Şilleri oxuyan xadimə- HEKAYƏ

Tarix:7-12-2017, 12:22 Baxış Sayı:635

Şilleri oxuyan xadimə- HEKAYƏ


Tural Cəfərlinin hekayəsi

Mən onu soyuq qış günlərində həyəti süpürərkən görmüşdüm. Düşüncəli və narahat idi. Kənardan əlindəki süpürgəni, necə ehmalla və səliqə ilə işini gördüyünü müşahidə elədim. Sonra onu ara-sıra universitetin həyətində oturub kitab oxuduğunu və əlindəki kitabın köhnə və nimdaş olduğunu gördüm.

Yaxınlaşıb kitabı soruşdum:

- Kimi oxuyursuz?

- “Şillerin fəlsəfi düşüncələrini...”

Donub qaldım. Yox, mənə soyuq deyildi, Şillerin adı məni tutmuşdu. Sonra biz ədəbiyyatla bağlı söhbətlər etdik. Hötenin, Balzakın, Hüqonun adını çəkdi.

Kantın fəlsəfi görüşlərini müzakirə etdik. Bir anlıq özümü akademikin qarşısında imtahan verən tələbə kimi hiss elədim. Xatirə universitetə qəbul olmasa da, ədəbiyyata dərindən bələd olan insan idi. Onun danışdıqları məni heyrətləndirmişdi. Hər gün həyəti süpərən Xatirə mənim gözümdə Diogeni canladırırdı. Onu tanımaq, söhbət etmək bütün yorğunluğumu aradan qaldırırdı. Bir gün mənə yaxınlaşıb dedi:

- “ Fixteni oxumusan?

Xatirə məni təəcübləndirməyə davam edirdi. İndi mən Fixteni Xatirədən öyrənib, yeni fəlsəfi dünyagörüşü ilə tanış olurdum.

Bir azdan yağış yağacaq, Xatirənin işi çoxalacaq...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ