Varlığın cənnətin müjdəçisi- ŞEİRLƏR

Tarix:11-10-2017, 12:51 Baxış Sayı:147

Varlığın cənnətin müjdəçisi- ŞEİRLƏR


Tural İsmayılov
***

Varlığın cənnətin müjdəçisidir
mən sənin yanında inanıram mələklərə
onların qanadlarına, bəyazlığına, saflığına
Gülüşün mənim inancımın səbəbidir
Sən olan yerlər cənnət,
olmadığın hər isə cəhənnəmdir, sevdiyim.

Əllərindən tutanda uşaqlığıma qayıdıram
biz nə zaman əl-ələ tutsaq,
elə bil ki, bütün pisliklər məğlub olur
bir olanda hamı əzizdir
sən olmayanda isə həyat zəhərdir, sevdiyim.

İmkan olaydı da qəlbimə baxaydın
görsəydin, nə qədər adamın qəbri var orda
mən itirdiklərimin yerinə
sən boyda bir dünya
sən boyda bir bəşəriyyət qoydum, sevdiyim.

Ağlayan adamların gözlərində üsyan var
göz yaşları inqilabdır
ağrılar mübarizə,
Getmə , getmə ki,
İnqilabımda boğulub, mübarizəmdə ölməyim,
Sənsizliyin dəryasında boğulmayım, sevdiyim.

Öpüşlərinə qərq et məni, utanma
Ən abırsız gözəllik öpüşmək deyil,
sevdiyinə toxunmamaqdır.
Nə olar, bir də getmə,
Keçən dəfəki kimi ölərəm, sevdiyim.
***

Dostlarımın hər birində bir parça mən var
həm də bir az məndə onlar var.
Hər dost bir hissəmdir,
Amma heç bir dost tənhalığın əlacı deyil.
***

Göydə ulduzlar yerdəki adamlardan çoxdur,
bizim hamımızın bəlası ölüm qorxusudur.
Yaşamaqdan bezənlərin çarəsi ölüm yox,
Sevməkdir.

Arzularının xarabasında şairlər dolaşır
Bir şair,
bir quzğun,
bir qələm,
İnsanlığa verilən ən yaxşı şair mesajı da elə budur,
Yoruldunuzmu?
Ən yaxşı istirahət sevməkdir.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ