Gənc şairin ilk kitabı təqdim olunub

Tarix:14-01-2019, 20:54 Baxış Sayı:71

Gənc şairin ilk kitabı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə Cahandar Aybərin “Alnımızdandır göy üzü” adlı ilk kitabının təqdimatı keçirilib.

AYB-nin Gəncə bölməsindən Manera.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzangül gənc şairin özünəməxsus poetik dünyasından söz açaraq, onun ümidli gələcəyinə çox inam bəslədiyini söyləyib, buna misal olaraq aşağıdakı poetik nümunəni dinləyicilərin nəzərinə çatdırıb:

"Nə qədər dartsan da, çatmaz ulduza,
necə də gödəkmiş hamının dili.
Dur, ayağını ver o əlil qıza,
gəl səni çiynimdə aparım, ölü!.."

Kitabın ön söz müəllifi şair Sahib İbrahimli çıxışında bildirib ki, C.Aybərin özünəməxsus yazı üslubuna, orijinal dəst-xəttə yiyələnmək istiqamətindəki səyləri təqdirəlayiqdir: "Onun şeirlərinin poetik uğurunu təmin edən əsas amillərdən biri də folklor ənənələrindən qidalanmasıdır. Aşağıdakı nümunəyə diqqət yetirək:

Koram gözün ağı kimi,
Danışmıram çoxu kimi,
Ömrümü pis yuxu kimi,
Gedib suya danışıram".


Təqdimat zamanı Cahandar poeziyasının vurğunu olan qonaqlardan Sadəgül həkim, Gülnar Məmmədova, Şöhrət Cəfər müəllif haqqında ürək sözlərini böyük məhəbbətlə ifadə ediblər.

Şair və yazıçılardan Aydın Murovdağlı, Nüşabə Əsəd Məmmədli, İnqilab İsaq, Saleh Qurbanov, Fazil Sənan, Vüsal Hicran, Elməddin Nicat, Gülnarə Sadiq, Zülfiyyə Yaqubqızı, Zinyət Zəki, Lamiyə İsazadə və Aləmzər Əlizadə gənc şairin ilk kitabını təbrik edib uğurlar arzulayıblar.

Yığıncağın sonunda C.Aybər tədbir təşkilatçılarına minnətdarlığını bildirib yeni şeirlərini oxuyub.

Gənc şairin ilk kitabı təqdim olunub
Gənc şairin ilk kitabı təqdim olunub
Gənc şairin ilk kitabı təqdim olunub
Gənc şairin ilk kitabı təqdim olunub

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ