Anla məni, dost! -Şeir

Tarix:23-01-2018, 10:10 Baxış Sayı:459

Anla məni, dost! -Şeir
***
Gəl, dost!
Evimə, yurduma, şəhərimə.
Tanış edim səni
Sovet qoxan küçələriylə.
Sevdiyim İstiqlaliyyət, Rəsulzadəylə.
Gör məni, mühitimi.
Anla zəifliyimi
Səbəbini.
Şair edib bu uzaqlıq məni.
İçimdə oraları böyüdə-böyüdə,
Sığmıram artıq bu şəhərə.
Sev məni, dost!
Ehtiyacım olan qüvvəni
Ver mənə.
Çarə tap yalnızlığıma,
Çarə ol.
Uzun-uzun danışım sənə dərdlərimi,
Hisslərimi, düşündüklərimi.
Qoy qəhvələr soyusun, qırx il xətri olsun.
Doya-doya dinləyin səni,
Axtardığım səsini.
Anla məni, dost!
Küsmə məndən.
Xudbinlik etsəm, səni incitsəm,
getmə məndən.
Alışmamışam diqqətə-
Yetirməyə, görməyə.
Möhtac olduğumu göstərməyə.
Alışmamışam.
Gerçək insan sevgisinə..

Arzu Novruzova,
MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ