Biri var, biri yox- Şeir

Tarix:22-08-2017, 16:01 Baxış Sayı:113

Biri var, biri yox- Şeir


Bənövşə Mahmudqızı
***

Elə ki vuruldun birinə
Sərsəm edər səni
Uzununa eninə...
Ya gülüşü, ya gözləri sehirləyər
Ruha işlər, yavaş yavaş zəhərləyər
O sənə baxan zaman
Qəribə bir həyəcan
Düşər sənin qəlbinə
Uzununa eninə.
Sevmək asan deyil ki
Hələ sevib ayrılmaq.
Öncə xəyallar qurmaq
Xəyallarla qırılmaq.
Vurğunluq sevgidirmi,
Ya da sevgi eşqdirmi?
Bu haqqda eşitdinmi?
Mən çox eşitmişəm
Yəni çoxlu nağıllar
Bəs sonda
sonda nə oldular?
Bir var, bir yoxdular.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ