Şahanə Müşfiqin ilk şeirlər kitabı nəşr edildi

Tarix:11-10-2018, 20:06 Baxış Sayı:69

Şahanə Müşfiqin ilk şeirlər kitabı nəşr edildi
Gənc yazar Şahanə Müşfiqin “Şahanənin nağılı” adlı yeni kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, “Mütərcim” Nəşriyyatında nəfis tərtibatda hazırlanan kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rzadır.

Kitabda müəllifin son illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb.

Nəşrin önsözünü Xalq şairi Sabir Rüstəmxanlı yazıb. Redaktoru şair Xəlil Adıgözəl, korrektorları Rəvan Mahmudzadə, Xəlil Adıgözəl, dizayneri Ülkər Qasımovadır. Üz qabığındakı müəllif fotosu Nofəl Ümidə aiddir.

“Şahanənin nağılı” müəllifin ilk şeirlər kitabı, oxucularla ikinci görüşüdür.../parafr.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ