Sabah adlı qapıları aça-aça.. - Şeirlər

Tarix:1-06-2018, 22:39 Baxış Sayı:147

Sabah adlı qapıları aça-aça.. - Şeirlər
Manera.az Firudin Həmidlinin şeirlərini təqdim edir:

***
İllərin, ayların keşməkeşlərindən keçə, keçə,
Sabah adlı qapıları aça-aça
Bugün ummadığın bir anda
Baxışların baxışlarıma ilişdi,
Qəlbimə düşdün...
Düşdün, deyirəm, fəqət
Sən bir zirvəyə qalxmış say özünü.

Qəlbimə düşdün, ey sərçəxislətli qız!
Ətrafına bir bax,
Gör ki, heç kəs yoxdur səndən özgə,
Sən təksən, yeganəsən, bircəsən...
Mənim qəlbimdə bir boşluq,
Səndəysə harasa aid olmaq həsrəti vardı -
Bax, indi tamam olduq...

Gəl, deyim ki, enməyi düşünmə bu zirvədən.
Bilirəm, qaranlığa məhkum idi,
İndi qəlbimin işıqlarıyla qamaşır gözlərin -
Alışacaqsan.
Qulaqların da səs-küyə bənd idi,
Qəlbimdəki rəngarəng sükutla təskinlik tapacaq,
Öyrən onun dilini
Və qəlbimin səsi ol,
Pıçılda ruhuma, pıçılda nə istəsən...

Bax, sən ki dünyanın ən əmin məqamındasan,
Qəlbimdəsən.
Məbadə, gedirəm, de,
Məbadə, sındırmağa çalış dörd yanındakı şüşələri.
Biz ki bütünləşmişik, ey sərçə,
Getmək - parçalanmaq mənasına düşər...

Ümman

Hələ kəşf olunmamış bir ümmanın dibində,
Balıqların da korlaşdığı
Zülmət dərinlikdəyəm.
Bura necə düşdüm,
Kim atdı məni bura?...

Hiss edirəm,
Çox yuxarılarda gəmilər var,
Bu zülmətdən xəbərsiz yaşayır
Bir-çox insanlar...
Mən burda -
Kor balıqların arasında,
Dib sularının qollarında...
Sanki, dünyadan münəzzəhəm,
Varlığımdan münəzzəhəm,
Anbaan daha dibə,
Daha dərinə,
Daha ağır bir heçliyə çökürəm.
Qorxuram ki, mən də kor olam,
Təşviş içindəyəm ki,
Hər an bir kor balığa çevriləcəm...
Qaranlığı görürəm -
Deməli, kor deyiləm hələ...
Ümid var ki hələ qəlbimdə,
Çıxacağam bu ümmandan -
Deməli, balıq deyiləm hələ...

Kim bilir,
Bəlkə də, bu ümman zülmətində,
Bu ağır dərinlikdə
Mən Allaha çatacağam...



* * *
Ucsuz-bucaqsız bir dəniz qarşımda...
Arxada dünya - ruhumu boğmağa gəlir.
Ondan bir şey istəmədiyimi
Necə başa salım dünyaya?...

Bu dəniz - mənim özüməm,
Bu dəniz - mənim ömrümdür -
Əngəlimdir səmaya...

Mən adi bir insan,
Üstəlik məhbusam bu qara əsrə.
Mən bu dənizi necə keçim? -
Çətindir.
Mən bu dənizə necə atılım? -
Dərindir...
Geri dönsəm, səni itirəcəyəm, ilahi,
Dənizə atılsam, özümü bir anda!...
Ah, bir peyğəmbər anlar ancaq halımı
Bu insanlar arasında...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ