"Tanrı mənim içimdədir" şeirlər kitabının təqdimatı olacaq

Tarix:17-12-2018, 22:08 Baxış Sayı:171

"Tanrı mənim içimdədir" şeirlər kitabının təqdimatı olacaq
22 dekabr, saat 14:00-da "AzərKitab" Kitab Təbliğatı Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Furqaninin "Tanrı mənim içimdədir" şeirlər kitabının təqdimatı və imza günü olacaq.

Qeyd edək ki, "Tanrı mənim içimdədir" şeirlər kitabı şairin sayca 2-ci kitabıdır.

Kitabdan bir şeir oxuculara təqdim edirik:

ÖMRÜMÜN QARƏTÇİSİ

Gəl e, gəl, ömrünün a qarətçisi,
Bu ömür sənindi, çap, tala getsin.
Qaldırıb əlini, yumub gözünü,
Gücün hardan çatır, baltala getsin.

Qıırıb yaşa dolan ümidlərimi,
Yeyib yaşa, dolan ümidlərimi.
Sənlə bağlı olan ümidlərimi
Doğra çilik-çilik, xırdala getsin.

Üst-üstə yığılmış arzularımdan,
Yarımçıq doğulmuş arzularımdan,
Toplayıb dağılmış arzularımdan
Sinəmin üstündə od qala getsin.

Verdiyin hər zülmə dayanan ömrü,
Yaxdığın atəşə boyanan ömrü,
İzlə sonunadək bu yanan ömrü,
Közüm kül olunca qurdala getsin.

Yandım ki, qış qəlbin, bəlkə, isinə,
Neyləyim, dəyişməz oldun sən yenə.
Fırlat e başına, qurbandı sənə,
Sadağan olsun bu can, dola getsin.

Təki yaxşı olsun sənin güzarın,
Olmasın ömründə heç ahu-zarın,
Qoy odda qalsın e azar-bezarın,
Gəl atıl üstümdən, dərd-bəlan getsin.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ