“Mənim atam vardı, amma sanki yox idi”

Tarix:6-11-2018, 22:06 Baxış Sayı:136

“Mənim atam vardı, amma sanki yox idi”

Sınmayan və öz ideyalarından vaz keçməyən yaxşı dostlar Q. və Y-yə həsr olunur

Bütün qəhrəmanlar və əhvalat uydurmadır, reallıqla heç bir əlaqəsi yoxdur.

Vaşinqton, Kolumbiya dairəsi, 2039-cu il.

- Həyəcan keçirirsiniz, Meri?
- Sem, lağa qoyursan? Əlbəttə, mən həyəcanlıyam. O, amerikalının xəyal edə biləcəyi hər bir şeyi qısa müddətdə əldə etmişdir. Canlı əfsanə.. və sən bilirsən ki, o müsahibə verməyi sevmir, indi isə kanalın təklifinə razılıq verərək deyib ki, ondan müsahibəni mən götürüm.
– Yəqin ki, qan özünü göstərir.
- Nəyi nəzərdə tutursan?
- Axı, sənin anan tatardır, o isə Türkiyədən gəlmədir. Əlaqəni hiss edirsən?
- O mənim kökümü haradan bilsin ki?
- Meri, özün demisən ki, o, qısa müddət ərzində bu qədər şeyə nail olub və onu da nəzərə al ki, bütün bunlar nə ikinci, nə üçüncü nəsil amerikalı olmadığı halda baş verib. O, öz-özünə yetişmiş, bura gəlmiş və gözəl karyera qurmuşdur. Belə insanlar hər şeyi bilməlidir.
- Düzdür, haqlısan.
- Lakin inanmağım gəlmir ki, o, anamın tatar olduğunu bilirdi.
- Bəlkə, onun xoşuna gəlmisən?
- Sem!
- Nədir? Sən mülayim və ağıllısan, heç vaxt nail olduqlarınla kifayətlənmirsən. Niyə onun xoşuna gəlməyəsən ki? Sən incə, həyat dolu parlaq, gözəl gözləri olan birisən və cazibədarsan.
- Sem, yenə də yazıçı rejiminə keçmisən?
- Mən sadəcə nə düşündüyümü dedim.
- Hə yaxşı, unudaq. Avadanlıq hazırdır?
- Hər şeyi yüz dəfə yoxlamışam. Məgər, çıxmalı deyilik?
- Hələ iyirmi dəqiqəmiz var.
- Furqonda oturub gözləməyə nifrət edirəm. Siqareti tərgitmək heç yerinə düşmədi.
- Deyinmə, Sem.
- Necə buyurursuz, əzizim.
- Yaxşı, gedək. Avadanlığı çıxarana, qalxana qədər, iyirmi dəqiqə keçəcək.
- Bu başqa söhbət, Meri.
- Az söhbət, çox iş, Sem.
- Bəli, bəli.
***
- Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm, cənab Yusuf.
- Dəyməz, Meri.
Onun səviyyəsində olan insanlardan müsahibə götürməyim ilk dəfə deyildi. Gənc və ştatların tarixində amerikalı olmayan, hətta ABŞ-da doğulmayan ilk vitse-prezident, yaşıl kartı qazanmış, hər şeyi qısa zamanda əldə etmiş birisi. Bəxtəvər insan, nə demək olar ki! Bəli, xarici görünüşü xoşdur. Onun təxminən qırx yaşı, tünd saçları və yaxşı bədən quruluşu var. Bəs, təsir altına salan, insanı təhlil edən baxışları?! Deyirlər ki, o, ilk baxışdan insanın necə olduğunu deyə bilər və bunu öz üzərimdə hiss etdim. Beləliklə, müsahibəyə başlamaq olar, səssizlik uzun çəkdi. Əlbəttə o, xoşuma gəldi, lakin unutmaq lazım deyil ki, əvvəl iş gəlir, sonra şəxsi məsələ.
- Cənab Yusuf, sizin poçtanıza göndərdiyim bütün suallarla tanış olmusunuz?
- Bəli, hər şey qaydasındadır, başlaya bilərik, əlbəttə əgər etiraz etmirsinizsə, Meri.
- Оo, mən hər zaman hazıram.
- Buna şübhəm yoxdur.
-Sem, hər şey hazırdır?
- Bəli, Meri, başlaya bilərsiniz, üç, iki, bir və ....

-Hər vaxtınız xeyir, CNN kanalının əziz tamaşaçıları, mənim adım - Meri Adamsdır. Biz bu gün ölkəmizin ən gənc vitse-prezidenti, yazıçı, jurnalist, filantrop, biznesmen, istefada olan zabit Yusuf Erkanın qonağıyıq. Cənab Yusuf!
- Meri.
- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
- Dəyməz, hər zaman xoşdur.
- Siz ABŞ-a iyirmi yaşında köçmüsünüz və hər bir Amerika vətəndaşının arzulaya biləcəyi hər şeyi əldə etmisiniz. Siz yad ölkəyə belə gənc yaşda gəlmisiniz, özünüzü itirməmisiniz və sınmamısınız. Danışın, Siz bütün bunlara necə nail olmusunuz?
- Hər şeydən əvvəl mənim bəxtim gətirdi, Meri. Mən birinci cəhddən yaşıl kartı qazandım, risk edərək Amerikaya köçdüm. İnkar etməyəcəm, əvvəlcə çətinlik vardı: yad ölkə, mentalitet, həsrət. Lakin geriyə yol yox idi, Rubikonu keçmişdim, özümü ələ alıb öz üzərimdə işləməyə başladım. Vətənimdə məktəbi və universiteti sürətləndirilmiş proqramla bitirdim. Sizin bəndəniz ixtisasına görə iqtisadçıdır. İlk iş yerim bank olub. Əməliyyatçı kimi çalışır, axşamlar isə “Makdonalds”da işləyirdim. 23:00 radələrində evə qayıdır, ingilis dilimi yaxşılaşdırmaq üçün çox çalışırdım. Bəli, ilk 2 il əsl cəhənnəm idi, amma qoyduğum məqsədlər qarşısında geri çəkilməyə öyrəşməmişəm.Vətəndaşlıq üçün müraciət etdim, magistraturaya psixoloji fakültəyə daxil oldum, paralel qaydada hekayələr yazırdım, sonra siyasətə qoşuldum. Təhsildən sonra və vətəndaşlıq aldıqda, artıq yeddi il idi ki, ABŞ-da idim. Mən irəli getməyə qərar verdim – orduya yollandım.
- Hansı qoşun növündə xidmət edirdiniz?
- Reyncerlər.
- Cənab Yusuf, təcrübəmə əsasən, həm də mənə məlum olduğu qədər, reyncerlər adətən ölkə xaricində hərbi qulluq keçirlər.
- Tamamilə haqlısınız, mən Yaxın Şərqdə və bir müddət də NATO qoşunlarında xidmət etdim. Ümumilikdə, iki il yarım xidmət çəkdim, medallara layiq görülərək tərxis olundum. Mənə orduda qalmağı tövsiyyə olundu, lakin imtina etdim.
- Niyə imtina etdiniz?
- Mənə təcrübə lazım idi, onu da əldə etdim.
- Bəs ordudan sonra nə ilə məşğul oldunuz?
- Öz xəyalımı həyata keçirdim.
- Əgər sirr deyilsə, hansı xəyalınızı?
- Bir az vəsaitim var idi. Əlavə olaraq bankdan biznes krediti götürdüm və türk mətbəxi və fast-food restoranı açdım. Bu, riskli müəssisə sayılırdı, lakin belə etməsəydim, bunu özümə bağışlamazdım. Əvvəlcə bir restoran idi, üç ildən sonra artıq ABŞ-nın mərkəzi şəhərlərində, xaricdə mənə doğma olar şəhərlərdə: İstanbulda, Bakıda restoranlar şəbəkəsi, Londonda bir restoran var idi.
- Cənab Yusuf, o zaman Amerika xəyalnızı həyata keçirmişdiniz, lakin əldə etdiklərinizlə kifayətlənmədiniz.
- Tamamilə düzdür, mən sevdiyim Minnesota Ştatından senata seçildim. Bu yüksəlişdə, ABŞ-a gəldiyim ilk gündən mənə dəstək verən həmyerlim və dostum Umuda minnətdaram.
- Və siz böyük səs fərqi ilə qalib gəldiniz. Bildiyim qədər, bunlara paralel olaraq, hətta bir neçə roman yazıb dərc etdirməyə də imkan tapdınız. Nə vaxt yatırsınız?
- Əlbəttə, bir neçə saat, köhnə xoş vərdişdir. Bir də xahiş edirəm, Meri, mənə “Yusuf” kimi müraciət edin, yəni ki, cənabsız.
- Yaxşı, əlavə bir neçə sual verə bilərəm?
- Buyurun, bu gün sizin gününüzdür.
- Ailəniz haqqında danışa bilərsiniz?
- Bəli, xidməti başa vurduqdan sonra, anam, qardaşım və anamın xalası ABŞ-a köçdü. Nənəm və xalam Türkiyədə qaldı. Onlar qərar verdilər ki, nə baş versə də Vətəni tərk etməsinlər. Bu, onların seçimi idi və buna hörmət edirəm.
- Bəs, atanız?
- Mənim atam vardı, amma sanki də yox idi.
- Necə yəni?
- Atama həyatda yalnız bir adam lazım idi. Bu adam da özü. O, yalnız özü üçün yaşayırdı. Bir müddət işlədi, sonra yox. Heç nə etmək istəmirdi, yalnız tavana tüpürmək və arabir pul almaq istəyirdi. Düzdür, hardasa işləyirdi, hərçənd bu nadir hallarda baş verirdi. Hər zaman istəyirdi ki, hamı hər şeyi onun əvəzinə etsin, ona hər şeyi hazır vəziyyətdə versinlər.
- O sağdır?
- Bilmirəm, Meri, anam ölüm ayağında və təcili əməliyyat lazım ikən atam gəlməyəndən sonra onunla münasibətə son qoydum. Anam Ankarada xəstəxanada yatırdı, o isə Moskvadan uçub gəlməyə özünə əziyyət vermədi. Meri, bütün bunlardan sonra ona necə“ata” deyə, münasibət saxlaya bilərdim? O, mənim üçün yalnız genetik materialdır, başqa heç kim.
- Başa düşürəm, Yusuf.
- Yaşa dolduqca talenin zərbələri ilə barışmışam, onların qarşısını ala bilmişəm və daha güclü olmuşam. Bizi öldürməyən şey bizi daha güclü edir.
- Sizin kiçik qardaşınızın müsahibəsini oxumuşam. Müsahibədə bildirib ki, onun üçün ata olmusunuz. Bu, hörmətə layiqdir, Yusuf, hər kəs yaxşı qardaş və ya ata olmağı bacarmır. Siz isə Seyidə əla qardaş və atalıq etmisiniz.
- Bu, mənim borcumdur, Meri. Əgər bunu etməsəydim, Seyid pərişan və qəzəbli olardı. Buna imkan verməzdim və bunun baş verməməsi üçün hər şey etdim. Mənimlə razılaşarsız ki, biz ailəmizin davamıyıq.
- Razıyam.
- Lakin eyni zamanda da, ailə zəif bənd və düşmən ola bilər.
- Açıqlaya bilərsiniz?
- Bəli, əlbəttə. Mənim babam nazir müavini, nazir olub, karyerasının sonunuda isə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Belə baba ilə fəxr etmək olar, lakin həmişə bir “amma” var.
- Hansı?
- Hakimiyyətdə olan və şöhrətli insan həmişə bir şeydən qorxur.
- Nədən?
- Qarşını kəsə bilərlər. Mənim də başıma gəldi. Perspektivli və ümidverici gənc sayılırdım.
- Elə indi də perspektivlisiniz.
- Təşəkkür edirəm, Meri. Mən kursda ən yaxşısı idim, on səkkiz yaşında Respublika Prezidentindən beynəlxalq müsabiqədəki qələbəmə görə təşəkkürnamə aldım. Nə olsun, Meri? Universiteti bakalavr dərəcəsi ilə bitirəndən sonra təhsilimi davam etdirmək üçün Akademiyaya imtahan verdim. Məni qəbul etmədilər. İşə daxil olmaq və dövlət xidməti imtahanı üçün sənədləri verdim, yenə qəbul etmədilər. Əvvəlcə bu mənə qəribə gəlirdi. Nə üçün? Niyə həyatım qara zolaqdan keçir?
- Deyəsən, anlamağa başlayıram ki, həyatınızda nə baş verib, Yusuf.
- Buyurun, öz mülahizələrinizi mənimlə bölüşün, Meri.
- Siz dediniz ki, bəzən ailə zəif bənd və düşmən olar. Sonra dediniz : «Hakimiyyət və şöhrətə malik olan insan hər zaman qorxur ki, onun qarşısını kəsərlər». Mənə belə gəlir ki, sizin yolunuzu kəsən adamın kim olduğunu bilirəm. Bu sizin ailədən imiş.
- Tamamilə haqlısınız. Dostumun qardaşı Xarici İşlər Nazirliyində nazir müavini işləyirdi, işə qəbul olmaq üçün sənədləri göndərdiyim yerdə. Biz onlarda oturub söhbət edirdik. Onun qardaşı dözməyib bildirdi ki, “nazir səni işə götürmək istəyirdi, lakin ona Administrasiyadan zəng edərək dedilər ki, “onu işə götürmək olmaz”. Kimin zəng etdiyini bilmirdi, heç bunu öyrənmək mənə lazım da deyildi, artıq anlamışdım. Dediniz ki, bu adamın ailədən biri olduğunu hiss edirsiniz. Bəlkə daha aydın deyəsiniz, Meri?
- Tam əmin deyiləm, lakin mənə belə gəlir ki, bu odur.
- Kim?
- Sizin babanız.
- Bəli.
- Düzdür. Anlamıram ki, belə etmək onun nəyinə lazım idi?!
- Dediyim kimi, hakimiyyətdəki insan qarşısının kəsilməsindən qorxur.
- Siz ki onun nəvəsisiz. Anam və atam mənim jurnalist olmağımı istəmirdilər, amma dəstək verdilər və indiyədək öz məsləhətləri ilə kömək edirlər, yanımdadırlar.
- Və bu normaldır, Meri, məhz burada “biz ailəyik” prinsipi işləyir, mənim vəziyyətimdə isə onun eqoistliyi və hakimiyyət hərisliyi qazandı. Yəqin, o qorxurdu ki, tədbirlərdə onun yüz dəfə danışdığı əhvalatlarına az qulaq asacaqlar.
- Yusuf, bunu öyrənəndə nə etdiniz?
- Gücümü toplayıb onun yanına getdim. Bütün söhbətimizi xatırlayıram, sanki bu dünən olmuşdu.
- Yusuf, əgər istəmirsinizsə, bu barədə danışmaya bilərsiniz.
- Hər şey qaydasındadır, Meri. Zaman müalicə edir. Bununla barışdım və ona qalib gəldim. İndi burada, sizinlə, bütün dünya siyasətinin həll olunduğu mərkəzdəyəm. Mən ən gənc vitse-prezidentəm, öz dövrünün tanınmış yazıçısıyam, dünyadakı ən yaxşı restoran şəbəkələrindən birinin sahibiyəm. Niyə məni boğan şeylər haqqında danışmayım, Meri?
- Siz bu barədə danışa bilərsiniz, bu, sizin hüququnuzdur. Ona qalib gəldiniz, Yusuf, təslim olmadınız və hər şey əldə etdiniz. Ən əsası da xaricdə tanındınız və mümkün olmayan işin öhdəsindən gəldiniz.
- Ağıllı və uzaqgörənsiniz, Meri. Sizdən yaxşı strateq-siyasətçi çıxar. Siyasətlə məşğul olmaq istəmisiniz?
- Karyeramın əvvəlində istəyirdim, lakin sonra fikrimi dəyişdim, qorxdum ki, bacarmaram.
- Çox yaxşı bacararsınız. Əgər arzunuz olarsa, sizə öyrədərəm.
- Şərəf hissi duyaram. Düzü, qorxuram.
- Yalnız axmaqlar qorxmurlar, Meri, hər şey qaydasındadır. Nə vaxt istəsəniz, sizin qulluğunuzdayam.
- Təşəkkür edirəm, Yusuf.
- Dəyməz. Uğursuzluğumda kimin müqəssir olduğunu öyrənəndən sonra nifrət duyğusu və incikliklə administrasiyaya - onun yanına getdim.

***
Kabinet onun mükafatları və xarici səfərlərə aid fotoları ilə doldurulmuşdu. Otağın mərkəzində onun masası vardı. O, həmin masanın arxasında əyləşmişdi. Özündənrazı, daz, dolu adam. Kənardan baxanda öz eqoistliyinə görə nəvəsinin həyatını məhv etməyə qərar vermiş adam olduğunu demək mümkün deyil.
- Səhərdən gəlmisən?
- Mən sənin birinci arvadından olan oğlun deyiləm ki, saat üçə qədər yatım.
- Belə başa düşdüm ki, yanıma xoş söhbət üçün gəlməmisən?
- Mən həqiqətin arxasınca gəlmişəm.
- Hansı həqiqətin?
- Sizin tayı-bərabəri olmayan bir xüsusiyyətiniz varsa, o da özünü axmaq yerinə qoymağınızdır. Doğrudan başa düşməmisən?
- Özün deyirsən ki, tayı-bərabərim yoxdur. Ona görə də rədd ol!
- Hər şey etdin ki, işə düzəlməyim, irəli getməyim, təhsilimi davam etdirməyim.

O, oturmuşdu. Və susurdu.
- Nə oldu, qorxdun ki, səni üstələyəcək rəqib çıxacaq qarşına? Şairin ürəyi eqoizmə dözmədi? Bilmirsən nə cavab verəsən?
- Tələsirsən.
- Cavabın elə budur? Tələsirsən? Əvvəl mən də tələsirdim, amma buna baxmayaraq qələbə qazandım, ölkəmi və ailəmi layiqincə təmsil etdim. Bunların əvəzində nə qazandım, arxadan zərbə?
- Sən həddən çox şey istəyirsən, Yusuf.
- Ah, bağışlayın. Hakimiyyətdə olmaq, heç kimə kömək göstərməmək. Yox, mən unutmuşam. Sən bir insana kömək etmisən və edəcəksən, düzdür onu insan adlandırmaq olmaz – “varlıq” sözü ona daha uyğundur.
- Və o kimdi?
- Yenə də heç nə bilməyən adam rolunu oynayırsan?
- Bəlkə artıq deyəsən?
- Sən heç kimə kömək etməzsən, öz oğlundan başqa. Həmin oğlunu ki, keçmiş arvadın dünyaya gətirib.
- Belə danışmağa ixtiyarın yoxdur.
- Çox var, danışacam da. Sən öz ailəndən heç kimə kömək etməmisən və hamının ipini öz əlində saxlamaq istəmisən. Amma iyirmi il əvvəl getmiş, heç bir dəfə də zəng etməmiş bu varlıq geri qayıdan kimi, buyurun, bütün qapılar üzünə açıqdır. Amma ailəsinə həmişə dəstək verən mənə isə bütün qapılar bağlıdır.
- O, mənim oğlumdur.
- Əlbəttə, qənimət kimi əldə olunmuş arvaddan olan uşaq klassikanın ən yaxşı ənənələri ilə tərbiyə almış öz millətinin uşağından yaxşıdır. Amma bir şeyi nəzərə almamısan.
- Nəyi?
- Mən səndən güclüyəm və hər şeyi edəcəm ki, qarşıma qoyduğum məqsədlərə çatım. Mənə mane ola bilməzsən.
- Ha-ha-ha... nə olacaqsan ki, ABŞ-nın hansısa ştatında senator?
- Mənə görə narahat olma...əlindən heç nə gəlməyən düşük oğlun deyiləm ki.
- Hə, hə, qızıl oğlan.
- Mən qızıl oğlanam, siz haqlısınız, cənab Prezident Administrasiyası rəisi. Məni əsl türk qadını dünyaya gətirib. Öz yaşıma görə hətta otuz yaşlıların da əldə edə bilmədiklərini qazanmışam və bundan sonra da qazanacağam. Əlvida, cənab Prezident Administrasiyasının rəisi.
***
- Bax belə, Meri, bundan sonra daha onunla söhbətim olmadı. Sonra yaşıl kartı qazandım... sonrasını isə siz bilirsiniz.
- Onu bağışladınız?
- Çoxdan. Bir tərəfdən ona minnətdaram. Əgər onun eqoistliyi olmasaydı, əldə etdiklərimin hamısına nail olmazdım.
- Bəs, o necə oldu?
- Müəyyən müddətdən sonra onu hörmət ehtiramla işdən azad etdilər. Getmək istəmirdi, amma hansısa hoqqadan çıxmış sevimli oğlunun hərəkətlərinə görə getməyə məcbur qaldı. Qan özünü göstərdi. Mən Yaxın Şərqdə xidmət edəndə, babam öldü.
- Bağışlayın, Yusuf.
- Hər şey qaydasındadır. O, öz səhvinin qurbanı oldu – oğlu onu ürəktutma həddinə gətirib çıxardı. Hələ o vaxt ailəmi ABŞ-a apara bilməmişdim, onların bəxti gətirdi - əmlakın bir hissəsi nənənin adına keçdi, yoxsa bunu da ələ keçirərdi.
- Yusuf, bağışlayın, sözünüzü kəsirəm. Belə çıxır ki, o və onun oğlu hər şeyi ələ keçirmək, nənənizlə ögey bacılarınızı evsiz qoymaq istəyirdi?
- Siz yenə də haqlısınız. O, hər şeyi ələ keçirmək istəyirdi, ancaq alınmadı.
- Ailəniz onu məhkəməyə vermədi?
- Yox, Meri, bu qismətdir. Sonda hər şey onun üçün pis nəticələndi. Mən yalnız ezamiyyətdə ikən onun məzarı üstünə gedə bildim.
- Başınız sağ olsun.
- Meri, əgər etiraz etmirsinizsə, bugünlük yekunlaşdıraq?
- Bəli, əlbəttə. Bizə vaxt ayırdığınız üçün bir daha təşəkkür edirəm.
- Dəyməz.
- Çəkildi.
-Əgər nəyisə silmək istəsəniz, biz sizə diski göndərərik.
- Hər şey qaydasındadır, Meri, heç nəyi silmək lazım deyil. Sizə təşəkkür edirəm.
- Mən də sizə təşəkkürümü bildirirəm.
***
- Meri, o Prezident olacaq. Bu müsahibə - möhtəşəmdir.
- Sem, mən bilirəm ki, sən səfehsən, lakin hər dəfə bunu sübut etmək lazım deyil.
- Biz neçə dəfə müsahibə götürmüşük və heç bir şey sənin nəzərinə çarpmayıb? Onun reytinqi dərhal yüksələcək.
- Sem, sən yaxşı video operatorsan, amma insanları duymağı bacarmırsan. Bu yalnız müsahibə deyildi, həm də etiraf idi. Hətta o, Prezident olmaq istəsə belə, buna layiqdir.

Tamerlan İldırım,
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ