Bu şəhərdə varlıq yoxdu-Şeirlər

Tarix:27-02-2018, 17:14 Baxış Sayı:322

Bu şəhərdə varlıq yoxdu-Şeirlər


Bu şəhərdə çoxdan itib təmkin.
Bu şəhərdə sakinlər qonaq, qonaqlar sakin…
Bu şəhərdə sevinc yarımçıq, gülüş itkin,
bu şəhərdə kədər bitkin, həsrət bitkin.

Bu şəhərdə yollar geniş, yolçular dardı,
Bu şəhərdə varlıq yoxdu, yoxluq vardı.

Nə badə, yıxılarsan bu şəhərdə, amandı.
Bu şəhər yıxılanı dəfn etmək eşqi ilə qaldırandı...
Bu şəhər quranı uçuran, uçuranı qurandı.
Bu şəhərdə varlıq dəfndəki bir ağızlıq Qurandı.

Fuad Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ