Kişi var - hacıdır, dindən xəbərsiz... - ŞEİR

Tarix:6-02-2019, 12:32 Baxış Sayı:166

Kişi var - hacıdır, dindən xəbərsiz... - ŞEİR
Kişilik

"Kişi ol!" deyibən, onu qınama,
Kişilik adamda gendə olmalı.
Şərəfsiz kimsədən nədir umduğun?!
Kişinin şərəfi öndə olmalı.

İtirib qeyrəti, namus satmasın,
Yağdırıb iftira, böhtan atmasın,
Hiyləylə, kələklə baş aldatmasın,
Kişilər ən düzgün bəndə olmalı.

Kişi var - hacıdır, dindən xəbərsiz,
Arsızdır, ağrılı gündən xəbərsiz,
Eşitmir, fəryadlı ündən xəbərsiz,
Yoxsa ki, bu da mı dində olmalı?!

Tutmazlar atadan üstün sağ-solu,
Ananın gözləri həsrətlə dolu.
Ev-eşik unudan kişinin yolu
Hərdənbir şəhərdən kəndə olmalı.

Vəsf edir vətəni... Başlıq qəm-kədər...
Kişi dərd çəkməkçün yaranmış məgər?!
Döyüşlə qurtular Şuşa, Kəlbəcər!
Nəhayət, sevincli gün də olmalı.

"Kişi ol!" deyibən, onu qınama,
Kişilik adamda gendə olmalı.
Şərəfsiz kimsədən nədir umduğun?!
Kişinin şərəfi öndə olmalı.

Mehti Kamiloğlu
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ