Darıxmağın axmaq rəngi -Şeir

Tarix:29-12-2017, 15:19 Baxış Sayı:548

Darıxmağın axmaq rəngi -Şeir
Rüzgar Mövsüm

***

Ata üçün,
ana üçün
darıxmağın rəngi var.
Bir az bozdur,
bir az da ağ,
sanki qar.
Gəlib dayanırlar
göz önündə hər gecə,
soruşurlar soyuq deyil?
İşlərin gedir necə?
Ayılırsan,
görürsən ki, yuxudu,
radioda da
eyni mahnı oxuyur.
Həmişəkitək,
yenə gecə yarıdı,
tənbəl-təmbəl
şəkillərə baxırsan,
Siqaretimin tüstüsə də sarıdı,
son yuxu dərmanını da atırsan.
Bayırda qar, otağın boz,
külək bir az səngidi.
Xatirələr otağın ahəngidi.
Yuxuya dalıb yavaş-yavaş,
ürəyə gəlir təlaş.
Görən atam necədi?
Anam da yəqin yatıb.
Axı orada da gecədi.
Kim ona bişirtdirir
mənim sevdiyim aşı?
Şəkildə çox qocalıb,
yetmişə gedir yaşı.
Atam da neçə vaxtdır,
mənsiz içir pivəni,
bütün boz tənhalıqlar
sanki məndə gizlənib.
Ata bir az mürgülü,
amma anam yatmayıb.
Ürəyində soruşur
bala, çörək yemisən?
Köpək oğlu, soyuqdu,
noş nazik geyminmisən?
Gecə keçir,
otaq bom-boz, bayır qar.
Ata üçün,
ana üçün
darıxmağın
elə axmaq rəngi var.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ