Şahanə Müşfiqin şeirlər kitabı təqdim ediləcək

Tarix:23-10-2018, 21:50 Baxış Sayı:140

Şahanə Müşfiqin şeirlər kitabı təqdim ediləcək
AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Şahanə Müşfiqin "Şahanənin nağılı" şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Manera.az xəbər verir ki, tədbir oktyabrın 27-də, saat 15:00-da "Azərkitab" Kitab Təbliğatı Mərkəzində baş tutacaq.

“Mütərcim” Nəşriyyatında nəfis tərtibatda hazırlanan kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşridir.

Nəşrin önsözünü Xalq şairi Sabir Rüstəmxanlı yazıb. Redaktoru şair Xəlil Adıgözəl, korrektorları Rəvan Mahmudzadə, Xəlil Adıgözəl, dizayneri Ülkər Qasımovadır. Üz qabığındakı müəllif fotosu Nofəl Ümidə aiddir. Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ