Gənc şairin yeni şeirlər kitabı təqdim ediləcək

Tarix:10-12-2018, 11:44 Baxış Sayı:63

Gənc şairin yeni şeirlər kitabı təqdim ediləcək
Dekabrın 15-də, saat 13:00-da Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın yeni işıq üzü görmüş "...Və bütün qaranlıq otaqlar” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Manera.az xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada keçiriləcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ