Bütün qәlәmlәrin söz yaddaşı var - YENİ İMZA

Tarix:8-07-2018, 18:23 Baxış Sayı:153

Bütün qәlәmlәrin söz yaddaşı var - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində gənc şair Vüsal Adıgözəlovun şeirlərini təqdim edir:

***
Heç nә unudulmur bu yer üzündә
Hәr şeyin dünyada öz yaddaşı var
Asılmaz özgәnin dodaqlarından
Mәnim gülüşümün üz yaddaşı var

Düz altı il qabaq daş atdığım it
Düz altı il sonra mәndәn qaçırsa
Evә pәncәrәdәn girәn sәrçә dә
Hәmin pәncәrәdәn çixib uçursa
Baxıb gözlüyündәn tanıyıb mәni
Qapını üzümә kimsә açırsa
Demәk insanın da
demәk itin dә
Demәk sәrçәnin dә göz yaddaşı var

Hәr әldәn söz axmır hәr su durulmur
Yağış yaddaşı var gölmәçәlәrin
Bütün vәrәqlәrin dәftәrçәlәrin
Bütün qәlәmlәrin söz yaddaşı var

Getdiyim yolların iz yaddaşı var
Tәk qalan qolların diz yaddaşı var
Heç nә unudulmur bu yer üzündә
Hәr şeyin dünyada öz yaddaşı var



***
Darıxmaq әn әvvәl içimdәn gәlir
Sonra gözlәrimdәn sonra üzümdәn
Üzümdәn süzülür dodaqlarıma
Özümdәn başlayan bitir özümdә

Bәlkә dә başlamır bәlkә dә bitmir
Bәlkә dә darıxmaq hәmişә olub
Bәlkә dә darıxmaq olanda hәlә
Nә dәniz nә sәhra nә meşә olub

Elә bil Allah da yaradıb mәni
Darıxmaq quru söz olmasın deyә
Vәfasiz,unutqan,kobud әllәrdә
Yiyәsiz,qayğısız qalmasın deyә

Bәlkә dә mәn sәni sәnә görә yox
Haçansa gedәsәn deyә sevmişәm
Bu ömrün sonunda yolun sonunda
Darıxmaq yoxdursa niyә sevmişәm?

Bәlkә dә mәn sәni ağlatmışam ki
Azacıq darıxım gülüşün üçün
Yalandan "xәstәyәm" demişәm sәnә
Ki bir az darıxım öpüşün üçün

Yaxşı ki..
yaxşı ki var idin bir vaxt
Bu tәklik,yorqunluq yoxa çıxardı
Getmisәn,çox saq ol..yaxşı ki yoxsan
Yoxsa bu dünyada kim darıxardı?

Yoxsa ki yaşadıq,sevdik,sevildik
Hәr şey yaxşı oldu..
Bәs bu darıxmaq?
Hamı da gedәndә bu hiss qalacaq
Bax budur әsil Eşq! Budur darıxmaq!



***
Hәr şey dәyişilib,yadlaşıb hәr şey
Yağışın elә bil duzu çatışmır
İçimdә hansısa çoxdan ki hisslәr
Alnımda hansısa yazı çatışmır

Mәn dә artıq tәkәm "Bir"-әm balası
Birdәnәn deyilәm,sadәcә Birәm
Sәn dә başqasısan..başqasınınsan
Mәn dә başqasına.. Yoxsan deyirәm

İndi başqasıdır sәsini duyan
Qoxuna sarılan sözünü sevәn
Mәn hәmin adamam özün unudan
Sәn hәmin adamsan..özünü sevәn

Mәn indi daha çox yata bilirәm
Yuxudan oyadıb "Gәl" deyәnim yox
Sevincli sevincli "Yaşa" deyәnim
Acıqlı acıqlı "Öl" deyәnim yox

Hәr gün yaşanan hiss adilәşәrmiş
İndi darıxmıram әvvәl ki kimi
O kor güzgümü dә qırıb atmışam
Özümә baxmıram әvvәl ki kimi

Hәr şey dәyişilib,sәn dә,özüm dә
Sevdiyim fәsilin adı başqadır
Yağışın elә bil duzu çatışmır
Bir dә bu tәkliyin dadı başqadır



***
Sәhәr gün işıqı,gecә tәnhalıq
Düşür yataqımın baş tәrәfinә
Bütün "dönmәyәcәm" deyib gedәnlәr
Dönür ürәyimin daş tәrәfinә

Mәn çox dәyişkәnәm,yaz havası tәk
Mülayim olmamış coşaram yenә
Mәn çox dәyişkәnәm aldanma mәnә
Üzümün öyrәşmә xoş tәrәfinә

Belә soyuq olma,olma balası
Bunun donanı var üşüyәni var
Qapımın ağzında bir ac canavar
Ulayır ömrümün qış tәrәfinә

Bir dәfә dә hәyat nağıl ola kaş
Qara cızıqlardan, xәttlәrdәn keçib
Xoşbәxt acısız bir sonluq da seçib
Yazasan ömrünün boş tәrәfinә

Ölsәm beş keçirdin,yeddi yox,qırx yox
Bu dünya elә beş günlükdür Allah
Gün düşәn tәrәfi tünlükdür Allah
Gedirәm torpağın yaş tәrәfinә



***
Min cür dәrdi olur bir cüt ayaqın
Hansını gedәsәn bu qәdәr yolun?
Bir cüt dizә dönәn min cüt ayaq var
Sәn dә bükül dincәl,bәs edәr yolun

Bәs edәr getdiyin yolun әvvәli
Bәs edәr gәldiyin yolun sonu da
İçindә bir qarış yol saxlamışdın
Bir cüt ayaq gәldi tapdı onu da

Bir cüt ayaq keçdi içindәn sәnin
Bir cüt dizin әsdi ayaqlar altda
Qalxdı öz yolunun tozu içindәn
Nәfәsini kәsdi ayaqlar altda

Nәfәsini kәsdi içinin tozu
İçindәn min ildir keçәn yox imiş
İçindә min ilin tozu yığılıb
Min ildir içindәn köçәn yox imiş

İndi nә o toz var nә bir cüt ayaq
İndi nә için var nә yol içindә
Getmәyә min yol var içindәn başqa
Gәlmәyә yol yoxdur min yol içindә



***
Bu sәhәr daha bir yoxluq doğulur
Günәş çıxmağa yox batmağa gәlir
Bu dünya gәlmәli yer deyil Allah
Gәlәn dә başını qatmağa gәlir

Özüm özümlәyәm hara da getsәm
Bir addım özümdәn geri qalmıram
Bәlkә dә heç özüm nәfәs almıram
O mәnә özünü satmağa gәlir

Bu ömür nә uzun nәrdivan imiş
Bir çürük pillәsi düşdü mәnә dә
Heç kim axırını bilmir,yenә dә
Hamı axırına çatmağa gәlir

Gözünün içinә baxan biri yox
Tәnhalıq içindәn yeyir qapımı
Hәr gecә bir qadın döyür qapımı
O da yanıma yox,yatmağa gәlir

Nә bilim..
Hәyatdır,kimsә yad olur
Kimsә yanımızda qalmaqı seçir
Kimsә yağış kimi ömründәn keçir
Kimsә çәtirini tutmağa gәlirБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ