Vüqar Bayramov: Şeirlər

Tarix:27-02-2018, 16:51 Baxış Sayı:318

Vüqar Bayramov: Şeirlər
Vüqar Bayramov

Biri sənin, biri mənim

Günah etmə,sağ var, sol var,
Günahların olar qənim.
Önümüzdə iki yol var,
Biri sənin, biri mənim.

Qismət budur, təki bölək,
Çəkdiyimiz yükü bölək.
Dərdimizi iki bölək,
Biri sənin, biri mənim.

Gündə bir az ömür gedir,
Hər şey Onun əlindədir.
Bilirsənmi ömür nədir?
Biri sənin, biri mənim.

Neçə bağlı qapımız var,
Özümüzdən sapımız var.
Hapımız var,gopumuz var,
Biri sənin, biri mənim.

Haqq danışan haqqdan çəkər,
Dolanammaz şəkər-şəkər.
Bölünmüşük ağa nökər,
Biri sənin, biri mənim.

Hər gələnə qurduq toru,
Önə qoyduq gözü koru.
Qatammırıq yağı şoru,
Biri sənin, biri mənim.

Ömrümüzə qış düşəcək,
Gözümüzdən yaş düşəcək,
Göydən iki daş düşəcək,
Biri sənin, biri mənim!

Özümdən yazıram

Başqa yerə yozulmasın bu şerim,
Həm canımdan, həm gözümdən yazıram.
Heç bir kəsin bostanında daşım yox,
Nə yazıram mən özümdən yazıram.

Gücüm yoxdur çevrə çəkim, səth edim,
Boyum çatmır zirvələri fəth edim.
Nə etmişəm bir özümü mədh edim,
Nə səhvimdən, nə düzümdən yazıram.

Dilim gəlmir qanmazlara söz deyim,
Dilim gəlmir əyrilərə düz deyim,
Bəs nə qədər ürəyimə döz deyim,
Qaya kimi bu dözümdən yazıram!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ