Hər ömür bir həyatdır - Gülnar Fərruxqızının şeiri

Tarix:11-12-2018, 11:53 Baxış Sayı:86

Hər ömür bir həyatdır - Gülnar Fərruxqızının şeiri
***
Hər ömür bir məsafədir
Hər ömür bir çiçəkdir
Vaxtı yetişəndə tumurcuqlayar

Vaxtı çatanda solmağa məcbur olar
Və nəhayət çürüyüb torpağa qarışar.
Hər ömrün bir bitiş vaxtı var
Saniyələri qoyur arxasında

Gedən saatı silir yaşamından
Gözəl xatirələri
Qənd tək şirin günləri
Acılı qəm, kədəri

Yuyub aparır öz axarıyla.
Hər ömür bir sevdadır əslinə qalsa
Sevənlər anlayır həyatın dadını
Eşq dolu qəlblər bilər qədrini

Könlündə həyatın hər zərrəsinə
Sevgi etirafı edərlər
Yaşamağın gerçək anlamını bilərlər.
Hər ömür bir yaradır

Qəlbində sandıqcada saxladığın
Gizli bir qutudur sanki
Ruhunda yer tapmış
Bir sancılı keçmiş yığınıdır sanki.

Hər ömür bir gələcəkdir
Dünəni unudub irəliyə baxmaqdır
Günü bitirib yuxuya dalmaqdır
Gələcək xəyallar aləmində dolaşmaqdır

Planlar qurmaqdır
Ümid etdiyin
Böyük həvəslə gözlədiyin
Arzularınla nəfəs almaqdır.

Hər ömür bir həyatdır
Gəlib keçici zamandır
Dünyaya göz açandan
Köçənədək olan bir yaranışdır.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ