən evlən, xoşbəxt ol.– Qəfil sözü Məryəmi diksindirdi.
– Mən heç vaxt...– Məryəm artıq danışa bilmirdi. Gözündən axan yaş ona danışmağa imkan vermirdi. O, qəfildən Hüseynə sım-sıx sarıldı.
– İndidən nə olub, yasımı qurmusan?
Hüseyn əslində belə zarafatlar etməzdi, amma isdəmirdi ki, sevdiyi qız ona görə ağlasın. Bu sözdən sonra Məryəmin üzündə ani təbəssüm yarandı. Sonra isə görünməyən insafsız əl bu təbəssümü sildi. O əyilib Məryəmin üzündən öpdü və yavaşca dedi:
– Səni Qarabağ həsrəti ilə öpürəm, salamat qal.

Hüseyn parkdan çıxıb Şəhidlər Xiyabanına getdi. Şəhidlər üçün dua edib, onu eşidirlərmiş kimi dedi: "İnşallah mən də sizin yanınıza gələcəyəm."

Hüseyn səfərbərliyə Ağdama çağrılmışdı. Bu onun üçün daha əlverişli idi, çünki düşmən ona yaxın idi. Andiçmə mərasimindən sonra Hüseyn öz planı haqqında daha qəti düşünməyə başladı. O istəmirdi ki, onun şəhidlik məqamına ucalması intihara bənzəsin. O daha çox vətəni üçün nəsə etmək isdəyirdi. Ümumiyyətlə, əzəmətli insan özünü boş şeylərə görə təhlükəyə atmaz. Belə biri özü təhlükəni sevməz. Çünki onun dəyər verdiyi çox şey vardır. Lakin o əsas məqamlarda təhlükəni öz üzərinə götürərək, canına qıymağa hazırdır. Hüseyn də belə igidlərdən idi. O, yoldaşlarının hamısı ilə yaxşı dolanırdı. Fəqət ikisi ilə– Elnur və Orxanla daha yaxın idi.

Elnur, Orxan və Hüseyn bir birilərini uşaqlıqdan tanıyırmış kimi başa düşürdülər. Son vaxtlarda bir-biriləri ilə nəyisə qızğın müzakirə edirdilər və beləcə günün əksər vaxtını bir yerdə olurdular. Onlar da Hüseyn kimi intiqam alovu ilə alışıb-yanırdılar.

Elnur əslən Xocalıdan idi. Qohumlarının çoxu erməni vəhşilikləri ilə 1992-ci ildə həlak olmuşdular. Özü 6 yaşından qaydasız döyüşlə məşğul olurdu. Yarışlarda dəfələrlə Azərbaycanın bayrağını digər bayraqlardan yüksəyə qaldırmışdı. Orta məktəbi bitirib, əsgərliyə yollanmışdı.

Orxan Bakıda, zəngin ailədə doğulmuşdu. O Elnur və Hüseyndən bir neçə yaş böyük idi. Peşəkar şəkildə atıcılıq ilə məşğul olmuşdu. Milli Aviasiya Akademiyasını bitirib əsgərliyə çağrılmışdı.

Dostlar bir yerdə çox düşünüb-daşınmışdılar. Və hərəkətə keçməyi ən uyğun vaxt hesab edirdilər. Orxanın əlaqələri nəticəsində 3 telsiz dostlara gəlmişdi. Plan da hazır idi. Bir qalırdı silah məsələsi. Silahları, bir neçə qumbaranı, da Elnur gətirmişdi. Bundan əlavə, Elnurun əlində böyük bağlama da var idi. Bu Orxan üçün hədiyyə idi– Azərbaycan istehsalı olan İstiqlal snayper tüfəngi! Digər iki dost çox çalışsalar da, Elnurun bu silahı haradan tapdıqlarını öyrənə bilmədilər.

Dan yeri sökülməmiş, 3 nəfər sürətlə düşmən cəbhəsinə doğru irəlləyirdi. O qədər məqsədlərinə bağlanmışdılar ki, minalı bölgəyə girdiklərini unutdular. Minalı bölgədən irəlidə gedən iki nəfər çıxmışdı ki, arxada gedən gözlənilmədən yerində dayandı. Hə, Elnur ayağını düz minanın üstünə qoymuşdu. Dostlarının ona sual dolu nəzərlərlə baxdığını görüb dedi:
– Uşaqlar siz gedin, minaya düşmüşəm. Amalımızı sona çatdırın. Narahat olmayın siz hücuma keçmədən ayağımı çəkməyəcəm, yoxsa burada minanın partladığını eşidib şübhələnərlər.

Orxan həqiqətən çaşqınlıq içində idi. Hüseyn sürətlə minaya düşmüş dostuna tərəf qaçırdı. Orxanın onu geri çağırması, Elnurun "gəlmə, gəlmə" deyə yalvarışları təsirsiz idi. Hüseyn əvvəlcədən hər detalı fikirləşmişdi. Minaya düşmüş dostunun yanında bir dizini büküb oturdu. Belindəki çantanı açdı, özü hazırladığı məhlulu götürüb minanın üstünə tökdü.

– Ayağını götürə bilərsən. Bu minanın mexanizmini donduracaq. Amma 5 dəqiqədən sonra isə məhlulun təsiri itəcək və mina partlayacaq. Ona görə də 5 dəqiqə ərzində hücum etməliyik.
– Gəl səni qucaqlayım, qardaşım.
– Buranı alaq,– barmağı ilə düşmən cəhbəsini göstərdi– sonra nə qədər isdəsən, qucaqlayarsan.

Onlar minalı bölgədən uzaqlaşıb, düşmənin səngərinə 5 dəqiqədən tez yaxınlaşdılar. Hüseyn tapşırıqları verməyə başladı.
– Orxan, səssiz atıcımız sən olacaqsan. Özünə yaxşı yer seç və ehtiyac yarandıqda önümüzdəkiləri "təmizlə". Telsizlə bizə məlumat ver. Elnur, sən mənimlə gələcəksən.

Elnur Hüseynin işarəsi ilə iki qumbaranı səngərin içinə atdı. Bu hücumu gözləməyən düşmənin, 10dan çox əsgəri öldü, sağ qalanlar isə səngərin içində ora-bura qaçışırdılar. Elnur və Hüseyn səngərin içinə düşdü.
– Artıq sizi görə bilmirəm. Qəbul.– telsizlə Orxan dedi.
– Sayıq ol, həyəcan siqnalı verilib. Səngərin üst hissəsini təmizlə. Qəbulun sonu.
Elnur və Hüseyn bu səngərdən çıxıb, hərbi hissəyə girə bilsə idi, Orxan onları qoruya biləcəkdi. Yolda bir neçə düşmən əsgəri gülləyəndən sonra, hərbi hissəyə çatdılar. Burada onları 100-ə yaxın əsgər gözləyirdi.
– Onlar bizi axtarırlar. Ona görə də onları tələyə düşürəcik.

Qəfildən dostların təmizlədiyi hissədən addım səsləri eşidildi və yaxınlaşmağa başladı. Gələn gözlənilməz qonağa atəş aça bilməzdilər, onların yerini müəyyənləşdirərdilər. Ona görə ikisi də döyüş vəziyyəti aldı. Amma gözlənilməz qonaq düşmən yox, Orxan çıxdı.
– Orxan sənin burada nə işin var?– Elnur təlaş içində soruşdu.
– Təmizləməyə heçnə qalmadı, həm də mən də əsl döyüş yaşamaq isdəyirəm.
– Yaxşı uşaqlar, qulaq asın. Onlar bizi tapmaq isdəyirlər. Bizi isdəyirlərsə, əziyyət vermiyək onlara, gedək.
– Hədiyyə də aparaq.– Orxan təbəssümlə dedi.
– Məncə də.– Elnur da eyni təbəssümlə cavab verdi.

Düşmən əsgərlərinə qorxu qalib gəlmişdi. Onlar bilsələr də bütün bunları edən bir neçə nəfərdi, axtarmağa cürət etmirdilər. Rütbəcə böyük olan telefonla danışır, əsgərlərin üstünə bağırırdı. 100 düşmən əsgəri silahı bir nəfərə tuşladı. Bu Elnur idi, əllərini boynunda cəmləyib, təslim olduğunu göstərmək isdəyirdi. Lakin avtomatı kəmərlə çiyninə keçirmişdi və 2 qumbarası vardı. Düşmən əsgərlərinə çatanda rütbəcə böyüyü qışqırdı:
– Day minye qranatu i avtomat!(Qumbaranı və avtomatı mənə ver.)

– Xaraşo.– Deyib qumbaranın qolunu açmadan ikisini də havaya atdı. Havada qumbaralara güllə dəydi. Bunu edən Hüseyn və Orxan idi. Hər tərəf dumana büründü, əsgərlərin bir hissəsi görmədən mərhum oldu. Bundan istifadə edən 3 dost düşmən əsgərlərini güllə atəşinə tutdular. Elnurun gülləsi qurtardı, o silahı atıb bıçaqla, düşmən üzərinə şığıdı. Qumbaranın yaratdığı duman getmədiyindən, Elnur xeyli əsgəri öldürdü. Ən əsası rütbəcə böyük olanın ürəyinə sapladı bıçağı.

Hər şeyin yaxşı getdiyi anda birdən atəş açıldı və Elnur yerə yıxıldı. Hüseyn qışqırdı:
– Snayper, snayper!
Duman yavaş-yavaş yox olurdu, Elnur isə tərpənmirdi.
– Mən, mən baxmalıyam....


Hüseyn Orxanı tuta bilmədi, sipər olduğu yerdən çıxdı, sürətlə Elnurun yanına şığıdı. Elnur artıq cənnətə qovuşmuşdu. Orxan çılğınlıqla əlindəki avtomatın bütün güllələrini əsgərlərə tərəf boşaltdı. Bu Hüseyn üçün şans idi. O Allaha dua edib snayperçini nişan aldı və tətiyi çəkdi... Düz başından öldürmüşdü erməni dığasını. Lakin Hüseynə bir zərbə daha dəydi: Orxan da görsənmirdi. İyirmiyə yaxın əsgər qalmışdı ölməyən. Hüseyn təkbaşına döyüşürdü və onun gözündən aramsız yaş axırdı. Əsla, bu qorxudan deyildi. Bu Hüseynin illərlə içində yığılmış qəzəbin, kinin, ağrının və dostlarını itirməsinin acısı idi. Bu həm də sevinc göz yaşları idi. Onun ağlına birşey gəlmişdi. Sonda istədiyinə nail olacaqdı.

Hüseyn iyirmiyə yaxın əsgərdən sadəcə 10 əsgəri saxlamışdı. Amma hər şeyin bir sonu var, igid döyüşçünün gülləsinin sayı kimi. O silahı havaya qaldırdı. Əsgərlər onun atəş açmadığını görüb təslim olduqlarını düşündü. Və beləcə 10 əsgər Hüseynin başına toplaşdı. Hamısı silahı ona tuşlayır, amma öldürməyə çəkinir. Hüseyn isə qışqırır: Əşhәdü әn la ilahә illәllah! Və özü üçün saxladığı qumbaranı partladır.

Bəlkə də bəzilərinə mənasız gələcək 3 dostun hərəkəti. Amma Hüseyn vətəni üçün hər şey etməyə çalışırdı. O əsgərliyə getməzdən əvvəl video hazırlamışdı.

Bu videoda Hüseyn danışırdı, o gəncləri hərbi xidmətdən qaçmamağa, vətənpərvər olmağa çağırırdı. Bu videonu görən və 3 dostun hekayəsini eşidən hər bir gənc qəhramanlığa can atır və çoxu da qəhramanlığı edirdi. Artıq Azərbaycan intiqam istəyirdi. Belə oğulları olan vətənin torpaqları işğal altında qala bilməzdi. Mən inanıram ki, növbəti illərdə torpaqlarımızda şanlı Azərbaycan bayrağı dalğalanacaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ