“Biz uşaq olanda…” – Rəşad Nağı Mustafanın yeni şeiri

Tarix:21-11-2018, 16:56 Baxış Sayı:106

“Biz uşaq olanda…” – Rəşad Nağı Mustafanın yeni şeiri
Biz uşaq olanda belə deyildi
Hamını, hər şeyi sevə bilirdik
Ağzımızdan çıxan güllə səsinə
Yumub gözümüzü ölə bilirdik
Biz elə ölümü belə bilirdik

Böyüdük nənələr, babalar öldü
Böyüdük doğmalar, əzizlər öldü
Böyük ürəklilər, təmizlər öldü

Biz uşaq olanda belə deyildik
Ağlasaq üzümüz təmiz olardı
Qışıqırıb ağlamaq çağırış idi
Böyüdük ağlamaq yalvarış oldu
Biz uşaq olanda bahardı hər gün
Nə tez soyuq düşdü, nə tez qış oldu

Biz uşaq olanda Allah babaydı
Onu da bir quru ada çevirdik
Ən böyük doğmanı yada çevirdik
Böyüdük sevgimiz qorxuya döndü
Biz axı Allahı baba sevirdik

/nargin.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ