Vüsal Bağırlı: “Çərşənbə gəzintisi”

Tarix:9-03-2018, 12:06 Baxış Sayı:324

Vüsal Bağırlı:  “Çərşənbə gəzintisi”
“Çərşənbə gəzintisi”
Hekayə


Evə təzə çatmışdım ki, işıqlar söndü. Əynimi dəyişib qızımla həyətə düşdüm. Külək qəribə bir iyi nəfəsimizə toxundurur.
Qızım o dəqiqə başa düşür:


– Ata bax, tonqal iyi!?

Yadıma düşür ki, axı bu gün bayram günü, çərşənbə axşamıdır!? Tonqal tapmaq ümidi ilə ətrafdakı düzbucaqlı binaların həyətlərinə baş vururuq. Əfsus.Axtarışlarımız bir nəticə vermir.

Çar-naçar, geri qayıdarkən həmin iyi yaxında, burnumuzun lap ucunda duyuruq. Məktəbin həyətinə dönürəm. Evrika! Tonqal tapıldı. Demək burdaymışsan!?
Köməkləşib artıq can verməkdə olan kimsəsiz ocağı diriltməyə çalışırıq. Ətrafdakı çırpı və kiçik odun parçalarını topalayıb hədəfin üzərinə atırıq. Alovun qırmızımtıl- sarı dili canlanaraq, odun qalağının dik uclarını yüngülcə yalamağa başlayır.

Tonqal sanki, dərindən nəfəs alaraq canlanır, dirçəlir. Üzərində uçuşaraq, gözlənilməz trayektoriyalar cızan xırda atəşciklər peyda olur.Qızım əlini-qolunu yelləyir, tullanır, ovcunu açır-yumur. O, tonqaldan çıxan bu bapbalaca, oynaq qığılcımları tutmağa çalışır. Bu onun üçün çox əyləncəlidir.
Sual verir:

– Ata, Bu tonqalın balalarıdı?

Başımla təsdiqləyirəm. O, daha da həvəsə gəlir və kefi əməllicə yüksəlir.İstər- istəməz mən də bu yüksək əhvala köklənirəm. Yaxınlıqda yaşayan sakinlər də artıq bizim tonqal piknikimizə qoşulurlar.Tonqalın ətrafında toplaşan adamların sayı yavaş-yavaş artmağa başlayır.
Evə qayıdanda, gətirdiyimiz tustu və atəş iyi bizi qabaqlayıb, səbirsizliklə hamıya tonqal təəsüratını xəbər verir. Beləliklə, qızımla bərabər keçirdiyim unudulmaz bir gün sona çatır.

Vüsal Bağırlı:  “Çərşənbə gəzintisi”Vüsal Bağırlı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ